• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Azərbaycanlılar niyə kütləvi şəkildə İğdıra axın edir?

  • 13.12.2021, 10:22,
  • Sosial
  • Baxılıb: 50
Azərbaycanlılar niyə kütləvi şəkildə İğdıra axın edir?


Türkiyə lirəsinin ucuzlaşması bu ölkədə digər xarici ölkə pul vahidləri kimi Azərbaycan manatının da dəyər qazanmasına səbəb olub. Nəticədə azərbaycanlılar bu günlərdə kütləvi şəkildə sərhədə yaxın İğdır şəhərinə axın edərək alış-verş edirlər.

Virtualaz.org xəbər verir ki, Azərbaycan manatı son bir ayda TL-yə nisbətən 49 faiz dəyər qazanıb və hazırda 1 AZN 8 TL 16 quruşa dəyişdirilir. Bu da azərbaycanlılar üçün Türkiyədən dəyəri manatla ölçüldükdə xeyli ucuzlaşan malları almaq üçün yaxşı fürsət yaradıb.

Bu fürsətdən istifadə edən Azərbaycan vətəndaşları kütləvii şəkildə İğdıa axın edərək ərzaq, geyim və məişət malları alırlar. Naxçıvan Muxtar Resublikasında və Azərbaycanın digər yerlərində alver edə bilməyənlər üçün İğdırda alış-veriş etmək indi xeyli sərfəlidir. Bildirilir ki, azərbaycanlılar Naxçıvan üzərindən ya avtobuslarla, ya şəxsi maşınları ilə cəmi bir saatlıq məsafədə olan İğdıra gedirlər, alış-veriş edib elə həmin gün geri dönürlər. Onlardan bəziləri manatın dəyər qazanmasına baxmayaraq malların hələ də baha olduğunu deyir, bir çoxları isə ucuzlaşmadan məmnundur. Alış-verişin azərbaycanlıların hesabına canlanması iğdırlı ticarətçiləri də məmnun edir.

Lakin yerli sakinlər heç də bu ucuzluqdan faydalana bilmirlər. "Əslində qiymətlər uçub, 1o lirəyə satılmalı olan mal indi 40 lirəyə satılır. Azərbaycanlıların pulu qiymətli olduğundan alış-veriş edə bilirlər”,-yerli sakinlərdən biri deyib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter