Elcan Məmiyev: Nə qədər zirvədə olsa belə səmimi olmayan insanı şəxsiyyət hesab etmirəm!
- 01.06.2020, 09:42,
- Şou
Baxılıb: 44
Facebook
Вконтакте
Одноклассники
Google+
Cənab Prezident də iştirak edən iclasların birində Möhtərəm Prezident onun üçün xüsusi olaraq ayrılmış stolda əyləşmədi və sadə stol gətirilməsini tələb etdi.
Bu Cənab Prezidentin necə sadə, səmimi olmasını bir daha əyani olaraq göstərdi.
Təsadüfi deyil ki, məqaləmi bu cümlələrlə başlatdım. Məqaləmi bu cümlələrlə başlatdım ki, hər birimiz sadəlikdə və səmimilikdə ölkə rəhbərindən nümunə götürək.
Qeyd edim ki, mən XƏBƏR24 İnformasiya Agentliyinin rəsmi nümayəndəsi olandan bəri hər zaman gənc nəsilə, dəstəyə ehtiyacı olanlara, təqdirəlayiq təşəbbüsləri işıqlandırmaq istəyənlərə tam təmənnasız dəstək olmuşam. Qarşılığında nəsə təklif edənləri də hörmətsizlik kimi qəbul etmişəm. Çünki mən kiməsə dəstək olanda qarşılığını yalnız və yalnız uca Allahdan gözləyirəm…
Belə ki, Xəbər24 İnformasiya Agentliyinin qapısı hər kəs üçün açıqdır. Bizə dəstək üçün müraciət edən hər kəs təşəkkür edərək bizdən ayrılmışdır.
Amma çox təəssüflər olsun ki, sadəliyimizdən sui-istifadə edənlər də az deyil. Bəzi şəxslər məqalə qarşılığında ödəniş almırıq deyə saytı aşağı nüfuzlu kimi dəyərləndirdi.
Əslində mən onları da qınamıram. Sadəcə hazırda formalaşan cəmiyətimiz bu proseslərə gətirib çıxarır. Hazırda hər kəsin ağlında bir fikir var “ucuz malın şorbası olmaz”. Amma mən belə formalaşan cəmiyətin gələcəyinə acıyıram…
Saytımızdan qat-qat aşağı səviyəli saytlar ödəniş qarşılığında məqaləni dərc etdiyinə görə həmin saytın məqaləsini sosial mediada ardıcıl paylaşanları da görmüşəm. Kim ki, o insana ən çox biz dəstək olmuşuq, özüdə tam təmənnasız…
Bu ifadələri yazmaqda məqsədim o deyil ki, həmin şəxslərin onlar haqqında yazdığım yazını profildə paylaşsın. Bizim açıqlamaları nüfuzlu peşə sahibləri kifayət qədər paylaşıb və hazırda da paylaşır. Mən sadəcə həmin məqaləyə sərf etdiyim zamana heyfislənirəm.
Ancaq bu günədək etdiklərimdən qətiyən peşman deyiləm. Çünki mən hər zaman haqq-ədalət devizi ilə hərəkət edən, dövlətçilik ənənələrini qoruyan biriyəm.
Vaxt olub daim dəstək olduğum TV kanalının (hansı ki, bu kanalın adına xələl gəlməsin deyə əlimdə olan bütün vasitələrdən istifadə etmişəm) redaktorunun sadəliyini yoxlamaq məqsədilə qəsdən atdığım məqaləni dərc etməyib. Amma biz bir etinasızlığa görə edilən yaxşılıqları unudan insan da deyilik. Ona görə də biz bunu redaktorun qeyri-peşəkarlığı kimi qiymətləndirdik.
Mən addımlarımda heç zaman yanılmamışam. Çünki bir işi yüz ölçüb bir biçərək görmüşəm.
Bir neçə gün öncə Dünya Televiziyasında yayımlanan “Bax Belə” verilişinin informasiya dəstəyi olduq.
Bu zaman bir çoxları yazdı ki niyə məhz Emin Brend?!
Çünki Emin hər zaman sadəliyi ilə bütün aparıcılara örnək olmuşdur. Digər aparıcılar qonşu kanal aparıcılarını özünə rəqib hesab edərkən (hətta düşmən hesab edənlər də var) Emin qonşu kanal aparıcılarının onun haqqındakı videoçarxlarını efirdə işıqlandırdı. Təbii ki, bütün bunlar gözümüzdən yayınmadı və təqdirəlayiq hal kimi qəbul etdik.
Bəzi aparıcılar ağına-bozuna baxmadan ödəniş qarşılığında istedadı olmayanları da efirə dəvət edərkən, Emin hər zaman İSTEDADLAR-a dəstək oldu. Emində ən çox xoşladığım xüsusiyyət isə insandakı maddi zənginliyə deyil, mənəvi zənginliyə üstünlük verməsidir…
Sonunu düşünmədən çıxdığımız bu yolda çox insanlarla rastlaşdıq. İşi düşəndə yaltaqlananları da gördük, işimiz düşəndə rədd edilənləri də. Zaman-zaman dəyişən, əsl üzləri ortaya çıxan insanlar da gördük.
Amma mən həmişə mənəm. Bu mənim fərqimdir və hər zaman da belə olacam!
Qeyd edim ki, bütün yazdıqlarım ünvanlıdır. Yazdım ki, bizdən sonra bu yolu addımlayanlar da bizim etdiyimiz səhvi etməsinlər.
Və sonda bunu da xatırladım ki, bu gündən etibarən yalnız sadə və səmimi insanlarla olacam. MƏN, MƏNİMLƏ OLANLARIN YANINDAYAM!!!
Şərh yaz
- 11-03-2022, 12:24
- 309 515
- 5 474
- 10-02-2022, 10:36
- 28 204
- 244
- 7-04-2022, 11:57
- 21 264
- 206
- 26-04-2019, 16:16
- 15 929
- 45
- 18-09-2019, 10:29
- 13 450
- 119
- 12-12-2020, 12:00
- 13 103
- 91
- 11-04-2022, 16:00
- 11 652
- 12
- 15-05-2019, 20:27
- 10 842
- 54
- 24-05-2020, 23:28
- 9 783
- 3
- 26-04-2019, 15:39
- 9 235
- 98
- 27-04-2019, 10:08
- 8 845
- 2
- 23-10-2019, 21:00
- 7 858
- 1
- 29-11-2019, 09:00
- 7 706
- 3
- 13-05-2020, 22:05
- 7 561
- 0
- 28-04-2019, 20:56
- 7 331
- 2
- 23-04-2019, 21:57
- 7 101
- 2
- 11-03-2022, 12:24
- 309 515
- 5 474
- 10-02-2022, 10:36
- 28 204
- 244
- 7-04-2022, 11:57
- 21 264
- 206
- 18-09-2019, 10:29
- 13 450
- 119
- 7-11-2019, 09:36
- 5 740
- 105
- 26-04-2019, 15:39
- 9 235
- 98
- 12-12-2020, 12:00
- 13 103
- 91
- 15-05-2019, 20:27
- 10 842
- 54
- 26-04-2019, 16:16
- 15 929
- 45
- 22-12-2021, 14:22
- 4 449
- 42
- 10-02-2023, 10:54
- 3 965
- 41
- 14-01-2020, 09:33
- 6 609
- 20
- 11-04-2022, 16:00
- 11 652
- 12
- 27-03-2021, 14:25
- 4 781
- 7
- 29-11-2021, 09:36
- 4 371
- 5
- 29-09-2020, 11:15
- 4 792
- 5
- 24-09-2020, 11:41
- 4 831
- 5
- 16-05-2019, 14:19
- 6 722
- 5
- 15-05-2019, 09:47
- 5 064
- 5
SOSİAL ŞƏBƏKƏLƏR