• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Komitə sədri Nizami və Kəpəz rayonlarının ləğv olunmasını təklif edir

  • 26.09.2020, 10:58,
  • Siyasət
  • Baxılıb: 87
Komitə sədri Nizami və Kəpəz rayonlarının ləğv olunmasını təklif edir


Gəncə şəhərində idarəetmənin effektivliyinin təmin edilməsi üçün optimallaşdırılmasına ciddi ehtiyac var.

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədrinin sözlərinə görə, əhalisi Sumqayıt şəhərinin əhalisindən elə də çox olmayan Gəncə şəhərinin tərkibində Nizami və Kəpəz inzibati rayonlarının fəaliyyət göstərməsi şəhərin effektiv, optimal idarəçiliyin həyata keçirilməsinə ciddi maneələr yaradır. “Təcrübə göstərir ki, Nizami və Kəpəz rayonunun fəaliyyəti idarəçilikdə həm təkrarçılığa, həm də əlavə süni bürokratik əngəllərin yaranmasına səbəb olur. Onsuz da bütün kütləvi-mədəni və digər mühüm kütləvi tədbirlər Gəncə ŞİH tərəfindən təşkil edilir. Nizami və Kəpəz RİH-lər burada ancaq yardımçı rolunu oynayır. Müstəqillik dövründə isə bu rayonların fəaliyyəti nəzərə çarpmır.”- millət vəkili qeyd edib.

Komitə sədri bildirib ki, cənab Prezidentin rəhbərliyi altında ölkədə ciddi islahatlar, o cümlədən idarəçiliyin effektivliyinin və optimallaşdırılmasının təmin edilməsi istiqamətində islahatlar aparılır: “Bu ilsahatlar çərçivəsində Gəncə şəhərinin daha effektiv və optimal idarəçiliyini təmin edib, təkrarçılığı aradan qaldırmaq üçün Nizami və Kəpəz rayonları ləğv edilməsi yaxşı olardı. Bu məsələ bir müddət öncə gündəmdə oldu və məsələ Gəncə şəhər əhalisi tərəfindən də müsbət qarşılandı”.
Komitə sədri hesab edir ki, Gəncə şəhərində idarəçiliyin effektivliyinin təmin edilməsi üçün optimallaşdırma islahatlarının həyata keçirilməsi məsələsi Milli Məclisdə də qaldırılıb, müzakirəyə çıxarıla bilər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 023
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 712
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter