• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpasıına yönəlmiş siyasət

  • 17.03.2025, 19:30,
  • Siyasət
  • Baxılıb: 15
Suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpasıına yönəlmiş siyasət



1992-ci ilin əvvəlindən Ermənistanın Azərbaycana qarşı başlayan silahlı təcavüzü keçmiş DQM-yə bitişik rayonunun ( Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam) işğal altına düşməsi ilə nəticələndi. Ümumilikdə, ərazimizin 20 faizi işğal olundu, bir milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrildi. 1994-cü ilin mayında Bişkek şəhərində atəşkəsə dair sazişin imzalanması ilə başlanan danışıqlar prosesi 6 il ərzində heç bir səmərə vermədi. Ermənistan tərəfi danışıqlarda vaxt udmağa, “status-kvo”nu möhkəmləndirməyə çalışdı, eyni zamanda, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma həyata keçirdi. Döyüş meydanında qisasını alan, işğal altındakı torpaqlarını azad edən Azərbaycan daha sonra qondarma rejimin nəsarəti altında yaşayan insanların reinteqrasiya prosesinə start verdi. Buna baxmayaraq, edilən bütün cəhdlər uğursuzluqla nəticələndi. Əksinə, ölkəmiz Ermənistanın və qondarma rejimin yeni təxribatları ilə üzləşdi. Bütün bunlar sentyabr ayında lokal xarakterli antiterror tədbirlərinin görülməsinə gətirib çıxardı. Bir sutkadan az davam edən antiterror tədbirləri nəticəsində separatçı rejim ağ bayraq qaldıraraq təslim oldu. Xunta rejimi Qarabağın erməni əhalisini bölgəni tərk edərək Ermənistana köçməyə məcbur etdi. Bununla belə, Azərbaycan bu gün də Qarabağ erməniləri üçün, necə deyərlər, qapıların açıq olduğunu bəyan edir. Yeganə şərt Azərbaycan vətəndaşlığını qəbul etmək, ölkəmizin pasportunu daşımaq və qanunlara əməl etməkdir. Eyni zamanda, bu zaman azərbaycanlıların Ermənistan ərazisindəki yurd yerlərinə geri qayıtması məsələsi də gündəmə gəlir.
"Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz - bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacağıq. Xalqımız birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən sonra, 2021-ci il 24 dekabr tarixində Hadrut qəsəbəsinə səfərinin ardınca Şuşa şəhərində Cıdır düzündən bu çağırışı etdi ki, Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd etmirəm. Adətən ad günlərimə təsadüf edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edirdim, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşürdüm. Şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, yeni salınmış köçkün qəsəbələrində bu kateqoriyadan olan insanlarla görüşürdüm. 50 illiyimi də məcburi köçkünlərlə bərabər qeyd etmişdim. 50 illiyimi Qarabağda - Ağcabədidə keçirdim, 60 illiyimi isə Qarabağda - bu dəfə Şuşada keçirirəm. Bu iki tarix arasında bir canlı bağlantı var. Bu gün azad Qarabağda, Şuşada və Hadrutda olarkən öz ad günümü qeyd edirəm.Prezident İlham Əliyev ona göstərilən etimadı əməli ilə doğrultdu. Verdiyi vədləri yerinə yetirdi və suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərin reallığa çevrilməsi üçün geniş imkanlar, üfüqlər açıldı. 7 fevral 2024-cü ildə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi qalib xalqın qalib Liderinə etimadının, inamının növbəti təntənəsi oldu. Bu seçkilər müstəqillik tariximizə Zəfər seçkiləri kimi yazıldı. Cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin prezident seçkilərində Xankəndi şəhərində səs vermələri tariximizin ən qürurverici hadisələrindən oldu.

Əzizova Leyla Bilal qızı - Masallı rayon Türkoba kənd sakini
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Tesla xidmətə cəlb olundu

  • Bu gün, 09:37
  • 3
  • 0

Onlar belə maaş alacaqlar

  • Dünən, 13:11
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 221
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 176
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter