• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Azərbaycanlı səfir İsveçrə radiosunda “Frank Muller”in erməni əsilli rəhbərini ifşa etdi

  • 04.11.2020, 12:22,
  • Siyasət
  • Baxılıb: 58
Azərbaycanlı səfir İsveçrə radiosunda “Frank Muller”in erməni əsilli rəhbərini ifşa etdi


Cəbhədə baş verən son proseslərlə bağlı Ermənistanın Azərbaycana qarşı başlatdığı hərbi cinayətlərin, eləcə də işğalçı siyasətinin ifşa edilməsi və ölkəmizin haqlı mövqeyinin İsveçrə ictimaiyyətinə çatdırılması istiqamətində paytaxt Bern şəhərindəki Azərbaycanın səfirliyi ardıcıl və məqsədyönlü şəkildə işlər aparmaqda davam edir.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu gün səfir Xanım İbrahimova İsveçrənin italyan dilli Tiçino kantonunun ən nüfuzlu radiosunun qonağı olub və son hadisələr barədə geniş məlumat verib.

Proqramda həmçinin, qonaq qismində “Venesiyanın Ca 'Foscari” Universitetinin Orta Asiya Tarixi üzrə professoru Aldo Ferrari, Xandənki şəhərində fəaliyyət göstərən müstəqil jurnalist Filippo Rossi və İtaliyanın Trentoda şəhərindəki Balkanlar və Qafqaz Mərkəzinin tədqiqatçısı Simone Zoppellaro iştirak ediblər. Tiçino kantonunda erməni lobbisinin ənənəvi olaraq yüksək siyasi dairələrlə əlaqələri və erməni diaspor üzvlərinin müxtəlif mətbuat mərkəzləri ilə sıx əməkdaşlığı çərçivəsində qeyd olunan radio proqramının ən çox dinlənilən vaxtda efirə getməsi mühüm əhəmiyyət kəsb edib.

Səfir Xanım İbrahimova radio proqramda sentyabr ayından etibarən başlayan döyüşlər zamanı üç dəfə humanitar atəşkəsin elan olunduğunu, lakin Gəncə və Bərdə şəhərləri başda olmaqla cəbhə bölgəsindən uzaqda yerləşən digər şəhər və qəsəbələrdə Ermənistanın işğalçı qüvvələri tərəfindən dinc əhaliyə qarşı cinayətlərin törətdildiyini və nəticədə çoxlu sayda mülki şəxsin yaralanaraq həlak olduğunu, bununla da elan olunmuş humanitar atəşkəslərin kobudcasına pozulduğunu bildirib.

Suriyadan döyüşçülərin Azərbaycana gətirilməsi ilə bağlı Ermənistan tərəfindən yayılan xəbərlərin tamamilə yalan olduğunu, bu iddialarla bağlı heç bir əsaslı sübutun göstərilmədiyini, Türkiyə Respublikasının isə regionda sabitləşdirici xarakter daşıyıcısı və Azərbaycanın müttəfiqi kimi mənəvi dəstək verdiyini bildirib. Həmçinin, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması barədə dört qətnaməsini bir daha xatırladıb və 30 ilə yaxın davam edən bu ədalətsizliyin davam edə bilməyəcəyini qeyd edib.

Daha sonra, Səfir Xanım İbrahimova Milli Ordumuzun uğurlu əməliyyatları nəticəsində işğaldan azad olunmuş Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlı müxbirə məlumat verib, həmin kəndin əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş şirkətlər və şəxslər barədə diqqətə çatdırıb. O, xüsusilə, İsveçrə Konfederasiyasının vətəndaşı, “Goldstar” şirkətinin və “Frank Muller” saat brendinin rəhbəri olan erməni əsilli Vartan Sirmakesi ifşa etmiş və uzun illər ərzində qızıl yataqlarının qanunsuz istismara məruz qaldığı bildirib. Məhz bu səbəblə, o, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən işğal olunmuş və artıq işğaldan azad edilmiş ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin milli və beynəlxalq qanunvericilik əsasda məsuliyyətə cəlb olunacaqlarını açıq şəkildə vurğulayıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 30
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 070
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 766
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter