• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Tehran və Parisin Azərbaycana qarşı birgə planı: - “Sərhədə terrorçu yerləşdirə bilər”

  • 06.03.2024, 15:30,
  • Siyasət
  • Baxılıb: 17
Tehran və Parisin Azərbaycana qarşı birgə planı: - “Sərhədə terrorçu yerləşdirə bilər”


Fransa və İran Zəngəzurda genişmiqyaslı toqquşmaların baş verməsinə zəmin yaratmaq üçün bölgəyə erməni terror qruplarını, eləcə də PKK terrorçularını gətirir.

“Cebhe.info” xəbər verir ki, “Türkiyə” qəzetində Fransa və İranın Ermənistanda Azərbaycana qarşı gizli əməkdaşlığı bəradə məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, Fransa və İranın Ermənistan üzərində geosiyasi maraqları üst-üstə düşdüyündən, hər iki ölkə Zəngəzur dəhlizinin reallaşmasına əngəl yaratmağa çalışır.

“Fransanın maliyyələşdirdiyi minlərlə erməni quldur sərhədə gətirilib. İran və Hindistan da bölgəyə silah göndərir”, - deyə qəzet yazır.

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı sözügedən qəzetə açıqlamasında vurğulayıb ki, həm erməni, həm də PKK terrorçularından ibarət 10 minlik qruplaşma Zəngilandan Daşkəsənə qədər sərhəd boyu ərazilərdə yerləşdirilib.

“Sasna Tsrer, Voma, Nor ASALA, Bever və Yerkrapa kimi dəstələrə gündəlik 12 dollar pul verilir. Bu pul Fransa və erməni diasporu tərəfindən təmin edilir,” – Q.Çaxmaqlı bildirib.

Azərbaycanla sərhəddə yerləşdirilən erməni terror dəstələrinin Suriya, Livan, Avropa ölkələri, İran və ABŞ-dən gəldiyini qeyd edən qəzet təhlükəsizlik mənbələrinə istinad yazır ki, Fransa və İran mütəxəssisləri sərhəddəki terrorçu dəstələrə sabotaj və təxribatların təşkili, raketdən istifadə, ərazilərin minalanması və kəşfiyyat aparmaq üzrə təlimlər keçir.

Həmçinin bəzi ekspertlər hesab edirlər ki, erməni tərəfinin Azərbaycana qarşı növbəti təxribatları Fransa və İranın birgə gizli sövdələşməsi çərçivəsində koordinasiya edilə bilər.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Fransaya, eləcə də müdafiə naziri Sebastian Lekornunun İrəvana səfəri zamanı iki ölkənin müdafiə nazirləri arasında hərbi əməkdaşlığa dair sazişin imzalanmasından sonra Parislə İrəvan arasında hərbi-təhlükəsizlik sahəsində yaxınlaşma Kremldə narahatlıq yaratsa da, İran nədənsə buna səssiz qalır.

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Cebhe.info” - ya açıqlamasında qeyd edib ki, Qərb ölkələrinə nisbətən Fransa hər zaman İranda mövcud rejimə qarşı fərqli xarici siyasət yürüdüb.

“Fransa ilə İran arasında hər zaman gizli sövdələşmə və razılaşmalar olub. Fransanın Qərb dünyasının bir parçası olmasına baxmayaraq, İranla münasibətləri fərqlidir. Xüsusilə xatırlatmaq lazımdır ki, 1979-ci ildə İranda inqılab nəticəsində şah rejimi devrildikdən sonra Ruhullah Xomeyni məhz Fransa təyyarəsi ilə ölkəsinə qayıdıb.

Doğrusunu desək, Xomeyninin hakimiyyətə gəlməsində Fransa kəşfiyyatının da rolu olub. Bu baxımdan Fransa İrandakı mövcud rejimlə münasibətləri hər zaman normal saxlayıb.

Ekspert hesab edir ki, Fransa və İran hakimiyyətinin bu ölkə üzərindən Azərbaycana qarşı gizli əməkdaşlığı mümkündür:

“Ona görə ki, Parislə Tehranın Ermənistanla bağlı məsələlərdə geosiyasi maraqları üst-üstə düşür. Hər iki ölkə Azərbaycana düşmən münasibət bəsləyir.

Fransa Ermənistanın Azərbaycanla sərhəd ərazilərində terrorçu qruplaşmalar yerləşdirə və onları maliyyələşdirə bilər. Çünki Fransa da İran kimi regionda sülhün təmin olunmamasında maraqlıdır. Buna görə də Fransanın bu siyasəti İranın da maraqlarına xidmət edir. Həm Fransa, həm İran hakimiyyəti Ermənistanla Azərbaycan arasında hərbi-siyasi gərginliyi artırmaq və sülh sazişinin imzalanmasına mane olmaq niyyəti güdür.

Hesab edirəm ki, ölkəmiz bütün bunların hamısını nəzərə almaqla yanaşı, muzdlu erməni döyüşçülərinin təxribatlarını qətiyyətlə dəf edəcək”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ədalət Verdiyev həbs edildi

  • Dünən, 18:18
  • 11
  • 0

Əli Əsədov qərar imzaladı

  • Dünən, 12:37
  • 17
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 099
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 796
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter