• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Ermənistan Rusiyanın “təhlükəsizlik çətiri” altına qayıldır: Paşinyan ABŞ və Qərbə də xəyanət edir

  • 04.06.2024, 10:00,
  • Siyasət
  • Baxılıb: 59
Ermənistan Rusiyanın “təhlükəsizlik çətiri” altına qayıldır: Paşinyan ABŞ və Qərbə də xəyanət edir


Çünki Kremlin son davranışları Ermənistandakı “kilsə qiyamı”na münasibətdə Rusiyanın Paşinyan hakimiyyətinə müəyyən mənada, dəstək verməsi anlamı daşıyır... Halbuki, ABŞ və Qərb bu məsələdə Paşinyan hakimiyyətinin gözləntilərindən çox-çox uzaq qaldı, rəsmi İrəvana verdiyi çoxsaylı vədlərin mütləq əksəriyyətini yerinə yetirmədi...

Cənubi Qafqazda situasiya yenidən dəyişməyə başlayıb. Belə ki, son bir neçə ay əvvələ qədər dünya nəhəngləri arasındakı geopolitik qarşıdurma qeyri-müəyyən xarakter daşıyırdı. Hər halda, Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Qərbə yaxınlaşdırma kursuna sadiq görünürdü. ABŞ və Qərb isə Ermənistana gələcəyə yönəlik vədlər verməklə, rəsmi İrəvanı daha da şirnikləndirirdi. Və həmin vədlərin sayəsində, Qərb siyasi dairələri hətta Rusiyanın regional maraqlarını ciddi təhlükə altına salmağa da nail olmuş kimi görünürdülər.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda cərəyan edən proseslər son vaxtlara qədər Rusiya siyasi dairələrində ciddi narahatlıqla qarşılanırdı. Çünki ABŞ və Qərbin Ermənistan üzərindən qurduğu geopolitik planların reallaşma ehtimalı artdıqca Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, kənarlaşdırılması da sürətlənirdi. Və bu səbəbdən də Kremlin dərhal müəyyən manevrlər etmək məcburiyyətində qalması qətiyyən təəccüblü deyil.

Məsələ ondadır ki, Kreml siyasi-diplomatik kanallarla rəsmi İrəvana Qərbyönümlü siyasi vektorun Ermənistana vəd etdiyi ciddi təhlükələri catdırmağa çalışdı. Bu barədə müəyyən məlumatlar Ermənistan mətbuatına artıq sızdırılıb. Rusiyanın Ermənistana ciddi təzyiqlər göstərdiyi artıq heç kəsə sirr deyil. Hətta bəzi məlumatlara görə, Kreml tezliklə ən radikal addımlar atmaq məcburiyyətində qalacağı ilə də rəsmi İrəvanı sərt şəkildə təhdid edib.

Əslində, Rusiyanın Ermənistana xəbərdarlıq mesajı “beşinci kalon” üzərindən hazırda birbaşa çatdırılmaqdadır. Hər halda, “kilsə qiyamı”nın arxasında məhz Rusiyanın xüsusi xidmət servislərinin dayandığı indi o qədər də ciddi şübhələr doğurmur. Kreml rəsmi İrəvana Ermənistanda daxili siyasi-iqtisadi böhran, hətta küçə iğtişaşları vasitəsilə “xaosun diktaturası”nı yarada biləcəyi mexanizmlərə sahib olduğunu göstərməyə nail oldu. Və Paşinyan hakimiyyətinin bütün bunlardan müəyyən nəticələr çıxartmaqda olduğu da qətiyyən diqqətdən yayınmır.

Təbii ki, rəsmi İrəvan üzləşdiyi təhlükəli daxili situasiyaya adekvat davranmaq məcburiyyətindəydi. İlk növbədə mövcud situasiyanın zərərsizləşdirilməsi istiqamətində qərarların qəbul edilməsi qaçılmaz xarakter daşıyırdı. Xüsusilə də, Rusiyaya bağlı erməni hərbi dairələrin hərəkətə gətirilməsindən öncə Kremli radikal addımlardan imtinaya razılaşdırmaq böyük əhəmiyyət daşıyırdı. Və bu məsələdə Qərbin verəcəyi reaksiya da həlledici faktorların sırasına daxiliydi.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti prinsipial qərar verməzdən öncə ABŞ və Qərbin reaksiyasını səbrlə gözlədi. Ancaq aprelin əvvəllərində Brüssel ortaq konfransında Ermənistana keniş vədlər verən ABŞ və Qərb Paşinyan hakimiyyətinin dəıstəklənməsi istiqamətində elə bir ciddi addım atmağa həvəs göstərmədi. Yəni, Qərb siyasi dairələri “kilsə qiyamı”na münasibətdə Paşinyan hakimiyyətinin arxasında dayanmağa o qədər də təsləsmədilər.

Nəticədə Paşinyan hakimiyyəti Qərbə yönəlik siyasi kursa yenidən baxmalı oldu. Rəsmi İrəvan Ermənistanın Qərbə yönəlik geopolitik hərəkət vektorunu yenidən dəyişmək qərarına gəlib. Bəzi məlumatlara görə, Brüssel konfransından sonra Kremlin rəsmi İrəvanla səhnəarxası təmaslarının artıq müəyyən nəticələri mövcuddur və son vaxtlar açıq şəkildə müşahidə olunur.

Bəzi məlumatlara görə, Brüssel konfransında ABŞ və Avropa Birliyindən müəyyən vədlər alan Ermənistana Rusiyadan da oxşar reaksiyalar verilib. Yəni, Kreml də siyasi-diplomatik kanallarla rəsmi İrəvana kifayət qədər ciddi vədlər verib. Ancaq ABŞ və Avropa Birliyinin gələcəyə yönəlik vədlərindən fərqli olaraq, Kreml konkret addımlar atmaqla da diqqəti çəkib. Və bu, Qərbin mövqelərinə ağır zərbə vura biləcək yeni situasiyanın yaranmasına münbit şərait yaradır.

Məsələ ondadır ki, ABŞ və Qərbdən fərqli olaraq, Kreml Ermənistan baş naziri Nikol Paşinyanın bir müddət öncə reallaşdırılmış Rusiya səfərində vədlərinin bəzilərini yerinə yetirib. Belə ki, prezident Vladimir Putinlə qapalı görüşdən sonra baş nazir Nikol Paşinyan Rusiyanın Ermənistana yüz milyon dollar məbləğində maliyyə dəstəyi ayırmasına nail olub. Yəni, Kreml bununla həm də rəsmi İrəvana sadəcə, vədlər deyil, həm də real dəstək addımları da atmağa hazır olduğunu nümayiş etdirib.

Ona görə də, son vaxtlar rəsmi İrəvanın Rusiya əleyhinə sərt ritorikasının artıq yumşalmağa başladığı da müşahidə olunur. Belə ki, Ermənistan KTMT-dan çıxmaq barədə niyyətini təxirə saldığını qətiyyən gizlətmir. Hətta bu qurumdan verilən açıqlamada Ermənistanın KTMT-nın tam hüquqlu üzvü olaraq, qalmağa qərar verdiyi vurğulanıb. Böyük ehtimalla bu barədə rəsmi İrəvanla Kreml arasında müəyyən anlaşmalar mövcuddur.

Digər tərəfdən, rəsmi İrəvan Avrasiya İqtisadi İttifaqından əldə etdiyi sərfəli güzəştləri ABŞ və Avropa Birliyinin reallaşma ehtimalı inandırıcı görünməyən vədləri ilə kompensasiya edilməsinin mümkün olmadığı qənaətinə də gəlib. Hər halda, rəsmi İrəvanın son vaxtlar ABŞ və Qərbdən narazı olduğu müşahidə olunur. Və buna paralel olaraq, Ermənistanın yenidən xarici siyasət vektorunun geriyə - Rusiyaya doğru yönəlməyə hazırlaşdığı da istisna deyil.

Təbii ki, “kilsə qiyamı”nın davam etdiyi bir şəraitdə prezident Vladimir Putinin baş nazir Nikol Paşinyana doğum günü təbriki də qətiyyən boşuna deyil. Erməni baş nazirin bundan məmnun olduğu şübhə doğurmur. Çünki Kremlin davranışları “kilsə qiyamı”na münasibətdə Paşinyan hakimiyyətinə müəyyən mənada, dəstək xarakter də daşıyır.

Halbuki, ABŞ və Qərb bu məsələdə Paşinyan hakimiyyətinin gözləntilərindən çox-çox uzaq qaldı. Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin Rusiyaya etdiyi xəyanəti ABŞ və Qərbə münasibətdə də təkrarlaya biləcəyi qətiyyən istisna deyil. Və böyük ehtimalla Ermənistan yenidən Rusiyanın “təhlükəsizlik çətiri” altına qayıtmağa çalışa bilər.(Yeni Müsavat)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 021
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 709
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter