Ordumuzun qüdrətini artıran xalq-ordu birliyi
- 11.04.2023, 14:19,
- ---
Baxılıb: 57
Facebook
Вконтакте
Одноклассники
Google+
Hər bir dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu mühüm yer tutur. Bu gün müstəqil Azərbaycan iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Artıq Azərbaycanın çox güclü ordusu var və hər bir vətəndaş ordumuzla qürur duyur. Qazanılan hərbi nailiyyətlərin əsasında ötən dövr ərzində ordu quruculuğu sahəsində görülən işlər dayanır. Müstəqil Azərbaycanda peşəkar ordu quruculuğunun əsası isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra Azərbaycan Respublikasının nizami ordusu yaradıldı və bu ordu qarşısında dayanan bütün vəzifələri yerinə yetirməyə hazır oldu. Şübhəsiz, ən mühüm vəzifə isə torpaqlarımızın erməni işğalından azad edilməsi idi. Ulu öndər Heydər Əliyev bu haqda bəyan etmişdi: “Biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq, dövlətimizi yüksəldəcəyik və ən əsası, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini mütləq təmin edəcəyik”. Böyük uzaqgörənliklə deyilmiş bu fikirlər artıq reallığa çevrilib. 2003-cü ildən etibarən Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər davam etdirildi. Bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, ordu sahəsində həyata keçirilən bütün islahatlar özünü layiqincə doğrultmuşdur. Azərbaycan ordusu düşməni ağır məğlubiyyətə uğradaraq tarixi qələbəyə imza atmışdır. Bununla da Azərbaycanın Ali Baş Komandanı, Azərbaycan xalqı və Azərbaycan ordusu tarixi ədaləti bərpa etdi.
Əlihüseyn Ağayev - Nardaran bələdiyyəsinin sədri