Azərbaycan Tacikistanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır
- 11.04.2023, 11:42,
- ---
Baxılıb: 51
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana səfəri əlbəttə ki, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın bir tərkib hissəsidir. Çünki Azərbaycanın Qırğızıstan, Özbəkistan və Qazaxıstanla əlaqələri yüksək səviyyədədir. Məhz Tacikistan da Mərkəzi Asiya ölkəsi olduğu üçün onunla araya məsafə qoyula bilməzdi. Azərbaycanla Mərkəzi Asiyada olan dövlətlər arasında bu gün yaxın münasibətlər inkişaf edir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə son dövrlər intensiv səfərləri müşahidə olunur. Bu gün Tacikistanla Azərbaycan arasında da tərəfdaşlıq münaisbətləri inkişaf etməkdədir. Eyni zamanda bu gün məhz nəqliyyat-kommunikasiya sahəsində Azərbaycanın qlobal layihələri Orta dəhliz ideyasının inkişaf etdirilməsi, Zəngəzur dəhlizi, Ələt terminalının istifadəyə verilməsi Azərbaycanı Tacikistan üçün daha da cəlbedici edir. Azərbaycan vasitəsilə Tacikistan Qərbə çıxış əldə bilər və böyük bir coğrafiyada əməkdaşlıq münasibətlərini inkişafına səbəb olar. Məhz bu baxımdan görüşlər çox mühüm xarakter daşıyır. Eyni zamanda səfər çərçivəsində çox mühüm sənədlər imzalanır, müzakirələr keçirilir.
acikistan MDB məkanında, KTMT-də Azərbaycana dəstək olur. Bu gün Tacikistan və Azərbaycan arasında əlaqələr normaldır. Tərəflər münasibətlərin daha da inkişafı üçün müqavilələr imzalayır. Hesab edirəm ki, ölkə başçısı İlham Əliyev hər ölkəyə səfər etmir. Əgər tacikistana səfəri baş tutubsa, deməli bu səfər Azərbaycanın geosiyasi və geostrateji masraqları üçün çox önəm daşıyır. Bildiyiniz kimi, Orta dəhliz formalaşır. Tacikistan Mərkəzi Asiyanın iqtisadi cəhətdən zəif ölkəsi olsa da, yerləşdiyi coğrafi mövqe və faydalı qazıntılar baxımından zəngindir. Ona görə də Azərbaycan Tacikistanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Uzun müddət hər iki ölkə ittifaq tərkibində olublar və onların həm beynəlxalq müstəvidə, həm də digər regional təşkilatlar səviyyəsində bir-birlərinə dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Düşünürəm ki, Tacikistanla Qırğızıstan arasında baş verən hərbi toqquşmada da Azərbaycan vasitəçi ola bilər. Çünki cənab Prezident İlham Əliyev bu istiqamətdə də böyük siyasi təcrübəyə malikdir. Ona görə də dövlət başçımız bu iki müsəlman ölkəsi arasında münasibətlərin normallaşmasına öz töhfəsini verə bilər.
Ümidvarıq ki, iki dövlət arasında imzalanmış sənədlər qarşılıqlı münasibətləri daha da gücləndirəcək. İmzalanan sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da böyük önəm kəsb edir. Bu fakt işğaldan azad edilmiş ərazilərlə bağlı beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin təzahürüdür.
Ramis Nəsibov-Bakıxanov bələdiyyəsinin sədri