• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Yeddinci çağırış parlament seçkiləri bütöv Azərbaycanda keçirilməsilə yadda qaldı

  • 26.09.2024, 11:48,
  • ---
  • Baxılıb: 37
Yeddinci çağırış parlament seçkiləri bütöv Azərbaycanda keçirilməsilə yadda qaldı



Ölkəmizdə yeddinci çağırış Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi möhtəşəm siyasi hadisə kimi yadda qaldı. Müstəqillik tariximizdə ilk dəfə olaraq parlament seçkiləri ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanın bütün ərazilərində keçirildi. Xankəndidə, Şuşada, işğaldan azad edilən digər yaşayış məskənlərimizdə qalib dövlətin qürurlu vətəndaşları müqəddəs bayrağımızın dalğalandığı seçki məntəqələrində səsvermə prosesində fəal iştirak edərək seçim etdilər. Bu xoş mənzərə milli birliyin və həmrəyliyin növbəti nümayişi idi.
Siyasətçi, diplomat, sərkərdə olaraq Azərbaycanın haqq savaşında öndə dayanıb bütün cəbhələrdə düşmənlə, onun havadarları ilə mübarizədən qalib ayrılan, haqqımızı bizə qaytaran, 200 illik tariximizdə ən böyük qələbəni xalqımıza yaşadan Prezident İlham Əliyev Xankəndiyə tarixi səfərindən sonra bu dəfə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında nitq söyləyir, vətəndaşlarımızı bu əlamətdar günlə bağlı təbrik edirdi. Bizə qalib xalq statusu verən Prezidentin parlamentin ilk iclasında məzmunlu çıxışı, fikirləri, dünyaya mühüm mesajları düşünürəm ki, hələ çox təhlil ediləcək, müzakirə mövzusu olacaq. Ölkəmizin hədəflərini açıqlayan dövlətimizin başçısı qeyd etdi ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir.
Prezident çıxışında daha bir önəmli məqama toxunaraq bəyan etdi ki, Azərbaycana qarşı ideoloji təxribatlar davam edir. Dövlət başıçısı həmin təxribatların bu günə qədər heç bir nəticəsinin olmadığını vurğuladı, bunların qarşısında xalqımızın güclü iradəsinin və milli ruhumuzun dayandığını qeyd etdi. Prezident xüsusilə diqqətə çatdırdı ki, istənilən ideoloji təxribatın Azərbaycanda kök salması qeyri-mümkündür. Bununla belə, dövlət başçısı bildirdi ki, bu, bizi sakitləşdirməməlidir. Bəli, xaricdən yürüdülən aqressiv təbliğatın qarşısını almaq üçün hər birimizin sayıq olması zəruridir.
Samiyə Abdulkərimova -12 saylı şəhər poliklinikasının baş həkimi
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter