• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

"Bizim Millətimiz çox qudurğan millətdir" — Məleykə Əsədova

  • 07.07.2020, 09:48,
  • Şou
  • Baxılıb: 294
"Bizim Millətimiz çox qudurğan millətdir" — Məleykə Əsədova


Bu gün Feysbuk sosial şəbəkəsindəki böyük səhifələrdə tanınmış aktrisa, xalq artisti Məleykə Əsədovanın guya Azərbaycan xalqını təhqir etməsinə dair paylaşımlar edilib.
Statusu olduğu kimi təqdim edirik:
“Məleykə Əsədova: “Bizim Millətimiz çox qudurğan millətdir bilirsiz niyə? Çünki Cənab Ali Baş Kamandanmız gece gündüz çalışır vuruşur yollarımız pis gündə idi yollarımızı yeni asfaltlar çəkdirir binalarimiz bərbad idi yeni binalar tikdirdi maaşdar pensiyalar aşağa idi qaldırdı day Cənab Prezidentimiz bundan artiq neyləməlidirki?indide xəstəlikdi bu xəstəlik tək bizdə deyilki bütün dünyanı ağuşuna alıb bütün Dünya bununla mübarizə aparır bizdən ağır iş görməyimizi vəya neysə eləməyimizi istəmirlər ki Xalq olaraq Pandimeyya görə deyilər evdə qalıb xəstəliklərə qalib gələkdə”. İttihamlara sərt reaksiya verən xalq artisti “Sherg.az”a açıqlamasında hiddətini gizlədə bilmədi: “Mən belə ifadə işlətməmişəm. O yazıdan xəbərim yoxdur. Harada yazmışam, kimin yanında demişəm? Ortaya fakt qoysunlar. Bu, dezinformasiyadır. Bunu yazan mədəniyyətini, tərbiyəsini göstərib. Özü qudurğandır, ona görə elə yazıb. Görünür, çox savadsız, təhsilsiz insandır. Onlar müxalifətdir! Millətimə, dövlətimə, torpağıma həmişə hörmətlə yanaşmışam. Millətimi hər zaman uca tutmuşam. Çünki xalqımın alqışları ilə bu yerlərə gəlib, Məleykə Əsədova olmuşam. Bilmirlər necə etsinlər, neynəsinlər, nə yazsınlar. Məşhurların adından mənasız sözlər yazaraq gündəmə gəlmək istəyirlər. Artıq dəli olublar. Məni tanıyanlar bilir ki, həmin söz leksikonumda yoxdur. O ki, qala xalqımı belə adlandırım. Həyatımda elə cümlə qura bilmərəm. Maraqlıdır, haqsız şəkildə yazıb, böhtan atanda Allahdan qorxmurlar? Allah cəzalarını versin!”
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 5
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter