• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

“Heç birimiz koronavirus xəstəsi deyildik” - Rəmişin xanımı

  • 06.04.2021, 11:34,
  • Şou
  • Baxılıb: 64
“Heç birimiz koronavirus xəstəsi deyildik” - Rəmişin xanımı


Ötən gün dünyasını dəyişən Xalq artisti Rafiq Hüseynov (Rəmiş) bu gün dəfn olunacaq.

“Qafqazinfo”nun məlumatına görə, mərhum gitaraçının nəşi müalicə olunduğu 1 saylı Kliniki Mərkəzdən Yasamal (“Qurd qapısı”) qəbiristanlığına aparılır. Pandemiya qaydalarına əsasən, onunla vida mərasimi keçirilməyəcək.

Onun xanımı Gülü Hüseynova saytımıza açıqlamasında özünün və həyat yoldaşının koronavirusa yoluxmadığını bildirib: “Rəmiş bu gün yeni mənzilinə köçür, məni aparmır, mənsiz gedir. Dünən Rəmişlə son dəfə bir evdə qalacaqdıq, amma icazə vermədilər. Bilmirəm niyə qoymadılar? Bu gecə yatmadım. Dedim bəlkə insafa gəlib, evə qayıdıb gələr. Morqdan cənazəsini vermədilər.

O, koronavirusa yoluxmamışdı. İmam Hüseyn haqqı xəstə deyildi. Sadəcə onu müalicə edə bilmədilər. Xəstəxanadan xəstəlik səbəbi ilə bağlı sənəd vermədilər. Heç birimiz koronavirus xəstəsi deyildik. Onlar günaha batdılar".

Qeyd edək ki, ciyərlərində problem yaranan Rəmiş yanvarın 28-də xəstəxanaya yerləşdirilmişdi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter