"Tərəflər arasında sülh sazişinin imzalanması tezləşə bilər" - GƏLİŞMƏ
- 06.06.2024, 14:22,
- Siyasət
Baxılıb: 86
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan Azərbaycana sülh sazişi ilə bağlı növbəti layihəni təqdim edib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib. Nazir həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırdığını bildirib:
"Danışıqlar prosesinin gedişi, sülh prosesi ətrafındakı danışıqlar, Alma-Ata danışıqları barədə məlumat verdim. Ondan öncə Azərbaycan Ermənistana növbəti saziş layihəsi ilə bağlı redaksiyanı təqdim etmişdi. Onun üzərində Alma-Atada danışıqlar həyata keçirilmişdi. Bir neçə gün bundan öncə Ermənistan tərəfindən sülhlə bağlı növbəti layihəni almışıq. Onu qeyd edə bilərəm ki, orada sülh sazişi layihəsi üzrə açıq qalan məsələlərin sayında azalma mövcuddur. Bir sıra maddələr üzrə pozitiv inkişaf müşahidə edilməkdədir".
Məsələ ilə bağlı Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Sonxeber.az-a açıqlama verib.
Politoloq bildirib ki, Payızda Nikol Paşinyanın Azərbaycanda keçiriləcək COP29 dəvət edilməsi gündəlikdə ola bilər:
"Azərbaycanla Ermənistan arasındakı danışıqlar sürətlə davam edərsə, tərəflər arasında sülh sazişinin imzalanması tezləşə bilər. Ötən il Paşinyan qeyd etmişdir ki, 2023-cü ilin sonunadək sülh sazisi imzalana bilər. Ancaq erməni sakinlərinin fəaliyyəti bu məsələ maneə oldu . İndi isə tərəflər arasında birbaşa və ikitərəfli danışıqlar keçirilir. Bu danışıqların real nəticələri olduğundan ehtimal etmək olar ki, sülh sazisi bu ilin sonunadək imzalana bilər. Hətta payızda Nikol Paşinyanın Azərbaycanda keçiriləcək COP29 dəvət edilməsi gündəlikdə ola bilər. Sülh sazisinin imzalanmasına kənar qüvvələr maneə yaratmasa hadisələr sürətli inkişaf edə bilər".