Elxan Hüseynov: Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir dünyadır
- 12.12.2022, 12:02,
- Sosial
Baxılıb: 199
Facebook
Вконтакте
Одноклассники
Google+
Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov - Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür. Bu gün müasir Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin vəfatından 19 il ötür.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Ötən zaman kəsiyi göstərdi ki, məhz ulu öndər Heydər Əliyevin həlledici bir məqamda respublikamızda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratdı. Hərənin bir ömür payı var. Kiminin mənalı, kiminin adi. Heydər Əliyev həsəd aparılacaq bir ömür yaşadı. Qısa zaman kəsiyində Ulu Öndər xalqının əsrlər boyunca uğurunda çarpışdığı ən ümdə haqqını reallığa çevirdi... Bizləri ən yüksək məqama - müstəqilliyə qovuşdurdu. Dünyanın döşünə döyən xalqlarına millətimizin layiqli mövqeyini qətiyyətlə nümayiş etdirdi. Heydər Əliyev xəyalları belə çin etmək qüdrətinə yiyələndiyini dəfələrlə ortaya qoydu. İnsanın Vətənin timsalına çevrilməsi dünyada nadir hadisələrdəndir. Məhz Heydər Əliyev də planetin bu əlçatmaz mərtəbəyə yüksələn tək-tək şəxsiyyətlərindən biri oldu.
1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında günəş doğdu. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi, ilk dəfə ölkəmizdə hakimiyyət sükanına xalqının taleyinə tam yiyə durmaq iqtidarına yetişən soydaşımız yüksəldi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcını qoydu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli Lider hələ Sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı.
1993—2003-cü illər də Ulu Öndərin planetin nadir şəxsiyyətlərindən, dövlət və ictimai xadimlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi. Ümummilli Liderin mükəmməl idarəçilik məktəbi sayəsində Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxdı. 1996-cı ildən respublikamız yenidən dirçəliş mərhələsinə qədəm qoydu. Məhz Heydər Əliyevin beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi bir mənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər onun Azərbaycana, ölkəmizin timsalında regiona, nəticə etibarı ilə dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya gətirmək yolunda atdığı mühüm addımlardır. Ümumilikdə, Ulu Öndərin Azərbycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin ən intensiv inkişaf mərhələsinə təkan verdi.
2003-cü ildən ötən zaman kəsiyi də Ümummilli Liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev istər övlad, istərsə də bir millətin təmsilçisi, sərkərdəsi kimi Heydər Əliyev ucalığının təcəssümüdür. O da ən ümdə xəyalları gerçəkliyə çevirən dövlət başçısı, millətinin həqiqi lideridir.
“Azərbaycan dünyaya günəş kimi doğacaq!”, söyləyərək bəşəriyyətə səslənən dahi Heydər Əliyev ölkəmizin xoşbəxt gələcəyinə inanır və yaxın gələcəkdə ərazi bütövlüyümüzün bərpa olunacağına böyük ümid bəsləyirdi. Ona görə də nəticə etibarı ilə Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər bu gün ulu öndərin vəsiyyətinə ləyaqətlə əməl etmiş cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev ideologiyasina söykənən siyasi kursun yeni keyfiyyətdə və yeni çağırışlar fonunda davamının nəticəsi kimi dəyərləndirilməlidir.
Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi sayılan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir dünyadır, ümmandır. Heydər Əliyev Azərbaycanın söykəndiyi dağdır. O dağınsa zirvəsi çox ucadır, ucadan da uca. Bu da danılmaz həqiqətdir ki, həmin uca zirvədən boylanan Günəşin – Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahlarına daim işıq saçacaqdır.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 067
- 5 499
- 10-02-2022, 10:36
- 28 394
- 244
- 7-04-2022, 11:57
- 21 550
- 207
- 26-04-2019, 16:16
- 16 120
- 45
- 18-09-2019, 10:29
- 13 637
- 119
- 12-12-2020, 12:00
- 13 359
- 92
- 11-04-2022, 16:00
- 11 836
- 12
- 15-05-2019, 20:27
- 11 056
- 54
- 24-05-2020, 23:28
- 9 968
- 3
- 26-04-2019, 15:39
- 9 452
- 99
- 27-04-2019, 10:08
- 9 028
- 2
- 23-10-2019, 21:00
- 8 044
- 1
- 29-11-2019, 09:00
- 7 892
- 3
- 13-05-2020, 22:05
- 7 750
- 0
- 28-04-2019, 20:56
- 7 516
- 2
- 23-04-2019, 21:57
- 7 284
- 2
- 11-03-2022, 12:24
- 310 067
- 5 499
- 10-02-2022, 10:36
- 28 394
- 244
- 7-04-2022, 11:57
- 21 550
- 207
- 7-11-2019, 09:36
- 6 064
- 124
- 18-09-2019, 10:29
- 13 637
- 119
- 26-04-2019, 15:39
- 9 452
- 99
- 12-12-2020, 12:00
- 13 359
- 92
- 22-12-2021, 14:22
- 4 734
- 57
- 10-02-2023, 10:54
- 4 261
- 54
- 15-05-2019, 20:27
- 11 056
- 54
- 26-04-2019, 16:16
- 16 120
- 45
- 14-01-2020, 09:33
- 6 793
- 20
- 11-04-2022, 16:00
- 11 836
- 12
- 27-03-2021, 14:25
- 4 963
- 7
- 29-11-2021, 09:36
- 4 556
- 5
- 29-09-2020, 11:15
- 4 978
- 5
- 24-09-2020, 11:41
- 5 013
- 5
- 16-05-2019, 14:19
- 6 908
- 5
- 15-05-2019, 09:47
- 5 247
- 5
SOSİAL ŞƏBƏKƏLƏR