Gündüz Əbdülov: Şərqin gözəl və müdrik, sosial baxımdan fəal və çox yüksək intellektə malik, Azərbaycan qadınının parlaq rəmzi Mehriban xanım Əliyeva
- 25.08.2023, 13:56,
- Təhsil
Baxılıb: 175
Facebook
Вконтакте
Одноклассники
Google+
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov - Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın doğum günüdür. Əziz və hörmətli Mehriban xanım, Sizi ad gününüz münasibətilə təbrik edirik! Bu gün Azərbaycanda və onun hüdudlarından kənarda minlərlə insan Sizin ünvanınıza ən xoş arzularını və təşəkkürlərini çatdırır.
Həyatın ən müxtəlif sahələrində xeyli sayda əsl mənada mühüm, eyni zamanda nəcib əməllərinizə görə Sizə təşəkkür edirik!
Vətəni Azərbaycanla, onun tarixi və mədəniyyəti ilə fəxr edən hər bir soydaşımız fəal və çoxtərəfli “mədəniyyət diplomatiyası”na görə Sizə səmimi minnətdarlığını bildirir.
Şərqin gözəl və müdrik, sosial baxımdan fəal və çox yüksək intellektə malik, Azərbaycan qadınının parlaq rəmzi Mehriban xanım Əliyeva təcrübəli siyasətçi və dövlət xadimi olmaqla bərabər, həm də ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsi üçün fəal səy göstərən sədaqətli və fədakar şəxsiyyətdir. Milli-mənəvi dəyərlərimizn qorunması və mədəniyyətimizin təbliği sahəsində, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlər göstərən birinci xanım, həm də cənab prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı mübarizə aparan ən yaxın silahdaşıdır. Mehriban xanım Əliyeva qadının nə ailəni karyeraya, nə də karyeranı ailəyə qurban vermədən uğurlar əldə edə bilməsinin gözəl bir nümunəsi, həm də örnəyidir.
1964-cü ilin bu günündə - 26 avqust tarixində ziyalı ailəsində dünyaya göz açan Mehriban Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquluyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır.
Mehriban Əliyeva 1982-ci ildə məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1983-cü ildə Ulu öndər Heydər Əliyevin oğlu və siyasi davamçısı cənab İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.
Fəaliyyəti dövründə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı olan Mehriban xanım Əliyeva 2 fevral 2017-ci il tarixində Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.
Təkcə Azərbaycanın deyil, bütün Türk və Müsəlman Dünyasının şəriksiz qadın ilderi, qayğıkeş ana, sədaqətli həyat yoldaşı, gözəl insan Mehriban xanım Əliyevanı ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona və ailəsinin bütün üzvlərinə möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq, məsul və nəcib fəaliyyətində böyük uğurlar arzu edirik.
Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir
Ulu Öndərimizin bütün həyat və fəaliyyəti xalqımızın firavan gələcəyinin əsasını qoymağa xidmət edib. Dahi şəxsiyyətin Azərbaycan xalqına ən böyük xidmətlərindən biri də onun gələcəyimizə verdiyi töhfələrdir. Heydər Əliyevin elmə, təhsilə, mədəniyyətə və sair sahələrə verdiyi önəm öz bəhrələrini verib. Ümummilli Liderimiz daim məktəbliləri, tələbələri, ümumiyyətlə yeniyetmə və gəncləri diqqətdə saxlayıb, onların inkişafı üçün əlindən gələni edib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə böyük qayğısı təkcə müstəqillik illərində deyil, hələ Sovet dönəmində də aşkar müşahidə olunurdu.
Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində digər sahələrin inkişafı ilə yanaşı, gənclərin üzləşdikləri problemlərin həlli də Heydər Əliyev üçün prioritet təşkil etmişdir. Ölkənin siyasi həyatında heç də ürəkaçan hadisələrin baş vermədiyi bir vaxtda, 1994-cü ildə Gənclər və İdman nazirliyinin yaradılması sübut edirdi ki, Ulu Öndər ölkənin gələcəyini birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı. Beləliklə, Ulu Öndər dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltmişdir. Bu istiqamətdə yorulmadan böyük işlər görməklə Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının yüksək səviyyədə təmin edilməsinə nail olmuşdur. Ulu Öndərin hakimiyyətinin ilk illərindən gənclərə yüksək qayğı göstərməsini bir daha sübut edən məqamlardan biri də ondan ibarətdir ki, O, 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Beləliklə də, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.
Ulu Öndərimiz deyirdi: “biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik.” Müasir Azərbaycanın memarı Heydər Əliyev Azərbaycan gənclərinə inanırdı və O, 1998-ci il ölkə gəncləri ilə görüşündə bunu dilə gətirərək deyirdi: “Əziz övladlar! Sizin kimi gəncləri olan, gələcəyi olan Azərbaycan basılmazdır, sarsılmazdır! Məni hədsiz sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var. Bunlar sizlərsiniz, əziz övladlar!”.
Gənclərin II Forumu, həmçinin imzalanmış “Dövlət gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında” fərmanlar, sərəncamlar, eyni zamanda, qəbul edilmiş “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc ailə”, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan təxris olunmuş gənclərin məşğulluğu”, “Gənclər siyasəti haqqında” proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda çox mühüm faktora çevrildi.
Beləliklə, Ulu Öndər gənclər siyasətini düzgün və uğurlu formalaşdırmaqla dövlətin sağlam təməlini qoymuşdur. Heydər Əliyev ideologiyasında azərbaycançılıq məfkurəsi bu gün yaradıcılıqla davam etdirilir. Tədris prosesində milli–mənəvi dəyərlərimizin, eləcə də tanınmış dövlət xadimlərinin, sərkərdələrin, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin zəngin həyat yolunun öyrənilməsinə böyük diqqət yetirilir. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır: onların uğuru beynəlxalq konfranslardan, dövlət və hökümət qurumlarından, ölkələrarası debat, intellektual bilik yarışlarından eşidilir. Azərbaycan həqiqətlərini - musiqisini, ədəbiyyatını, rəqsini, folklorunu, mətbəxini, milli-mənəvi dəyərlərini dünyanın müxtəlif ölkələrində təbliğ edən gənclər, bütün səy və bacarığı ilə dövlətçilik ənənələrimizi tanıdaraq, dünya ictimaiyyəti tərəfindən sevilməsinə nail olur.
Təqdirəlayiq haldır ki, Ümummilli Liderin əsasını qoyduğu gənclər siyasətini davam etdirən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən başlayaraq ardıcıl imzaladığı fərmanlarda, verdiyi tapşırıqlarda kadr potensialına, xüsusilə də gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə diqqət yetirir.
Vətən müharibəsində isə biz Azərbaycan gəncliyini sanki yenidən tanıdıq, böyük milli potensialımızı üzə çıxardıq. Hər bir Azərbaycan vətəndaşı kimi, gənclərimiz də bugünün həsrəti ilə yaşayırdılar. Daim dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “hücum” əmrini gözləyən Azərbaycan əsgəri, gənci sentyabrın 27-də bu sevinci yaşadılar. Ölkə Prezidentimizin “İrəli, Azərbaycan əsgəri!” əmrini yüksək səviyyədə cavablandıraraq bütün qüvvə və bacarıqlarını səfərbər etdi, torpaqlarımızı işğaldan azad etmək üçün silaha sarıldılar. Bu, Azərbaycan gəncinin Vətən, torpaq sevgisinin bir daha nümayişi idi. Azərbaycan gəncliyi həm internet resurslarının yaratdığı imkanlardan maksimum bəhrələnərək informasiya mübarizəsinə öz töhfələrini verdi, həm də döyüş meydanında ədaləti bərpa edib erməniləri diz çökdürdü. 44 günlük Vətən müharibəsi bu ümumiləşdirməyə əsas verir ki, Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Bu yetirmələr bu gün Azərbaycanın daha parlaq gələcəyə doğru irəliləməsi üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşməsi istiqamətində səylərini daha da artırırlar.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 097
- 5 500
- 10-02-2022, 10:36
- 28 408
- 244
- 7-04-2022, 11:57
- 21 572
- 207
- 26-04-2019, 16:16
- 16 135
- 45
- 18-09-2019, 10:29
- 13 649
- 119
- 12-12-2020, 12:00
- 13 377
- 92
- 11-04-2022, 16:00
- 11 848
- 12
- 15-05-2019, 20:27
- 11 070
- 54
- 24-05-2020, 23:28
- 9 980
- 3
- 26-04-2019, 15:39
- 9 467
- 99
- 27-04-2019, 10:08
- 9 041
- 2
- 23-10-2019, 21:00
- 8 056
- 1
- 29-11-2019, 09:00
- 7 904
- 3
- 13-05-2020, 22:05
- 7 762
- 0
- 28-04-2019, 20:56
- 7 528
- 2
- 23-04-2019, 21:57
- 7 296
- 2
- 11-03-2022, 12:24
- 310 097
- 5 500
- 10-02-2022, 10:36
- 28 408
- 244
- 7-04-2022, 11:57
- 21 572
- 207
- 7-11-2019, 09:36
- 6 079
- 124
- 18-09-2019, 10:29
- 13 649
- 119
- 26-04-2019, 15:39
- 9 467
- 99
- 12-12-2020, 12:00
- 13 377
- 92
- 22-12-2021, 14:22
- 4 746
- 57
- 10-02-2023, 10:54
- 4 277
- 54
- 15-05-2019, 20:27
- 11 070
- 54
- 26-04-2019, 16:16
- 16 135
- 45
- 14-01-2020, 09:33
- 6 805
- 20
- 11-04-2022, 16:00
- 11 848
- 12
- 27-03-2021, 14:25
- 4 975
- 7
- 29-11-2021, 09:36
- 4 568
- 5
- 29-09-2020, 11:15
- 4 990
- 5
- 24-09-2020, 11:41
- 5 025
- 5
- 16-05-2019, 14:19
- 6 920
- 5
- 15-05-2019, 09:47
- 5 259
- 5
SOSİAL ŞƏBƏKƏLƏR