Bugün - 31 mart 2025 г 
 

Xəbər başlıqları

  • 10:57 – Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib 10:57 – Mehriban Əliyeva Az
  • 10:19 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 10:00 – İlham Əliyev Azərbaycan xalqını təbrik etdi 
  • 10:31 – “O ünsürlər buna layiq deyillər” - Prezident 

Artıq bu şəxslər də ünvanlı sosial yardım ala biləcəklər — VİDEO

Artıq bu şəxslər də ünvanlı sosial yardım ala biləcəklər — VİDEO


Ünvanlı dövlət sosial yardımı alanların əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Sosial yardım almaq hüququ ilə əlaqədar vətəndaşlar üçün müəyyənləşdirilmiş şərtlər yumşaldılır. Bununla bağlı "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna bir sıra dəyişikliklər olacaq. Bu dəyişikliklər aliment, fiziki qüsurlu insanlara baxma və qeydiyyat ünvanı kimi məsələləri də əhatə edir.
Xəzər TV xəbər verir ki, aliment alan və verən şəxslər də ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olacaqlar. Bundan başqa, ailənin əmək qabiliyyətli üzvü birinci dərəcə əlilliyi olan şəxsə baxırsa, bu zaman o da ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edə biləcək. Bütün bu yeniliklər ''Ünvanlı dövlət sosial yardımı haqqında'' qanuna təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev deyir ki, qanuna təklif edilən dəyişikliklər vətəndaşların dövlətin bu yardımına əlçatanlığını təmin etmək məqsədi daşıyır.

Qüvvədə olan qanunvericiliyə görə, vətəndaşlar dövlətin bu qayğısından yararlanmaq üçün mütləq qeydiyyatda olduqları ərazi üzrə müraciət etməlidirlər. Musa Quliyevin sözlərinə görə, bu şərt də aradan qaldırılacaq.

Bütün bu dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Pendir formasında papaq taxdı

  • Bu gün, 11:04
  • 16
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 10 934
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 8 046
  • 102
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter