• 17:16 – Azərbaycan Prezidenti Venesuelaya başsağlığı verdi 
  • 11:04 – Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət 
  • 14:52 – Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi 
  • 15:33 – Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib 

Ceyhun Bayramov Moskvaya gedir - Bakıda "Rus evi" yenidən açıla bilər

  • 30.06.2026, 09:00,
  • Siyasət
  • Baxılıb: 4
Ceyhun Bayramov Moskvaya gedir - Bakıda "Rus evi" yenidən açıla bilər


Rusiya tərəfi Bakıda fəaliyyət göstərən "Rus evi"nin (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) yenidən açılmasını təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin açıqlama verib. Onun sözlərinə görə, "Rus evi"nin fəaliyyətinin bərpası həm Rusiya, həm də Azərbaycanın maraqlarına uyğun olardı.

Qaluzin həmçinin bildirib ki, yaxın günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya planlaşdırılan səfəri zamanı iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar əməkdaşlığın geniş gündəliyi müzakirə olunacaq.

"Rus evi" Bakıda fəaliyyətini bərpa edəcəkmi? Bu məsələ Bakı-Moskva münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilərmi? Ceyhun Bayramovun Moskva səfərində hansı mühüm qərarlar qəbul ediləcək?

“Rus evi”nin fəaliyyətinin bərpası ilə bağlı səsləndirilən fikir hələlik Rusiya tərəfinin təklifidir və bu məsələ, təbii ki, yalnız tərəflər arasında aparılacaq rəsmi danışıqların, eləcə də müvafiq hüquqi prosedurların və qarşılıqlı razılaşmaların nəticəsindən asılı olacaq".

Bu sözləri Musavat.com-a Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov deyib.

O qeyd edib ki, Azərbaycanın xarici siyasəti isə dəyişməzdir: "Ölkəmiz bütün dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərin bərabərhüquqlu, qarşılıqlı hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik, bir-birinin daxili işlərinə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında qurulmasının tərəfdarı olub və bundan sonra da bu prinsipə sadiq qalacaq. Azərbaycan güclü və müstəqil dövlət kimi öz xarici siyasətini məhz milli maraqları rəhbər tutaraq həyata keçirir.

Əlbəttə, son illərdə münasibətlərdə müəyyən gərginlik yaradan məqamlar da olub. Təhlil etsək görərik ki, həmin proseslərin təşəbbüskarı Azərbaycan olmayıb. Bununla yanaşı, hansısa qüvvələr və ya dövlətlər ölkəmizə qarşı əsassız ittihamlar səsləndirib, yaxud məqsədyönlü ritorikaya üstünlük veriblərsə, Azərbaycan da öz milli maraqlarını qətiyyətlə müdafiə edib və buna adekvat, prinsipial cavab verib. Bu, dövlətimizin dəyişməz mövqeyidir. Çünki Azərbaycan üçün milli maraqlar hər zaman hər şeydən üstündür.

Bununla belə, rəsmi Bakı heç vaxt qarşıdurmanın tərəfdarı olmayıb. Əksinə, Azərbaycan bütün qonşu dövlətlərlə, beynəlxalq təşkilatlarla və ümumilikdə dünya ölkələri ilə konstruktiv dialoqun, qarşılıqlı hörmətin və bərabərhüquqlu əməkdaşlığın tərəfdarı kimi çıxış edib. Bu gün də ölkəmiz regionda etibarlı tərəfdaş, sözünə və öhdəliklərinə sadiq dövlət kimi tanınır".

Parlamentari onu da xüsusi olaraq vurğuladı ki, son dövrlərdə rəsmi Moskvadan daha konstruktiv və müsbət siqnalların verildiyini müşahidə edirik: "Bu, münasibətlərdə qarşılıqlı etimadın möhkəmlənməsi baxımından müsbət qiymətləndirilə bilər. Amma diplomatiyada əsas meyar bəyanatlar deyil, konkret addımlardır. Məhz bu baxımdan xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya planlaşdırılan səfəri xüsusi əhəmiyyət daşıyır. Düşünürəm ki, görüşlərdə siyasi dialoqla yanaşı, iqtisadi, nəqliyyat, humanitar və digər aktual məsələlər geniş müzakirə olunacaq. Əgər bu danışıqlar konkret nəticələr və qarşılıqlı etimadı gücləndirən qərarlarla yekunlaşarsa, bu, Azərbaycan-Rusiya münasibətlərinin daha sağlam və praqmatik məcrada inkişafına xidmət edə bilər. Ancaq münasibətlərdə yeni mərhələnin başlanması barədə qəti fikir söyləmək üçün qəbul ediləcək qərarların praktik icrasını görmək lazımdır".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

“Azeri Light” bahalaşdı

  • Dünən, 09:49
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 230
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 187
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter