“Twitter” Ceyhun Bayramovun hesabını blokladı, aksiya başladıldı - FOTO
- 05.11.2020, 10:01,
- Siyasət
Baxılıb: 130
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gecə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun “Twitter”i bloklanıb.
Sosial şəbəkə rəhbərliyi Azərbaycan hakimiyyətində təmsil olunan rəsmi şəxsin profilini guya “Twitter”in qaydalarını pozduğu üçün ləğv edib.
Bundan sonra “Twitter” istifadəçiləri təcili kütləvi aksiya başladaraq haqqın bərpa olunması üçün hərəkətə keçiblər. Onlar sosial şəbəkənin texniki heyətinə müraciət ünvanlayaraq bunun səhv addım olduğunu bildiriblər. Aksiyadan bir neçə saat keçdikdən sonra XİN rəhbərinin səhifəsi bərpa edilib.