• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihə”si: Ermənistan sülh deyil, “savaş qovşağı”na çevrilir

  • 16.10.2024, 09:00,
  • Siyasət
  • Baxılıb: 37
Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihə”si: Ermənistan sülh deyil, “savaş qovşağı”na çevrilir


Zəngəzur dəhlizi tədricən ABŞ və Qərblə Rusiya arasında əsl “nifaq alması”na çevrilməyə başlayıb... Üstəlik, Paşinyan hakimiyyəti öz absurd davranışları ilə Ermənistanın gələcək taleyini də bu dəhlizdə “dolaşığa” salıb...
Ermənistan öz geopolitik əhəmiyyətindən və imkanlarından daha ağır geoiqtisadi yükün altına girməyə cəhd göstərir. Rəsmi İrəvanın bu istiqamətdə atmağa çalışdığı əksər addımların arxasında isə məhz ABŞ, Avropa Birliyi və Fransanın maraqları gizlənir. Yəni, rəsmi İrəvan Ermənistanın maraqlarından yan keçərək, məhz “qlobal üçlüyün” prioritet hədəflərinin reallaşmasında “geopolitik alətə” çevrilməyə daha çox üstünlük verir. Və bu səbəbdən də, rəsmi İrəvan Ermənistanın hələ uzun müddət blokada şəraitində qalmasını artıq təmin etmiş kimi görünür.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan hazırda blokada şəraitindən çıxmaq üçün ilk dəfə tarixi şans qazanıb. Bu şansı reallaşdırmaq üçün rəsmi İrəvanın siyasi iradə nümayiş etdirərək, Ermənistanın maraqları çərçivəsində müstəqil qərarlar qəbul etməsi tamamilə yetərli ola bilər. Və bunun üçün bir neçə prinsipial addımın atılması olduqca vacibdir.

f711b80691530f846ecd40a6ab0e02d0.jpg (293 KB)

Belə ki, Ermənistan ilk növbədə Azərbaycanla yekun sülh sazişini imzalamağa məcburdur. Yəni, hazırda müzakirə edilən bu sənədin bütün bəndlərinin mütlət razılaşdırılması qaçılmazdır. Buna paralrel olaraq, rəsmi İrəvanın ən qısa zamanda Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsi də lazımdır. Əgər, Paşinyan hakimiyyəti bu addımların atılmasına nail olarsa, onda, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında elə bir ciddi əngəl qalmaz. Və bununla da Ermənistan blokada şəriatindən çıxaraq, geoiqtisadi layihələrdə iştirak etməklə, inkişaf perspektivləri qazanmış olar.

Ancaq rəsmi İrəvan tamamilə fərqli planlar üzrə hərəkət etməyə çalışır. Yəni, Ermənistan konstitusiyasını dəyişməkdən imtina edir, yekun sülh sazişinin tam mətninin razılaşdırılmasına isə ehtiyac duymur. Nəticədə rəsmi Bakıya “yarımçıq sülh sazişi”nin imzalanmasını təklif edir. Bununla da gələcəkdə Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək üçün “siyasi-hüquqi vakum”un yaradılmasına cəhd göstərir. Və rəsmi Bakının yalnız Ermənistanın deyil, “qlobal üçlüyün” də maraqlarına indeksləşdirilmiş bu ssenariyə razılıq verməməsi tamamilə başadüşüləndir.

Halbuki, Paşinyan hakimiyyəti Ermənistanı blokadadan çıxartmaq niyyətində olsaydı, “yarımçıq sülh” avantürası əvəzinə real regional sabitliyə təminat rolunu oynayacaq bir sənəd imzalamaqla, geoiqtisadi layihələrdə iştirak şansına malik olardı. Hələlik ABŞ və Qərb Paşinyan hakimiyyətinə real sülh istiqamətində addımların atılmasına icazə verməyib. Əksinə, ABŞ, Avropa Birliyi və Fransa Ermənistanı revanşist ssenarilər qurmağa şirnikləndirir. Və bunun əsas sarsıdıcı zərbəsi də ilk növbədə Ermənistana doğru yönəlib.

00910f44-60a0-460f-b4f0-0a08613795df.jpg (260 KB)

Məsələ ondadır ki, Ermənistanın blokadadan çıxıb, geoiqtisadi layihələrə qatılmasında Zəngəzur dəhlizinin açılması “açar faktor” rolunu oynayır. Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması isə Zəngəzur dəhlizinin reallaşması qarşısındakı əsas əngəli aradan qaldırmış olardı. Beləliklə, Paşinyan hakimiyyətinin Ermənistanı yeni inkişaf perspektivlərinə doğru götürməsi üçün real “yol xəritəsi” əslində, mövcuddur. Və rəsmi İrəvanın bunun əvəzində Ermənistanın gələcək taleyini böyük təhlükə altında qoyan Qərbin “yol xəritəsi” ilə irəliləməyə üstünlük verməsi təəccüb doğurur.

Bunun əsas səbəbini isə ilk növbədə ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqazdakı maraqlarında, eləcə də, Ermənistanın revanşist hədəflərində axtarmaq lazımdır. ABŞ və Qərb Cənubi Qafqazda hərbi-siyasi gərginliyi artırmaq cəhdləri ilə yanaşı, Zəngəzur dəhlizinə nəzarət uğrunda Rusiya ilə kəskin mübarizə içərisindədir. Kreml 10 noyabr üçtərəfli anlaşmasını əsas gətirərək, Zəngəzur dəhlizinə məhz Rusiya sərhəd qoşunlarının nəzarət etməli olduğunu qabardır. Və Qərb siyasi dairələri Ermənistana təzyiq göstərməklə, buna əngəl törətməyə çalışırlar.

ABŞ, Avropa Birliyi və Fransa Zəngəzur dəhlizinə Rusiyanın nəzarət niyyətlərini bloklamaq üçün bütün imkanlardan istifadə etməyə çalışır. Hətta bu məqsədlə Qərb siyasi dairələri Paşinyan hakimiyyətinə Zəngəzur dəhlizinə xarici şirkətin nəzarət etməsi ilə bağlı “ideya” da veriblər. Ancaq yalnız Rusiya deyil, elə Azərbaycan da “xarici şirkət” variantına qarşı çıxır. Və ümumiyyətlə, rəsmi Bakı Qərblə Rusiyanın Zəngəzur dəhlizinə nəzarət uğrunda mübarizəsinin nəticələrini gözləmək niyyətində olmadığını da qətiyyən gizlətmir. Və Azərbaycan alternativ variant kimi, İran ərazisindən yeni marşrutun inşasına başlayıb.

3c6010dfe7ce369616e4cb2caf60a546.jpg (422 KB)

Təbii ki, rəsmi Bakının bu geopolitik manevri hazırda həm ABŞ, Avropa Birliyi və Fransanı, həm də Rusiyanı müəyyən mənada, oyundan kənar vəziyyətə salmış kimi görünür. Ona görə də, ABŞ və Qərb tez-tələsik Ermənistanın “Sülh qovşağı” layihəsini ön plana çəkməyə çalışır. Halbuki, bu “layihə”nin absurd xarakter daşıdığını elə Qərbdə hamıdan yaxşı bilirlər. Və üstəlik, rəsmi Bakının razılığı olmadan Ermənistanın hər hansı layihə reallaşdırmaq şansının olmadığını da anlayırlar.

Ancaq hələlik Zəngəzur dəhlizi üzərində qarşıdurma prosesi genişlənməkdə davam edir. Kremlin bu məsələ ilə bağlı Ermənistana təzyiqləri də artmağa başlayıb. Rəsmi İrəvan Kremlin təzyiqlərinə tab gətirməkdə çətinlik çəkdiyindən Rusiyanın Zəngəzur dəhlizinin fəaliyyətini monitorinq etməsinin mümkün ola biləcəyini vurğulayıb. İlk baxışdan, bu, Rusiyaya güzəşt edilməsi təsəvvürlər yaradır. Halbuki, Kreml Zəngəzur dəhlizinin monitorinqi barədə qətiyyən düşünmür. Və bu dəhlizə Rusiyanın təkbaşına nəzarət hüququ qazanmasına can atır.

Belə anlaşılır ki, Zəngəzur dəhlizi tədricən əsl “nifaq alması”na çevrilməyə başlayıb. Üstəlik, Paşinyan hakimiyyəti öz absurd davranışları ilə Ermənistanın gələcək taleyini də bu dəhlizdə dolaşığa salıb. Və belə davam edərsə, rəsmi İrəvan Ermənistanı “sülh qovşağı”na deyil, dünya nəhənglərinin “savaş qovşağı”na çevirəcək.(musavat.com)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 018
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 706
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter