• 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 

Qərbin Ermənistanı silahlandırması təkcə Rusiya yox, həm də Azərbaycana qarşıdır -Əgər belə davam edərsə...

  • 06.12.2023, 15:30,
  • Siyasət
  • Baxılıb: 41
Qərbin Ermənistanı silahlandırması təkcə Rusiya yox, həm də Azərbaycana qarşıdır -Əgər belə davam edərsə...


Avropa İttifaqı Ermənistana texniki missiya göndərəcək. Aİ Ermənistanla təhlükəsizlik sahəsində də əməkdaşlığı inkişaf etdirmək barədə öhdəlik götürüb. Bunu Avropa İttifaqının (Aİ) Ermənistandakı Nümayəndəliyinin rəhbəri Vasiliq Maraqos deyib. Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının nümayəndə heyətlərinin Ermənistana səfərini nəticələrini şərh edən diplomatın sözlərinə görə, Brüssel Ermənistan Silahlı Qüvvələrinə humanitar formatda yardım göstərməklə bağlı konkret təkliflər hazırlamaq üçün cari ilin sonu və ya gələn ilin əvvəlində Ermənistana texniki missiya göndərəcək.
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistanın "təhlükəsizlik sisteminin möhkəmləndirilməsi" adı altında həyata keçirilən layihə İrəvanı bəzi proseslərdən sığortalamaq məqsədi güdür. Ekspert vurğulayıb ki, bu layihənin maliyyələşməsi Avropa Sülh Fondu tərəfindən reallaşacaq:

"Kimlərsə düşünür ki, Ermənistan konkret maliyyə çərçivəsində hansısa silahlar alacaq. Bu, absurddur. Avropa Rusiyanı Cənubi Qafqazdan və Ermənistandan sıxışdırmağın bədəli kimi üzərinə öhdəliklər götürüb. Qərb gələcəkdə bu istiqamətdə riskləri də nəzərə alır. Rusiya heç də özünün təsir dairəsi saydığı coğrafi ərazidən, öz geosiyasi maraqlarından Qərb dünyası istədi deyə asanlıqla vaz keçməyəcək. Moskva Cənubi Qafqazı özünün təsir dairəsi olaraq görür. Ermənistanın gözlənilən təhdidlərə qarşı daha immunitetli olması üçün orduda müəyyən islahatlar aparılır. Orduda rusyönlü zabitlərin aşkarlanaraq xidmətdən uzaqlaşdırılması, yaxud da cinayət məsuliyyətinə cəlb olunması prosesi gedir. Əlbəttə, prosesin gedişində Ermənistanın işğalçı təfəkkürlə yenidən revanş götürmək cəhdləri də müşahidə oluna bilər. O baxımdan Qərbin Ermənistanı silahlandırması təkcə Rusiya yox, həm də Azərbaycana qarşıdır. Bu məsələ tərəflər arasında gələcəkdə toqquşma riskini də gündəmə gətirir".
Analitik diqqətə çatdırıb ki, Avropa Birliyi bölgədə sülhün bərqərar olması yönündə addımlar atmaq əvəzinə, Ermənistanı silahlandırmaqla, hərbi toqquşmalara təhrik etməklə məşğul olur: "Fransa konkret bununla məşğul olur. Bu da potensial təhlükələr deməkdir. Rəsmi Bakı sülh danışıqlarında bu məqamları nəzərə almalı və İrəvan hökuməti ilə müzakirə predmetinə çevirməlidir. Eyni zamanda Aİ ilə danışıqlar aparmalı və Avropanın enerji təminatı fonunda Azərbaycanla bağlı ciddi təminat alınmalıdır. Əgər Avropa Azərbaycanla əməkdaşlıqda maraqlıdırsa, hansısa ölkəni bizə qarşı silahlandıra bilməz".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bazar gününün havası açıqlandı

  • 23-11-2024, 15:30
  • 48
  • 0

Azərbaycanda zəlzələ olub

  • 23-11-2024, 13:10
  • 48
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 088
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 786
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter