• 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 

Qafqaz Bürosu ermənilərə bu ərazilərimizi peşkəş etdi

  • 18.02.2020, 10:55,
  • Siyasət
  • Baxılıb: 53
Qafqaz Bürosu ermənilərə bu ərazilərimizi peşkəş etdi


Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsi keçirildi.

Öncə qeyd edim ki, müzakirə Paşinyanın ağ yalanlarla dolu ittihamlarına baxmayaraq, olduqca səmimi ortamda keçdi. Bu, tərəflər arasında ilk belə görüş idi.

Təbii ki, əvvəlki illərdə olduğu kimi, bu müzakirələrdə də erməni liderin yalan informasiyalara söykənəcəyi, əlində heç bir tutarlı fakt olmadan qarşı tərəfə ittihamlar yağdıracağı gözlənilən idi. Onsuz da bir azərbaycanlı olaraq bu hallara illərdir rast gəlirik. Bizim üçün yeni deyil.

Gözlənildiyi kimi də oldu. İlk çıxışa Azərbaycan Prezidenti başladı və tutarlı faktlarla Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu Paşinyan da daxil olmaqla, hər kəsə çatdırdı. Prezident 1805-ci ildə Qarabağ xanı İbrahim xanın Rusiya ilə imzaladığı Kürəkçay, 1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri, 1918-ci il 29 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə İrəvanın ermənilərə verilməsi də daxil olmaqla, bütün tarixi faktları erməni baş nazirin (və dünya ictimaiyyətinin) diqqətinə çatdırdı.

Amma Paşinyan öz sələfləri kimi ənənəvi olaraq çıxışını yalan üzərində qurmağa başladı.

Erməni baş nazir çıxışında 1994-cü ildə Bişkek Protokolunu imzalayan tərəflərdən birinin Dağlıq Qarabağın nümayəndəsi olduğunu dedi. Bununla Paşinyan hər kəsə sübut etməyə çalışırdı ki, guya Azərbaycan vaxtilə Dağlıq Qarabağı bir qurum kimi tanıyıb. Amma sənəddə qondarma qurumu təmsil edən bir nəfərin də adı qeyd olunmayıb. İndiyə qədər Paşinyandan əvvəlki erməni liderlər də Azərbaycan tərəfi ilə danışıqlar zamanı bu barədə söz açmayıb. Çünki hər kəs belə bir halın olmadığını gözəl bilir.

Nikolun digər yalanı Dağlıq Qarabağın statusu ilə bağlı idi. Guya Dağlıq Qarabağ Sovet İttifaqı tərəfindən ermənilərdən zorla alınaraq Azərbaycana verilib.

Sitat: Dağlıq Qarabağın ölkə kimi hesab olunmasına gəlincə, deməliyəm ki, mən Prezident Əliyevlə razı deyiləm. Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın … yox üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi. Bu, tamamilə qanuni qərar idi və bundan sonra İosif Stalinin şəxsi təşəbbüsü əsasında bu qərar Moskvada dəyişdirildi. Bu, bir növ Stalin, Lenin və Atatürkün gizli sövdələşməsi idi. Qarabağ heç vaxt müstəqil Azərbaycan dövlətinin tərkib hissəsi olmayıb. Qarabağ Sovet İttifaqının formalaşması prosesi zamanı Azərbaycana verilib.

Belə bir yalanı demək üçün peşəkar olmağa ehtiyac yoxdur, erməni olmaq bəs edər.

Nikolun bu yalanını sübut etmək üçün dərin tarixi faktlara, arxiv materiallarına ehtiyac yoxdur. 1918-ci ildə Dağlıq Qarabağın hansı dövlətin tərkibində olmasına nəzər yetirmək bəs edər.

Məgər Paşinyan bu faktları bilmir? Məgər o bilmir ki, 1920-ci il 11 yanvarda başda ABŞ, Böyük Britaniya, Fransa olmaqla, Azərbaycanın müstəqilliyini tanıyan 20 ölkə Azərbaycan ərazisi kimi həm də Zəngəzuru, Meğrini, Göyçəni, Dərələyəzi, Qafanı tanımışdı? Məgər, Paşinyan bilmir ki, Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz sayılan ərazisi 98 min kv km, mübahisəli adlandırılan (İrəvanın ətrafı və Göyçə gölünün qərbi) 114 min kv km idi?

1921-ci ildə Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində ona görə saxlanılmasına qərar verdi ki, Azərbaycandan Meğri, Qafan, Dərələyəz, Göyçə mahalı (Göyçə gölünün şərqi) alınıb zorla Ermənistana verildi. Hələ həmin vaxt Qərbi Azərbaycan Respublikası adında dövlət yaradıb, buna qarşı savaş da başladılmışdı və o savaşa girənləri Qırmızı Ordu öz qanında boğmuşdu.

Bu azmış kimi, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə qərar qəbul etdi. Yəni Sovet işğalından sonra cəmi 3 il ərzində Azərbaycanın 28 min kv km-ə yaxın ərazisi – onun 12 min kv km-ni hətta müstəqil Ermənistan da mübahisələndirməmək barədə 1918-ci il 29 mayda öhdəlik götürmüşdü – işğal edilərək, Ermənistana verildi, ardınca isə Dağlıq Qarabağda da ermənilərə muxtariyyət yaradıldı?

Bütün dünya da yaxşı bilir, Çar Rusiyasının arxivlərində də saxlanılır: Birinci Dünya müharibəsindən öncə İrəvan əhalisinin 87 faizi azərbaycanlılardan ibarət idi.

Əlbəttə, sələfləri kimi Paşinyan da, dünya da bu faktları çox gözəl bilir və anlayır. Amma ənənəvi erməni xəstəliyi tarixi faktları qəbullanmağa mane olur. Bundan sonra da qəbul etməyəcək. Çünki xislət imkan vermir.

Azərbaycan Prezidenti İlham Əliyevin aramla, səlis səsləndirdiyi faktlar qarşısında hansı dövlət başçısı olsaydı, susardı, bu barədə bir kəlimə də danışmazdı. Amma Paşinyan susmadı, sona qədər həyasızlığını davam etdirdi və rüsvay oldu.

Onun rüsvayçılığının isə heç bir fərqi yoxdur: bu xalq Kardaşyanı ilə fəxr edən xalqdır, mədəniyyət oğrusu, torpaq oğrusudur və belə rəzilliklərdən utanmaz.

Dünyaya da deyəsən, belə rəzillər lazımdır…

P.S. Azərbaycan xalqının başına tarix boyu çox müsibətlər gəlib. Ancaq başımıza gələn ən böyük faciə ermənilərlə bizim qonşu edilməyimizdir.

Bəşəriyyət tarixində heç kim belə həyasız xalqla qonşu olmayıb. Allah heç kimi belə xalqla qonşu etməsin! /axar.az/
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bazar gününün havası açıqlandı

  • 23-11-2024, 15:30
  • 47
  • 0

Azərbaycanda zəlzələ olub

  • 23-11-2024, 13:10
  • 47
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 087
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 785
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter