• 10:00 – Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır 
  • 09:00 – Entoni Blinken Prezident İlham Əliyevə zəng edib 
  • 09:44 – Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib 
  • 09:25 – Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO 

Azərbaycan tarixi torpaqlarını geri qaytaracaq - Müharibə başlasa...

  • 03.04.2024, 15:30,
  • Siyasət
  • Baxılıb: 13
Azərbaycan tarixi torpaqlarını geri qaytaracaq - Müharibə başlasa...


Ermənistan parlamentində təcili olaraq Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası məsələsi müzakirə ediləcək.

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, Ermənistanla delimitasiya və demarkasiya məsələləri üzrə qurumun təcili iclasını parlamentdəki müxalif “Ermənistan” və “Şərəf duyuram” fraksiyaları çağırıblar.

Nəşr yazır ki, reqlamentə əsasən, deputatların dörddə birinin tələbi ilə parlamentin növbəti təcili iclası keçirilə bilər.

Məlumata görə, parlamentin dördgünlük iclası aprelin 9-da başlayacaq, fövqəladə ilk sessiyaya Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan dəvət ediləcək.

Müxalifətçi deputatlar Ermənistan rəsmilərinin Tavuş bölgəsində baş verəcək proseslərdən əvvəl verdiyi açıqlamalara, yəni Qazax rayonunun işğal altındakı kəndlərinin qaytarılması, həmçinin delimitasiya və demarkasiya məsələsinə aydınlıq gətirilməsini tələb edir.

Onların fikrincə, bu proses beynəlxalq normalara və Ermənistan Respublikası Konstitusiyasının tələblərinə zidd aparılacaq.

Məsələn, eks-prezident Serj Sarkisyana bağlı “Şərəfim var” fraksiyasının şovinist mövqeyi ilə tanınan deputatı Tiqran Abramyan hesab edir ki, Qazax istiqamətində yeddi kəndin Azərbaycana qaytarılması nəticəsində sərhəddə yaxın ərazidə Ermənistanın nəzarət edə bilməyəcəyi “boz zonalar” formalaşacaq.

Ona görə də işğal altındakı kəndlərin qaytarılması birbaşa və dolayısı ilə ciddi nəticələrə səbəb ola bilər. Abramyan iddia edir ki, bu halda Tavuş vilayətinin çoxlu sayda kəndləri guya təcrid və yarı təcrid olunmuş vəziyyətə düşəcək. Guya Tavuş vilayəti regional logistika marşrutlarından kənarda qala bilər və yaşayış məntəqələri təhlükəsizlik baxımından, həssas duruma düşmüş olar.

Təbii ki, bu iddialar kəndlərin hər hansı siyasi və hüquqi əsası yoxdur. İşğal altındakı kəndlərin Azərbaycana qaytarılmasını Ermənistan Konstitusiyasına zidd adlandırmaq da Paşinyan hakimiyyətini bu güzəştdən çəkindirmək məqsədi daşıyır.

Çünki Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapıb və bundan istifadə edən radikal müxalifət kəndlərin qaytarılmasına mane olmaq istəyir. Sabiq prezidentlər Robert Köçəryana və Serj Sarkisyana yaxın siyasi qüvvələrdən ibarət “Ermənistan” və “Şərəfim var” fraksiyaları yaranmış vəziyyətdən bəhrələnərək hakimiyyətə qarşı mübarizədə ictimai rəyi öz xeyrinə dəyişmək niyyəti güdür.

Hətta “Ermənistan” fraksiyasının üzvü, keçmiş müdafiə naziri Seyran Ohanyan orduya müraciət edərək Azərbaycana məxsus kəndlərdən çıxmamağa və Baş nazir Paşinyanın əmrinə tabe olmamağa çağırıb. Ancaq ortada işğal faktı var və Ermənistan qoşunları kəndlərdən çıxmasa Azərbaycan hərbi əməliyyatlara başlaya bilər. Ona görə də Nikol Paşinyan Ermənistan ordusunun növbəti dəfə məğlub olmaması üçün yaşayış məntəqələrini dinc yolla qaytaracağını bəyan edib.

Müxalifət isə görünür, kəndlərin Paşinyan hökumətinin təklif etdiyi delimitasiya və demarkasiya prosesinə qarşı da çıxır. Qeyd edək ki, rəsmi İrəvan ilkin mərhələdə Qazax rayonunun dörd anklav olmayan kəndinin qaytarılması müqabilində həmin istiqamətdə mövcud olan şərti sərhəddin Ermənistan rəsmi dövlət sərhəddi kimi tanınmasına nail olmaq istəyir.

Yəni Ermənistan sərhədlərin 1991-ci il Alma-Ata Bəyannaməsinin imzalandığı dövrə aid xəritələr əsasında müəyyənləşməsini və bu barədə razılaşmanın xüsusi bənd kimi sülh müqaviləsinin mətninə daxil edilməsini təklif edir. Bundan sonra işğalda qalmış digər dörd kəndin qaytarılması məsələsinə baxmağı düşünür.

Lakin Alma-Ata Bəyannaməsi sərhədlərin delimitsiyası və demarkasiyası üçün əsas hüquqi sənəd kimi göstərilə bilməz. Çünki Ermənistan Alma-Ata Bəyannaməsindən sonra işğalçılıq müharibəsi aparamaqla Azərbaycanla sərhədlərdən imtina edib. İndi yeni sərhədlər müəyyənləşməlidir.

İkincisi, Alma-Ata Bəyannaməsində sərhədləri göstərən konkret coğrafi koordinatlara və xəritələrə istinad edilməyib. Bu sənəd Sovet İttifaqına daxil olmuş müttəfiq respublikların malik olduqları inzibati sərhədlər daxilində bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini tanıdığına dair ümumi bəyannamədir.

Yəni Alma-Ata Bəyannaməsi beynəlxalq hüquqi öhdəlik yaratmayan ümumi razılaşmadır. Ona görə də sonradan bütün postsovet ölkələri öz aralarında sərhədlərin delimitasiyası və demarkasiyasını aparmaq barədə qərar qəbul etdilər. Paşinyan hökuməti Gürcüstanla sərhədlərin müəyyənləşməsi zamanı Alma-Ata Bəyannaməsinə deyil, sərhədlərin delimitasiyana və demarkasiyası məqsədilə hökumətlərarası komissiyanın yaradılmasına dair 1995-ci ildə imzalanmış müqaviləyə istinad edir.

Üstəlik, 224 km-lik sərhəddin mübahisəli olan 96 km-lik hissəsini Gürcüstana güzəştə gedir, amma Azərbaycandan Alma-Ata Bəyannaməsini yerinə yetirməyi tələb edir. Ermənistanda radikal müxalifət isə Sovet dövründə mövcud olmuş inzibati şərti sərhədləri belə, qəbul etmir. Onlar Azərbaycana qarşı ərazi iddialarının davam etdirilməsinin tərəfdarıdır. Ona görə də Paşinyan hökumətini konstitusiyanı pozmaqda ittiham edir.

Lakin Paşinyan hakimiyyəti Azərbaycanla şərti sərhəddin saxlanılmasını böyük siyasi divident hesab edir. Çünki Azərbaycan Konstitusiyasına görə, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin siyasi varisidir. Bu səbəbdən növbəti müharibənin başlaması Azərbaycanın öz tarixi torpaqlarını qaytarması ilə nəticələnə bilər.

Müşfiq Abdulla
“Cebhe.info”
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 102
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 469
  • 19
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter