• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır

  • 16.05.2024, 09:17,
  • Siyasət
  • Baxılıb: 27
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır


Paşinyan hakimiyyəti katolikosla ilə sona qədər savaşaraq, erməni kilsəsinin “əsrlik miflər”ini təməldən dağıtmaq qərarı verib... Siyasi-ideoloji parçalanmaya uğramış Ermənistanda “kilsə-dövlət savaşı” hələ uzun illər davam edə bilər...

Cənubi Qafqazda Ermənistan indi “qaynar nöqtə”yə çevrilməyə başlayıb. Belə ki, hazırda ABŞ və Qərblə Rusiya arasında beynəlxalq qarşıdurmanın Ukraynadan sonrakı ikinci cəbhəsi məhz Ermənistan ərazisindən keçir. Çünki Ermənistanda bu qarşıdurmanın nəticəsi olaraq, daxili siyasi-ictimai böhran dərinləşməkdə davam edir. Revanşist “erməni üçlüyü” – kilsə, diaspor və Qarabağ klanı Qərbə bağlı Paşinyan hakimiyyətini devirmək üçün son şansını sınaqdan çıxartmağa cəhd göstərir. Və bu, erməni toplumu daxilində siyasi-ideoloji parçalanmanı da ciddi şəkildə dərinləşdirir.

Onu da qeyd etmək lazımdır ki, siyasi-ideoloji ziddiyyətlər erməni diasporu ilə Paşinyan hakimiyyəti arasındakı ziddiyyətləri hətta düşmənçilik mərhələsinə də yaxınlaşdırıb. Hər halda, ABŞ-da fəaliyyət göstərən erməni diaspor təşkilatlarının Ermənistan prezidenti Vaaqn Xaçaturyanı açıq-aşkar baykot etməsi parçalanmanın əhatə dairəsini təsəvvür etməyə imkan verir. Erməni diasporu hazırda Rusiya xüsusi xidmət servislərinin nəzarəti altında olan kilsəni və Qarabağ klanını dəstəkləyir. Vaaqn Xaçaturyan isə Ermənistandakı hakim partiyanı təmsil edir, baş nazir Nikol Paşinyan tərəfindən prezident “təyin” olunub.

Belə anlaşılır ki, Ermənistan yaxın gələcəkdə erməni toplumu daxilindəki parçalanmanın girovuna çevrilmiş vəziyyətdə qalacaq. Belə ki, Paşinyan hakimiyyəti son vaxtlara qədər Qarabağ klanını məğlub siyasi qüvvə vəziyyətinə salmağa nail olmuşdu. Ancaq erməni kilsəsinin Ermənistanda siyasi-ideoloji savaşın aparıcı qüvvəsinə çevrilmək sifarişini qəbul etdikdən sonra Qarabağ klanı da sosial baza qismində etiraz dalğasına qayılıb. Və bu baxımdan, indiki situasiyada Paşinyan hakimiyyətinin erməni kilsəsi ilə üz-üzə qaldığı inkaredilməz reallıqdır.

Maraqlıdır ki, ABŞ və Qərbin “erməni demokratiyası”nın müasir təzahürü kimi təqdim etməyə çalışdığı Paşinyab hakimiyyəti Ermənistanda artıq genişmiqyaslı repressiyalara başlayıb. “Kilsə qiyamı”nda fəallıq göstərən şəxslər həbs edilir, aksiyaçılara qarşı polis zorakılığı tətbiq olunur. Rəsmi İrəvan Ermənistandakı siyasi-ideoloji böhranı inzibati zorakılıq metodu ilə həll etmək qərarı vermiş kimi görünür. Və bu, qarşı tərəfdə, xüsusilə də, erməni kilsəsinin rəhbərliyində ciddi təlaş doğurmağa başlayıb.

Məsələ ondadır ki, erməni kilsəsi Paşinyan hakimiyyəti ilə bu daxili siyasi savaşdan qələbə ilə çıxacağına qətiyyən əmin deyil. Hətta məğlubiyyət variantına yönəlik ehtiyat addımlarının atılmasına belə başlayıb. Bu baxımdan, Erməni Apostol Kilsəsinin (EAK) keşiş Baqratın rəhbərlik etdiyi “hərəkata” müraciəti böyük maraq doğurur. Kilsənin rəhbərliyi belə bir qənaətə gəlib ki, əgər, keşiş Baqratın başlatdığı “hərəkat” məğlub olarsa, bu, EAK-ın və katolikos II Qareginin nüfuzuna sarsıdıcı zərbə bura bilər. Ona görə də, erməni kilsəsi keşiş Baqrata və onun tərəfdarlarına “siyasi hakimiyyət uğrunda deyil, Ermənistan üçün mübarizə apardıqlarını” bəyan etməyi məsləhət görüb. Və radikal-revanşist müxalifət düşərgəsini bu “mübarizə”də estafeti erməni kilsəsindən qəbul etməyə çağırıb.

Belə anlaşılır ki, erməni kilsəsi olduqca təhlükəli bir siyasi-ideoloji savaşa açıq şəkildə girməklə, böyük səhvə verdiyini artıq anlamağa başlayıb. Erməni kilsəsi adətən, səhnə arxasında qalmaqla, erməni toplumunun terrorzimə və radikalizmə əsaslanın siyasi-ideoloji idarəçiliyini nəzarətdə saxlayırdı. Bu dəfə isə Paşinyan hakimiyyətinə qarşı narazılığın artmasına güvənərək, qiyamın təşkilat mərkəzi rolunu oynamağa çalışdı. Və Paşinyan hakimiyyətinin sahib olduğu inzibati müdaxilə potensialı ilə üzləşərək, məğlubiyyət təlaşına qapıldı.

Böyük ehtimalla bu təlaş erməni kilsəsinin siyasi-ideoloji məğlubiyyətinin elə ilkin əlamətidir. Çünki Paşinyan hakimiyyəti uzun müddətdən bəridir ki, erməni kiləsəsi və katolikos II Qaregin ilə qarşıdurma vəziyyətindəydi. Erməni kilsəsinin siyasi etiraz prosesinə açıq şəkildə qatılması Paşinyan hakimiyyətinə priventiv zərbə bəhanəsi vermiş oldu. İndi rəsmi İrəvan erməni kilsəsinə qarşı anti-təbliğat aparmaq və onu ciddi şəkildə zəiflətmək, hətta təsirsiz dini mərkəz vəziyyətinə salmaq üçün imkan qazanıb.

Paşinyan hakimiyyətinin təmsilçilərinin erməni kilsəsinə qarşı sərt ittihamları bu qarşıdurmanın iki tərəfdən birinin məğlub olaraq, sıradan çıxarılmasına qədər davam edə biləcəyini biruzə verir. Hətta hakim partiyanı təmsil edən deputat Arsen Torosyan Ermənistanda xristian kilsəsinin “tarix”inin sadəcə, miflərdən ibarət olduğunu bildirib. Onun fikrincə, əgər, erməni xalqı inkişaf etmək istəyirsə, “kilsə mifləri”ni təməlinə qədər dağıtmağı bacarmalıdır: “Əks halda, kilsə erməni dövlətçiliyini dağıdıb, məhv edəcək”.

Erməni deputat hesab edir ki, bu dini struktura yekun münasibətin bildirilmə vaxtı artıq çoxdan gəlib: “Erməni xalqının inkişafı qarşısında kilsənin yüzilliklərlə davam etmiş mifləri və stereotipləri dayanır. Kilsə öz daxili və xarici maraqları naminə Ermənistan dövlətçiliyini qurban vermək istəyir. Bu, kilsənin əsrlər boyu dəfələrlə təkrarladığı bir prosesdir. Ancaq bu dəfə Ermənistan dövləti kilsə qarşısında geri çəkiləyəcək və proses həmişəlik dayandırılacaq”.

Təbii ki, erməni deputatın dediklərinin Paşinyan hakimiyyətinin mövqeyini və qənaətini ifadə etdiyi qətiyyən şübhə doğurmur. Yəni, Paşinyan hakimiyyətinin erməni kilsəsi ilə sona qədər mübarizə aparmaq qərarı verdiyi müşahidə olunur. Belə bir mübarizə isə erməni toplumunu həm dini, həm də siyasi-ideoloji anlamda parçalaya bilər. Üstəlik, qarşıduran tərəflərdən hər hansı birinin geri çəkilməyəcəyi təqdirdə, bu savaşın illərlə davam edə biləcəyi də qətiyyən şübhə doğurmur. Erməni kilsəsinin öz fəaliyyətini terrorizm və radikalizm üzərində qurduğunu da nəzərə aldıqda, Ermənistanı xaosa sürükləyən amansız daxili savaşın qaçılmaz olduğunu ehtimal etmək mümkündür.(Yeni Müsavat)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 023
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 712
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter