Kəbirə xanım Məmmədovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
- 14.04.2020, 13:20,
- Siyasət
Baxılıb: 168
Facebook
Вконтакте
Одноклассники
Google+
Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə xanım Məmmədova - Gəlin, biz də polislərimizi qoruyaq!
Polislərimizin əməyini necə qiymətləndiririk?!
Bu günlərdə soyuqda, küləkdə, yağışda küçələrdə növbə çəkən və bizlərin təhlükəsizliyini qoruyan minlərlə polisimizi görürük
Hər gün mətbuatda, televiziya kanallarında koronavirusla müharibədə ön cərgədə, səngərdə dayanan həkimlərimiz və polislərimizlə bağlı neçə-neçə yazıları oxuyur, sujetlərə baxır və qürur duyuruq.
Lakin ölkədə tətbiq edilmiş xüsusi karantin dövründə həm təhlükəsizliyimizi qoruyan, həm cinayətkarlıqla mübarizə aparan, həm də karantin rejimindən sui-istifadə edərək bu qaydaları pozan, xəstəliyin yayılmasına səbəb olmaqla həm həkimlərimizin, həm də dövlətimizin bu sahədə yükünü artıran şəxslərə qarşı barışmaz mövqe nümayiş etdirən polislərimizin əməyini necə qiymətləndiririk?! Şübhəsiz ki, ölkə vətəndaşlarının çoxu bunu yüksək qiymətləndirir, dəyərləndirir və alqışlayır. Təəssüflər olsun ki, az sayda olsa da yenə də həm ölkədə, həm də xaricdə oturub ölkəmizin hər bir sahədəki uğurlarına kölgə salmaq istəyənlər indi də ara-sıra polislərimizə böhtan atmaqla məşğuldurlar.
İlk gündən Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən bu mübarizəyə qarşı Operativ Qərargah yaradılıb. Milyardlarla vəsait ayrılıb. Vətəndaşlarımızın sosial və iqtisadi problemlərinin həlli istiqamətində müəyyən İşçi Qruplar yaradılıb. Eyni zamanda Ali Baş Komandan televiziya ilə bizə müraciət edərək “evdə qalın” deyir, göstəriş verir. Əslində, Ali Baş Komandanın bu göstərişi hər birimiz üçün əmr kimi başa düşülməlidir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqa müraciət edərək deyir ki, belə bir zamanda şəfqət, məhəbbət, humanizm xoş əməllər göstərməyə, hamını həmrəy olmağa və evdə qalmağa çağırıram. Gəlin bunu da unutmayaq ki, koronavirusla mübarizədə Azərbaycan özünün Nümunəvi Modelini yaradıb. Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməaində Azərbaycanı koronavirusla mübarizədə öncüllərdən biri kimi qeyd edir.
Bu günlərdə soyuqda, küləkdə, yağışda küçələrdə növbə çəkən və bizlərin təhlükəsizliyini qoruyan minlərlə polisimizi görürük. Onlar bizim təhlükəsizliyimizi qoruyarkən həm də özlərinin sağlamlıqlarını və həyatlarını təhlükə altına ataraq minlərlə insanla təmasda olurlar. Belə vəziyyətdə onlara görə Allaha dua etmək əvəzinə, böhtan atılması allahsızlıqdır. Onlar da bizim balalarımız, qardaşlarımızdırlar. Gəlin, polisimizi qoruyaq! Onlara əlavə əziyyətlər verməyək!
Allah Qarabağda erməni ilə üz-üzə dayanan əzgərlərimizi, ölkəmizdə koronavirusla mübarizədə öndə olan həkimlərimizi və polisimizi qorusun! Allah xalqımızı və bəşəriyyətimizi bu bəladan qorusun!
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə xanım Məmmədovadır.
Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə xanım Məmmədova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Kəbirə xanım Məmmədovanı heç vaxt əqidəsindən döndərə bilməz.
Kəbirə xanım Məmmədova böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Kəbirə xanım Məmmədova yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Kəbirə xanım Məmmədova ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Kəbirə xanım Məmmədovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Kəbirə xanım Məmmədova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır!
Kəbirə xanım Məmmədova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Binə Ticarət Mərkəzinin rəhbəri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 128
- 5 502
- 10-02-2022, 10:36
- 28 424
- 244
- 7-04-2022, 11:57
- 21 591
- 207
- 26-04-2019, 16:16
- 16 149
- 45
- 18-09-2019, 10:29
- 13 663
- 119
- 12-12-2020, 12:00
- 13 397
- 92
- 11-04-2022, 16:00
- 11 862
- 12
- 15-05-2019, 20:27
- 11 085
- 54
- 24-05-2020, 23:28
- 9 994
- 3
- 26-04-2019, 15:39
- 9 486
- 99
- 27-04-2019, 10:08
- 9 055
- 2
- 23-10-2019, 21:00
- 8 071
- 1
- 29-11-2019, 09:00
- 7 918
- 3
- 13-05-2020, 22:05
- 7 776
- 0
- 28-04-2019, 20:56
- 7 542
- 2
- 23-04-2019, 21:57
- 7 314
- 2
- 11-03-2022, 12:24
- 310 128
- 5 502
- 10-02-2022, 10:36
- 28 424
- 244
- 7-04-2022, 11:57
- 21 591
- 207
- 7-11-2019, 09:36
- 6 106
- 126
- 18-09-2019, 10:29
- 13 663
- 119
- 26-04-2019, 15:39
- 9 486
- 99
- 12-12-2020, 12:00
- 13 397
- 92
- 22-12-2021, 14:22
- 4 767
- 58
- 10-02-2023, 10:54
- 4 306
- 57
- 15-05-2019, 20:27
- 11 085
- 54
- 26-04-2019, 16:16
- 16 149
- 45
- 14-01-2020, 09:33
- 6 819
- 20
- 11-04-2022, 16:00
- 11 862
- 12
- 27-03-2021, 14:25
- 4 989
- 7
- 29-11-2021, 09:36
- 4 582
- 5
- 29-09-2020, 11:15
- 5 004
- 5
- 24-09-2020, 11:41
- 5 039
- 5
- 16-05-2019, 14:19
- 6 934
- 5
- 15-05-2019, 09:47
- 5 273
- 5
SOSİAL ŞƏBƏKƏLƏR