Azərbaycanda COVİD-19 pandemiyasına qarşı planlı şəkildə mübarizə aparılır
- 30.07.2021, 09:36,
- Cəmiyyət
Baxılıb: 90
Facebook
Вконтакте
Одноклассники
Google+
İki ilə yaxındır ki, dünyada yayılmış yeni növ koronavirus (COVID-19) virusuna qarşı aparılan çoxşaxəli mübarizə bir neçə aydır ki, yeni mərhələdə-vaksinasiya mərhələsində davam etdirilir. Qeyd edilməlidir ki, insanların sağlamlığının qorunması pandemiya ilə bağlı mübarizə strategiyasının əsas xəttini təşkil edir və virusa qarşı mübarizənin ən effektiv yolu, şübhəsiz ki, peyvəndlərin tətbiqindən keçir. Nəzərə alsaq ki, dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur.
Qeyd etmək lazımdır ki, ölkəmizdə də COVID-19 virusuna ilk yoluxma halı qeyd olunan andan, yəni 2020-ci ilin fevral ayından COVID-19-a qarşı effektiv və təxirəsalınmaz tədbirlər görülməkdədir. Dövlətimiz xüsusi Tədbirlər Planı həyata keçirməklə istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib. Eləcə də, əhalinin bu virusa qarşı vaksin olunmasının təşkili istiqamətində mühüm addımlar atıldı. Belə ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası" qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.
Ümumiyyətlə, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır və dövlətimiz əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı" təsdiq edildi.
Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Xüsusi laboratoriya və xəstəxanaların sayı artır. Qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradılır ki, onların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Bu xəstəxanaların da sayı 20-dən çoxdur. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əkssəriyyəti tibbi müəssisələrdə müalicə alır.
Seyran Ağalarov,
Salyan rayon Gigiyena və Epidemilogiya
Mərkəzinin direktoru vəzifəsini icra edən
Şərh yaz
- 11-03-2022, 12:24
- 309 980
- 5 495
- 10-02-2022, 10:36
- 28 367
- 244
- 7-04-2022, 11:57
- 21 510
- 207
- 26-04-2019, 16:16
- 16 091
- 45
- 18-09-2019, 10:29
- 13 611
- 119
- 12-12-2020, 12:00
- 13 328
- 92
- 11-04-2022, 16:00
- 11 810
- 12
- 15-05-2019, 20:27
- 11 023
- 54
- 24-05-2020, 23:28
- 9 941
- 3
- 26-04-2019, 15:39
- 9 423
- 99
- 27-04-2019, 10:08
- 9 002
- 2
- 23-10-2019, 21:00
- 8 018
- 1
- 29-11-2019, 09:00
- 7 865
- 3
- 13-05-2020, 22:05
- 7 724
- 0
- 28-04-2019, 20:56
- 7 490
- 2
- 23-04-2019, 21:57
- 7 258
- 2
- 11-03-2022, 12:24
- 309 980
- 5 495
- 10-02-2022, 10:36
- 28 367
- 244
- 7-04-2022, 11:57
- 21 510
- 207
- 7-11-2019, 09:36
- 6 016
- 121
- 18-09-2019, 10:29
- 13 611
- 119
- 26-04-2019, 15:39
- 9 423
- 99
- 12-12-2020, 12:00
- 13 328
- 92
- 22-12-2021, 14:22
- 4 706
- 57
- 15-05-2019, 20:27
- 11 023
- 54
- 10-02-2023, 10:54
- 4 216
- 53
- 26-04-2019, 16:16
- 16 091
- 45
- 14-01-2020, 09:33
- 6 767
- 20
- 11-04-2022, 16:00
- 11 810
- 12
- 27-03-2021, 14:25
- 4 937
- 7
- 29-11-2021, 09:36
- 4 530
- 5
- 29-09-2020, 11:15
- 4 950
- 5
- 24-09-2020, 11:41
- 4 987
- 5
- 16-05-2019, 14:19
- 6 882
- 5
- 15-05-2019, 09:47
- 5 221
- 5
SOSİAL ŞƏBƏKƏLƏR