5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Tahir Abbasovu təbrik edirik
- 05.10.2023, 12:22,
- Təhsil
Baxılıb: 103
Facebook
Вконтакте
Одноклассники
Google+
5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür redaksiya rəhbərliyi və kollektivi adından Ağdam Rayon Təhsil Sektorunun müdiri Tahir Abbasovu təbrik edir, işlərində uğurlar arzu edirik
Zaman keçdikcə, xalqın həyat və təfəkkürü dəyişdikcə, inkişaf etdikcə təhsildə dəyişir, inkişaf edir. Təbii ki, hər bir millət öz istiqlaliyyət və azadlığınısaxlamaq uğrunda mübarizə apararkən həm də təhsil və mədəniyyətini qoruyub saxlayır.
Bu gün təhsil, məktəb və tərbiyə yalnız mədəni cəhətdən deyil, həm də siyasi həyat, təsərrüfat üçün də böyük əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, bu və ya başqa bir xalqın, millətin mədəni inkişafı onun elm, maarif və texniki səviyyəsi ilə təyin edilir.
Müstəqil dövlətimizin təhsili də daim inkişaf edir, yenilənir. Təhsil sahəsində aparılan islahatlar, qabaqcıl texnologiyaların tətbiqi Azərbaycan təhsilini yeni səviyyəyə qaldırmışdır. Ağdamda da təhsil uğurla inkişaf edir. Burada qabaqcıl məktəblər çoxdur. Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Ağdam Rayon Təhsil Sektorunun müdiri Tahir Abbasov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Ağdam Rayon Təhsil Sektorunun müdiri Tahir Abbasov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Tahir Abbasov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Ağdam Rayon Təhsil Sektorunun müdiri Tahir Abbasov - Bu gün müstəqil Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Müzəffər Ali Baş Komandanımız, ölkə başçısı cənab İlham Əliyevin iti siyasi-diplomatik zəka ilə həyata keçirdiyi siyasət sayəsində 30 il əsirlikdə qalan torpaqlarımız azadlığa, əsl sahiblərinə qovuşdu. Ərazi bütövlüyümüz hərbi-siyasi yolla bərpa edildi, dəmir yumruqla düşmənin başı əzildi. Verdiyi bütün vədlərə sadiq qalan Prezident cənab İlham Əliyev xalqımızın ən müqəddəs arzusunu reallığa çevirdi, 30 illik yurd həsrətimizə, Qarabağ münaqişəsinə birdəfəlik son verdi.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə bütün dünya ərazilərimizin erməni vandallığının qurbanı olduğunun, şəhər və kəndlərimizin viran qaldığının, erməni vəhşiliyinin şahidi oldu. Hər kəs tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edildiyini, düşmənin vəhşi xislətini, məkrli, çirkin niyyətini açıq-aşkar gördü.
Artıq düşmənin viran qoyduğu, xarabalığa çevirdiyi torpaqlar el gücü, milli birliyimiz, ölkə Başçımızın məqsədyönlü, xalqımızın xoş gününə hesablanan siyasəti sayəsində gülüstana çevrilir.
29 sentyabr 2023-cü il tarixində BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi:” Bu gün bu region Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir”.
Şərqi Zəngəzurun nəfis tərtibatda inşa edilmiş Konqres Mərkəziinin 53 ölkədən 200-ə yaxın xarici qonağa yüksək səviyyədə iştirak etdiyi beynəlxalq tədbirə ev sahibliyi etməsi təsdiq edir ki, düşmənin viran qoyduğu torpaqlar yenidən bərpa edilir.
“İlk “ağıllı kənd” Zəngilan rayonunda yerləşir. Bu şəhərin Baş planı artıq təsdiq edilib. Biz infrastruktura böyük vəsait ayırmışıq, bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar” – deyə bildirən Prezidentimiz cənab İlham Əliyevin təmkin və məqsədyönlü, uzaqgörən siyasəti sayəsində yüz minlərlə məcburi köçkünün qəribçilikdən, Vətəndə yurd həsrəti çəkməkdən qurtulduğunun bariz nümunəsidir.
“Qarabağ Azərbaycandır və nida” sözlərini qətiyyətlə dünyaya bəyan edən ölkə Prezidentimizin mötəbər tədbidə onu da vurğuladı ki, biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcəkdir. Gələcəkdə isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq.
Bu gün müasir və qüdrətli dövlətlər arasında qürurla addımlayan Azərbaycanın uzun illər işğal altında qalan torpaqları qısa zaman kəsiyində gülüstana çevrilir. Azərbaycanın davamlı inkişaf və modernləşmə yolu ilə irəliləməsi, işğaldan azad edilən şəhər və kəndlərimizin inkişafı, çiçəklənməsi xain düşmənə növbəti zərbədir.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 029
- 5 498
- 10-02-2022, 10:36
- 28 378
- 244
- 7-04-2022, 11:57
- 21 529
- 207
- 26-04-2019, 16:16
- 16 103
- 45
- 18-09-2019, 10:29
- 13 622
- 119
- 12-12-2020, 12:00
- 13 343
- 92
- 11-04-2022, 16:00
- 11 821
- 12
- 15-05-2019, 20:27
- 11 038
- 54
- 24-05-2020, 23:28
- 9 952
- 3
- 26-04-2019, 15:39
- 9 437
- 99
- 27-04-2019, 10:08
- 9 013
- 2
- 23-10-2019, 21:00
- 8 029
- 1
- 29-11-2019, 09:00
- 7 877
- 3
- 13-05-2020, 22:05
- 7 735
- 0
- 28-04-2019, 20:56
- 7 501
- 2
- 23-04-2019, 21:57
- 7 269
- 2
- 11-03-2022, 12:24
- 310 029
- 5 498
- 10-02-2022, 10:36
- 28 378
- 244
- 7-04-2022, 11:57
- 21 529
- 207
- 7-11-2019, 09:36
- 6 042
- 123
- 18-09-2019, 10:29
- 13 622
- 119
- 26-04-2019, 15:39
- 9 437
- 99
- 12-12-2020, 12:00
- 13 343
- 92
- 22-12-2021, 14:22
- 4 718
- 57
- 10-02-2023, 10:54
- 4 241
- 54
- 15-05-2019, 20:27
- 11 038
- 54
- 26-04-2019, 16:16
- 16 103
- 45
- 14-01-2020, 09:33
- 6 778
- 20
- 11-04-2022, 16:00
- 11 821
- 12
- 27-03-2021, 14:25
- 4 948
- 7
- 29-11-2021, 09:36
- 4 541
- 5
- 29-09-2020, 11:15
- 4 963
- 5
- 24-09-2020, 11:41
- 4 998
- 5
- 16-05-2019, 14:19
- 6 893
- 5
- 15-05-2019, 09:47
- 5 232
- 5
SOSİAL ŞƏBƏKƏLƏR