Paşinyandan müsahibə alan Stiven Sakur İlham Əliyevə də təklif göndərdi – FOTO
- 17.08.2020, 09:39,
- Siyasət
Baxılıb: 14
Facebook
Вконтакте
Одноклассники
Google+
BBC-də yayımlanan sual-cavab məzmunlu “Hardtalk” verilişinin aparıcısı Stepan Sakurun Ermənistan Baş naziri Nikol Paşinyandan aldığı müsahibə haqqında xəbər vermişdik.
Yenisabah.az xəbər verir ki, S. Sakur “Twitter” vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevdən də müsahibə almaq istədiyini bildirib. O həmçinin suallara ölkə rəsmilərindən hər hansı birinin də cavab verə biləcəyini qeyd edib:
“Ermənistan baş naziri Nikol Paşinyanla olan müsahibəm həm Ermənistan həm də Azərbaycan tərəfində qeyri-adi rezonans doğurub. Dünyanın hər iki tərəfi eşitməyə ehtiyacı var. Bəs siz necə fikirləşirsiniz, cənab Prezident? Ya da rəsmi Bakıdan hər hansı yüksək vəzifəli şəxs”.