Cənab Prezidentin parlamentdəki çıxışı mühüm məqamlarla yadda qaldı
- 26.09.2024, 11:51,
- ---
Baxılıb: 50
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra nailiyyətlərə imza atıb. Müstəqil siyasət yürüdən ölkəmiz beynəlxalq və regional təzyiqlərə baxmayaraq demokratik inkişaf yolunu hədəf seçib. Məqsədinə nail olmaqdan ötrü çoxsaylı təzyiqlərə sinə gərərək müstəqilliyini qoruyub saxlaya bilib. Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra dövlətçiliyin möhkəmləndirilməsi, milli və ideoloji təhlükəsizliyin təmin edilməsi, milli iqtisadiyyatın inkişaf etdirilməsi kimi məsələləri prioritet elan etdi. Qətiyyətli və şaxələndirilmiş xarici siyasət nəticəsində qısa zaman ərzində Azərbaycan Respublikasının beynəlxalq imicini formalaşdıra bildi. Ən əsası xalq-iqtidar-ordu birliyinə nail olan dövlət başçısı ölkənin suverenliyi və ərazi bütövlüyünü təmin edib.
Sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında iştirak edən dövlətimizin başçısı İlham Əliyev çıxışında bir sıra məqamlara xüsusi diqqət yönlətdi. Ölkə Prezidenti proqram xarakterli nitqində hazırkı dövrə kimi əldə edilmiş nəticələri təhlil etdi və qiymətləndirdi, ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələri açıqladı və əsaslandırdı. Yeni formalaşan parlamentə uğurlar arzulayan ölkə Prezidenti qanunverici orqanın qarşısında dayanan vəzifələri də açıqladı və belə bir əminliyi ifadə etdi ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir.
Xüsusilə onu qeyd etmək lazımdır ki ölkə ictimaiyyəti yeni parlamentin qarşısında dayanan vəzifələrin nədən ibarət olduğunu məhz ölkə Prezidentinin dilindən eşitmək istəyirdi. Bu cəhətdən də düşünürəm ki cəmiyyətimiz öz mesajlarını aldı. Xüsusilə də indiki şəraitdə ideoloji düşərgədə Azərbaycanın daha təsirli fəaliyyətinə ehtiyac var. Biz artıq heç birimiz şübhə etmirik ki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra bizə qarşı ideoloji basqılar artıb. Xüsusilə də bu ideoloji basqıların əsas hədəfi gənclərdir və mən düşünürəm ki gənclərin bu mərhələdə ideoloji savaşın əsas hədəfi kimi seçilməsi bir növ gənclərimizdən qisas almaq məqsədi daşıyır. Çünki dünyanın mənzərəsini, bölgənin mənzərəsini dəyişən, yeni reallıqlar yaradan məhz Azərbaycan gəncliyinin gücü oldu. Buna görə də Azərbaycan gəncliyinin ideoloji mübarizədə hədəfə götürülməsi təsadüfi deyil. Bu cəhətdən də Prezident ideoloji cəbhədə qalib gəlməyin üsullarını, taktikalarını bu məruzəsində ifadə etdi. Bir sözlə Prezident həm dünyanın yaxşı mənada dünyanın bizdən gözlədiklərinə material təqdim etdi, həm Azərbaycan ictimaiyyətinin gözləntilərinə uyğun materiallar təqdim etdi, eyni zamanda ölkənin bundan sonrakı siyasətinin əsas istiqamətlərini bir daha nümayiş etdirdi.
Vüqar Muradov-YAP Sabunçu rayon təşkilatının fəal üzvü, Vətən müharibəsi qazisi
