• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır

  • 03.05.2024, 09:00,
  • Siyasət
  • Baxılıb: 75
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır


ABŞ və Qərb Gürcüstan hökumətinin “qrant agenturası”nın fəaliyyətini məhdudlaşdırmaq cəhdlərindən narahatdır, çünki bu, baş verərsə, əsas siyasi manipulyasiya və təsir mexanizmi sıradan çıxarılmış olacaq... Ona görə də, Qərb hazırda Gürcüstanı Qərbyönümlü müxalifət düşərgəsi üzərindən daxili xaosa sürükləməyə çalışır və hətta kənar müdaxilənin daha da dərinləşəcəyi təqdirdə, bu Qafqaz ölkəsində “məxməri inqilab” ehtimalı ciddiləşə bilər...
ABŞ və Qərbin daha bir önəmli siyasi manipulyasiya mexanizmi artıq öz əhəmiyyətini itirməyə başlayıb. Halbuki, Qərb siyasi dairələri həmin siyasi manipulyasiya mexanizmindən daha çox postsovet məkanında istifadə etməyə çalışırdılar. Əslində, postsovet məkanına təsir göstərmək baxımından, həmin mesanizm hələ də Qərbin siyasi manipulyasiya arsenalında aktual olaraq, qalmaqdadır. Və bu baxımdan, Qərbin postsovet məkanı uğrunda mübarizəsi hazırda əvvəlkindən daha intensiv xarakter daşıyır.

Əvvəlcə onu qeyd edək ki, vaxtilə ABŞ və Qərbin kobud müdaxilə ucbatından fəlakətə, daxili xaosa düçar olan dövlətlərin sırasında İraq, Suriya və digər Yaxın Şərq ölkələri örnək göstərilirdi. İndisə, daha o qədər uzağa getməyə qətiyyən ehtiyac yoxdur. Çünki ABŞ və Qərbin “fəlakət və xaos maşını” Cənubi Qafqaz regionuna daxil olub, Azərbaycanın da sərhədlərinə yaxınlaşıb. Belə ki, Cənubi Qafqazda Qərbə yaxınlaşmaq niyyətinə düşən iki region dövləti indi məhz ABŞ və Qərbin “fəlakət və xaos labirinti”ndə çabalayır.

Təbii ki, onlardan birincisi, Ermənistan hesab olunur. ABŞ və Qərb Ermənistana müxtəlif vədlər verməklə, şirnikləndirməyi bacarıb. Ancaq rəsmi İrəvana Qərbdən verilən vədlər hələlik yerinə yetirilməsə də, Ermənistanın Rusiya ilə münasibətlərinin korlanması reallığa çevrilib. Rəsmi İrəvan Qərbdən verilən təlimatları icra edərək, Rusiya ilə gərginliyi dərinləşdirir. Ona görə də, hazırda Ermənistan bir neçə nəhəng dövlətin, xüsusilə də, ABŞ-la Rusiyanın qarşıdurma məkanına çevrilib. Və indiki situasiyanın Ermənistanı daha böyük kataklizmlərə sürükləyə biləcəyi isə qətiyyən şübhə doğurmur.

brussel-gorusu.jpg (163 KB)ABŞ və Qərbin vədlərinə aldanan digər regiona ölkəsi kimi isə Gürcüstan diqqəti çəkir. Belə ki, Gürcüstanın Qərb tərəfindən aldadılmasının tarixi Ermənistandan belə, daha irəliyə gedir. Hər halda, vaxtilə ABŞ və Qərb MDB məkanında Rusiyaya qarşı üç dövlətdən ibarət “zərbə paketi” hazırlamışdı. Yəni, Ukrayna, Gürcüstan və Moldovaya geniş vədlər çərçivəsində Rusiya ilə münasibətləri korlamaq həvalə olunmuşdu. Nəticədə, Ukrayna hazırda “savaş və xaos bataqlığı”na çevrilmiş vəziyyətdədir. Və bu ölkənin gələcək taleyi də hazırda müəyyən suallar doğurmağa başlayıb.

ABŞ və Qərbin “qayğısına” tuş gəlib, ciddi problemlərlə üzləşən digər ölkə Moldova hesab oluna bilər. Çünki Moldova da Qərbin təlimatlarına uyduğu üçün daxili separatizmdən əziyyət çəkir. Rəsmi Kişinyov illərlə böyük səbrsizliklə Qərbin vədlərinin yerinə yetiriləcəyini gözləsə də, Moldovaya yalnız siyasi manipulyasiyalardan başqa heç nə qiymırlar. Və bu baxımdan, Moldova da öz müasir tarixinin ən ağır mərhələsinə məhkum buraxılmış kimi görünür.

Nəhayət, ABŞ və Qərbin vədlərinə aldanmış daha bir dövlət olaraq, Gürcüstan da ciddi problemlərə məruz qalmaqdadır. Əslində, Ukrayna, Moldova və Gürcüstana Qərbdən verilən vədlər eyni məzmun daşıyırdı. Belə ki, ABŞ və Qərb bu üç dövlətin Avropa Birliyi və NATO-ya üzv qəbul ediləcəyi ilə bağlı öhdəlik götürmüşdü. Ancaq üzərindən illər keçsə də, bu üç dövlət Avropa Birliyinin yüksək inkişaf modeli və NATO-nun “təhlükəsizlik çətiri” əvəzinə, indi daxili “xaos bataqlığı”na düçar olmuş vəziyyətdəir.

