• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Azərbaycan məktəblərində TikTok-a çıxış bloklanıb

  • 08.06.2026, 12:35,
  • Təhsil
  • Baxılıb: 4
Azərbaycan məktəblərində TikTok-a çıxış bloklanıb


Təhsil sahəsində də uşaqlar və yeniyetmələrin sosial mediadan istifadəsinin qarşısının alınması istiqamətində müəyyən tədbirlər həyata keçirilir.

Bunu Elm və təhsil nazirinin müavini Firudin Qurbanlı deyib.

“Hazırda məktəblərdə TikTok platformasına çıxış bloklanıb, ümumilikdə şagirdlərin internetə çıxışı filtrlənir. Terrorizm, ekstremizm, narkotik vasitələr və digər təhlükəli mövzularla bağlı resurslara giriş məhdudlaşdırılır. Ümumilikdə 200-dən artıq riskli mövzu üzrə filtrləmə tətbiq edilir”, - nazir müavini qeyd edib.

O əlavə edib ki, uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması məsələsinin sadə həlli yoxdur: “Bir tərəfdən, sosial şəbəkələrdən problemli istifadə depressiya, narahatlıq, aqressiya və digər mənfi nəticələrlə əlaqələndirilir. Digər tərəfdən isə sosial şəbəkələr ünsiyyət imkanları yaradır, ictimai iştirak üçün platforma təqdim edir, sosial dəstəyin əldə olunmasına kömək edir və müxtəlif qrupların öz fikirlərini ifadə etməsinə şərait yaradır.

Bu səbəbdən əsas vəzifə uşaqların təhlükəsizliyini təmin etməklə yanaşı, onların rəqəmsal dünyanın təqdim etdiyi imkanlardan faydalanmasına şərait yaratmaqdır. Bu isə yalnız dövlət qurumlarının, texnologiya şirkətlərinin, məktəblərin, valideynlərin və uşaqların birgə səyləri nəticəsində mümkün ola bilər”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

İsrail İrana zərbə endirdi

  • Bu gün, 09:28
  • 8
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 223
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 177
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter