Heydər Əliyev böyük dövlətçilik təfəkkürü ilə xalqın potensialını ordu quruculuğu kimi mühüm bir sahəyə səfərbər edə bildi
- 11.04.2023, 14:19,
- ---
Baxılıb: 55
Facebook
Вконтакте
Одноклассники
Google+
1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı oldu. Ölkəmizin müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir. Ümummilli Lider qayıdışı ilə Azərbaycanı yenidən qurdu, bütün sahələrdə davamlı uğurların əsası qoyuldu. Müstəqilliyimizin bərpasının ilk illərində xalqın sabaha ümidinin itməsinə səbəb olan amillərdən biri torpaqlarımızın biri-birinin ardınca işğalı idi ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gələrək düşünülmüş və məqsədyönlü siyasəti ilə bu faciənin qarşısını qətiyyətlə aldı. 1994-cü il 12 may tarixində Ümummilli Liderin gərgin səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması bütün sahələrdə uğurlara yol açdı. Qısa müddətdə ordu quruculuğu sahəsində uğursuzluqları davamlı uğurlar əvəz etdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimlərindən biridir. Onun istər sovet dövründə Azərbaycana rəhbərliyi, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi belə bir aydın və istisnasız qənaətə gəlməyə imkan verir. Hər iki rəhbərlik dövründə Heydər Əliyev Azərbaycanı inkişafının çox yüksək səviyyəsinə qaldıra bildi. Amma sovet dövründən fərqli olaraq, XX əsrin sonlarında Heydər Əliyev əvvəlcə müstəqil Azərbaycanı qurdu və sonra da onu inkişafının yüksək səviyyəsinə çatdırdı. Ordu quruculuğunda yeni bir mərhələnin başlanğıcını isə Heydər Əliyevin radio və televiziya ilə xalqa 2 noyabr 1993-cü il müraciəti qoydu. Azərbaycan Respublikasının Prezidenti seçilməsindən cəmi bir ay sonra edilmiş bu müraciət bir tərəfdən sağlam ordu quruculuğunun əsaslarını və bu istiqamətdə xalqın və dövlətin qarşısında dayanan mühüm vəzifələri müəyyənləşdirən konseptual bir sənəd idisə, bir tərəfdən də Heydər Əliyevin xalqa çağırışı idi. Bu çağırış xalqın bütün təbəqələri tərəfindən qəbul edildi və xalqın bütün potensialı ordu quruculuğuna istiqamətləndirildi. Yəni, Heydər Əliyev böyük dövlətçilik təfəkkürü ilə xalqın potensialını ordu quruculuğu kimi mühüm bir sahəyə səfərbər edə bildi. Heydər Əliyev respublika ağsaqqallarına, ziyalılarına, mədəniyyət və incəsənət xadimlərinə, dindarlara, iş adamlarına müraciət edib onları orduya daha yaxından kömək etməyə, əsgər və zabitlərin mübariz döyüş ruhunda tərbiyə olunmasına yardım etməyə, orduda baş verən qanunsuzluqların, başlıcası isə fərariliyin qarşısının alınmasında qətiyyətli mövqe tutmağa çağırdı. Heydər Əliyev xüsusilə hərbi strukturlara yol tapmış rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini vurğuladı. Bu baxımdan Ümummilli Lider
orduya çağırış-səfərbərlik işinin düzgün təşkil edilməsinə böyük əhəmiyyət verir, bu məsələni yalnız hərbi komissarlıqların və hərbi strukturların deyil, eyni zamanda, dövlət və hakimiyyət orqanlarını qarşısında dayanan çox mühüm vəzifə sayırdı. Atəşkəsin əldə edilməsindən sonra ordu quruculuğuna diqqət heç də zəifləmədi. Əksinə, Heydər Əliyev dinc fürsətin əldə edilməsini ordu quruculuğunun sürətləndirilməsi üçün münasib imkan kimi qiymətləndirdi. Böyük Öndər birmənalı şəkildə bildirdi ki, Azərbaycanda ordu quruculuğu kampaniya xarakteri daşımamalıdır.
Zülfüqar Cəfərov – YAP Sabunçu rayon təşkilatının sədr müavini