• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Paşinyan ciddi qəbul etmirdi, indi qorxuya düşüb - Qərb onu "yaxın adamı" ilə əvəzləyir

  • 30.01.2024, 13:51,
  • Siyasət
  • Baxılıb: 159
Paşinyan ciddi qəbul etmirdi, indi qorxuya düşüb - Qərb onu "yaxın adamı" ilə əvəzləyir


Paşinyan artıq Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın müstəqil oyunlarından narahat olmağa başlayıb.

Ölkə.Az erməni mediasına istinadən xəbər verir ki, artıq Armen Qriqoryanla hakim "Vətəndaş müqaviləsi" partiyası üzvləri arasında münasibətlər gərgin inamsızlıq həddinə çatıb.

Hakim partiyada qərbyönlü komanda yoldaşları olan Qriqoryana isti münasibət yoxdur. Onlar hesab edir ki, Qriqoryan nə vaxtsa komandadan ayrılıb və ön plana çıxa bilər. Hətta hakim partiya Armen Qriqoryanın Qərb tərəfindən Nikol Paşinyanın varisi hesab edildiyini düşünür.

"Əgər Paşinyan Qərbin tələblərini yerinə yetirməsə, müqavilə imzalamaqdan imtina etsə və Rusiyaya qarşı aydın siyasət yürütməsə, o zaman Qərb planlarını tərəddüd etmədən və böyük məmnuniyyətlə həyata keçirəcək. Plana əsasən, Paşinyan Qriqoryanla əvəzlənəcək. Bu məsələ hazırda "Vətəndaş müqaviləsi" partiyasında geniiş müzakirə olunan məsələlərdəndir. Komandadaxili müzakirələrdə Paşinyan əvvəlcə bu ssenarini ciddi qəbul etmirdisə, indi Armen Qriqoryanın Qərblə müstəqil oyunu onu narahat etməyə başlayıb", - erməni nəşri yazır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter