• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Bakıda Gömrük-Biznes Forumu keçirilir

  • 08.12.2025, 09:55,
  • Siyasət
  • Baxılıb: 57
Bakıda Gömrük-Biznes Forumu keçirilir


Bakıda "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" Forumu öz işinə başlayıb.

Forumda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, eləcə də digər rəsmi şəxslər iştirak edirlər.

Forum zamanı gömrük işi sahəsində həyata keçirilən rəqəmsal alətlərin, eləcə də xarici ticarət əməliyyatlarının tənzimlənməsi və sadələşdirilməsi istiqamətində gömrük və aidiyyət dövlət orqanlarının birgə reallaşdırdığı layihələrin təqdimatları, o cümlədən biznes subyektlərinin iştirakı ilə gömrük prosedurları və əməliyyatları üzrə müzakirələrin aparılması planlaşdırılır.

Biznes nümayəndələri ilə əməkdaşlığın daha da genişləndirilməsi, gömrük sahəsində həyata keçirilən yeniliklərin ictimaiyyətə çatdırılması məqsədilə dövlət qurumlarının nümayəndələrinin, xarici ticarət iştirakçılarının, ekspertlərin və tərəfdaşların iştirakı ilə hər il ənənəvi olaraq Dövlət Gömrük Komitəsi tərəfindən "Gömrük-Biznes Forumu" təşkil edilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter