KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
- 17.04.2024, 09:00,
- Siyasət
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Bu barədə Musavat.com-a mötəbər qaynaqlar məlumat veriblər.
Məlumata görə, Rusiya kontingenti Azərbaycanı (Qarabağı) birdəfəlik və tam olaraq tərk edir.
Bununla da Azərbaycan Qarabağ məsələləri ilə bağlı bütün problemlərini həll etmiş, tam müstəqil, suveren nəzarətini bərpa etmiş durumdadır.
Təqdim etdiyimiz video sülhməramlı kontingentin Qarabağ istiqamətindən çıxaraq Azərbaycanı tərk etməsi zamanı Tərtər və Bərdə rayonlarında çəkilib.
Eyni zamanda APA yazır ki, Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst mövqeyi ilə tanınan deputat Konstantin Zatulin ermənilərin Qarabağı tərk etməsindən sonra rus sülhməramlılarının Qarabağda qalması üçün elə bir ciddi əsas qalmadığını bildirmişdi. Onun sözlərinə görə, Azərbaycan qoşunların çıxarılması məsələsini qaldırmayıb ki, Rusiya bunu məğlubiyyət və ya güzəşt kimi qəbul etməsin.