1706261420_1234556677.jpg (146 KB)Səbəblərsə, çox sadədir. Belə ki, ABŞ və Qərb maraqlarının hədəfində olan istənilən dövlətə məmnuniyyətlə vədlər vermək vərdişlərinə sahibdir. Ancaq Qərbdə verilən vədlərin yerinə yetirilməsinə qətiyyən tələsmirlər, hətta bu barədə ümumiyyətlə, düşünmürlər. Qərbdə onu da yaxşı bilirlər ki, Avropa Birliyinə və NATO-ya üzvlük məsələsi iqtisadi və hərbi problemlərlə üzləşən postsovet ölkələri üçün ən şirnikləndirici vəddir. Bununla bəzi postsovet ölkələrini təsir altına salmaq, hətta onları müxtəlif geopolitik sifarişlərin icrasına məcbur etmək mümkündür.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbə Ukrayna, Moldova, Gürcüstan və Ermənistan ümumiyyətlə, lazım deyil. Bu dövlətlər Qərb üçün müvəqqəti geopolitik alət rolunu oynayır. Ona görə də, bu dövlətlərin heç birisinin Avropa Birliyinə və NATO-ya üzv olmaq şansı mövcud deyil. Ən yaxşı halda, Qərb onlara üzvlüyə namizəd statusu verməklə, geopolitik sifarişlərin hədəflərin genişləndirilməsinə yönəldə bilər. Və son nəticədə ümid verilmiş postsovet dövlətlərini yenidən təkbaşına buraxılma taleyi gəzləyir.

Əgər, belə olmasaydı, ABŞ və Qərb Avropa Birliyi və NATO-ya üzv qəbul edəcəyinə söz verdiyi Ukraynanı sadəcə, “savaş bataqlığı”na çevirməsdi. Moldovada daxili separatizm ölkənin ərazi bütövlüyünü pozanda, siyasi bəyanatlar deyil, konkret dəstək addımları atardı. Yaxud da vaxtilə rus qoşunları paytaxt Tiflisə doğru irəliləyəndə, separatçılar ölkə ərazisini parçalayıb, Rusiyaya birləşdirəndə, Gürcüstanı müdafiə etməyə çalışardı. Və bunların heç birisi baş vermədiyindən verilən vədlərin nə qədər aldadıcı olduğunu anlamaq çətinlik törətmir.

editor_400349d5750bd615ecfd091968ac1d1d_cex1wv74gm5f8asyt29p.jpg (52 KB)Ancaq nə qədər qəribə də olsa, Gürcüstanda bu sadə reallığı qəbul etmək istəməyənlər hələ də qalmaqdadır. Qərbyönümlü gürcü müxalifəti hələ də ABŞ və Avropa Birliyinin Gürcüstanı xoşbəxt gələcəyə götürəcəyinə inanır. Hətta bu inamın təsiri altında, Gürcüstan hökumətinin ölkənin milli təhlükəsizliyi üçün parlamentə göndərdiyi “xarici təsirlərin şəffaflığı” barədə qanuna etiraz edir. Və bu etiraz dalğası hökumət qüvvələri ilə Qərbyönümlü müxalifətçilər arasında günlərlə davam edən daxili toqquşmalara yol açmaqdadır.

ABŞ və Qərb isə ölkəni qarşıdurmaya sürükləyən müxalifəti dəstəkləyir və Gürcüstan hökumətindən “xarici təsirlərin şəffaflığı” barədə qanunun qəbulundan imtina olunmasını tələb edir. Yəni, Gürcüstanın daxili işlərinə kobud şəkildə müdaxilə olunur. Rəsmi Tiflisin xarici ölkələrin maraqlarını təmsil edən “qrant agenturası”nı qarşı mübarizə cəhdlərinə zərbə vurulur. Çünki Gürcüstanda fəaliyyət göstərən “qrant agenturası” birbaşa ABŞ və Qərbin xüsusi xidmət servislərinin nəzarətindədir. Və Qərbin maraqlarına bağlı xarici sifarişləri icra edir.

Qərbdə Gürcüstan hökumətinin “qrant agenturası”nın fəaliyyətini məhdudlaşdırma cəhdlərindən narahatdırlar. Çünki bu, baş verərsə, Qərbin Gürcüstana təsir mexanizmləri də sıradan çıxarılmış olacaq. Halbuki, ABŞ və Qərb Gürcüstana təzyiq göstərməklə, bu ölkəni hələ uzun nüddət Rusiyaya qarşı geopolitik alət kimi istifadə etmək niyyətindədir. Bu səbəbdən də, ABŞ və Qərb öz “qrant agenturası” üzərindən Gürcüstanı daxili xaosa sürükləməyə çalışır. Və hətta bu prosesin daha da dərinləşəcəyi təqdirdə, “məxməri inqilab”la da yekunlaşa biləcəyi qətiyyən istisna deyil.(musavat.com)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bazar gününün havası açıqlandı

  • 23-11-2024, 15:30
  • 43
  • 0

Azərbaycanda zəlzələ olub

  • 23-11-2024, 13:10
  • 43
  • 0

Bakıda COP zolaqları ləğv olunur

  • 23-11-2024, 09:57
  • 50
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 083
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 779
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter