• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Nə tez məni xalq düşməni etdiniz? — Elnarə Xəlilova

  • 06.08.2020, 09:46,
  • Şou
  • Baxılıb: 158
Nə tez məni xalq düşməni etdiniz? — Elnarə Xəlilova


Müğənni Elnarə Xəlilova onu həkimlərə təhqir yazmaqda günahlandıranlara münasibət bildirib.
İfaçı ‘’İnstagram’’ hesabının oğurlandığını və onun adı ilə həkimlərə təhqir yazıldığını deyib.
‘’Səhər açılandan bütün həkim dostlarım və qohumlarım mənə yazır ki, həkimləri niyə təhqir etmisən?! Əvvəlcə heç nə anlamadım və məsələnin ‘’İnstagram’’ səhifəmlə bağlı olduğunu öyrəndim. Təbii ki, səhifəmi işlədən şirkətlə əlaqə saxladım və bu neqativ halın necə baş verməsi ilə maraqlandım. Məlum oldu ki, gecə ilə İnstagram səhifəm oğurlanıb.
Gecə ilə mənim adımdan tək həkimlərə yox, hər kəsə acı və neqativ şərhlər yazıblar. Mən də bunu qərəzli şəkildə mənə qarşı yönəldilən bir qara piar olduğunu anlayandan sonra məcbur olub paylaşımı sildim və açıqlama yazdım. İndi isə bir daha hamınızın bilməyini istəyirəm: Günlərdir yaxşı həkimlərimizin sitat və səhifələrini paylaşıram, onların ünvanına gözəl sözlər yazıram, təşəkkür edirəm, bəs niyə bunları "manşet" etmirdiniz?
Bir ağıldankəmin yazdığı neqativ şərhləri nə tez başlığa çevirdiniz? Heç mən olmadığımdan şübhə etmədinizmi? Nə tez məni xalq düşməni etdiniz?’’ –deyə, o qeyd edib.

Nə tez məni xalq düşməni etdiniz? — Elnarə Xəlilova
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter