• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Sürücüləri fantastik cərimələr gözləyir: 150, 200, 300 manat...

  • 07.06.2023, 12:22,
  • Sosial
  • Baxılıb: 47
Sürücüləri fantastik cərimələr gözləyir: 150, 200, 300 manat...


Yolda sürət həddini aşmaya görə cərimələr artırılır.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150-dən 200 manat məbləğinə artırılması təklif edilir.

Müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşan sürücülər isə 250-manat yox 300 manat məbləğində cərimə ödəyəcəklər.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı "Xəzər Xəbər"ə bildirib ki, yüksək sürətə görə cərimə sanksiyasının artırılması bir o qədər də effektli olmayacaq.

Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülərin 100 yox, 150 manat cərimələnməsi təklif edilir. Sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması, piyadaya yol verilməməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 200-yox, 300 manat məbləğində cərimə ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılacaq.

Bəzi sürücülər isə deyir ki, cərimə məbləğinin artırılması düzgün deyil. Onlar cərimənin artırılmasından daha çox marifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu deyirlər.

Qeyd edək ki, bu dəyişiklik Milli Məclisin növbədən kənar plenar iclasında müzakirə çıxarılıb, dəyişiklik 1-ci oxunuşda qəbul edilib.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 046
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 736
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter