• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Mətanət İsgəndərlinin gəlini qızının döyülməsindən danışdı - YENİLƏNİB + FOTO

  • 10.02.2021, 13:37,
  • Şou
  • Baxılıb: 180
Mətanət İsgəndərlinin gəlini qızının döyülməsindən danışdı - YENİLƏNİB + FOTO


Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canan qızının atası Kərim tərəfindən şiddət görməsi barədə polisə müraciət etməyib.
Bu barədə “Qafqazinfo”ya Cananın özü məlumat verib. Sənətçinin eks-gəlini yalnız özünün döyülməsi səbəbi ilə polis bölməsinə şikayət ərizəsi yazdığını bildirib:

“Uşaq biz ayrılmamışdan əvvəl döyülüb. Bu barədə polisə müraciət etməmişəm. İstəmirəm, qorxuram ki, övladımı əlimdən alarlar. Həm də uşağımın atasıdır. Ancaq şiddət görməyim barədə iki ay əvvəl 9-cu Polis Bölməsinə şikayət ərizəsi yazmışam. İş tədqiqatçıdadır”.

Hazırda Moskvada olan M. İsgəndərli və Kərim telefonlara cavab verməyib. Müğənninin köməkçisi isə sualları cavabsız qoyub.

***

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canan qızının atası tərəfindən işgəncələrə məruz qaldığını iddia edib.

"Qafqazinfo" xəbər verir ki, o, övladının işgəncə gördüyünü əks etdirən fotoları paylaşıb.

"Mətanət İsgəndərli həmişə sevgidən, uşaqlara nəvazişdən danışır. Oğlunun illərlə övladlarına etdiyi şiddətdən danışmır. O şiddəti mənə də dəfələrlə göstərib. Son etdiyi işgəncəsindən sonra gözlərim görmür. Bunu Mətanət İsgəndərliyə deyəndə, cavabı, bilirsiniz, nə olub? Əcəb edib!", - deyə Canan bildirib.

Qeyd edək ki, Əməkdar artistin oğlu Kərimlə xanımı Canan ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var.

Xatırladaq ki, Canan boşandıqdan sonra qızının adını dəyişdirib. O, qızına qoyulan Mətanət adını Elayla əvəzləyib.

Mətanət İsgəndərlinin gəlini qızının döyülməsindən danışdı - YENİLƏNİB + FOTOMətanət İsgəndərlinin gəlini qızının döyülməsindən danışdı - YENİLƏNİB + FOTO
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter