Xətai Hətəmov daim öz vəzifəsini şərəflə yerinə yetirir
- 22.08.2023, 10:55,
- Cəmiyyət
Baxılıb: 140
Facebook
Вконтакте
Одноклассники
Google+
Şər və Böhtan yazanlara Tutarlı cavab
“Təmiz Qaz” QSC-nin direktoru Xətai Hətəmov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Xətai Hətəmovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Xətai Hətəmov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Təmiz Qaz” QSC-nin direktoru Xətai Hətəmova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.
Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Xeberdar.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, “Təmiz Qaz” QSC-nin direktoru Xətai Hətəmov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.
“Təmiz Qaz” QSC-nin direktoru Xətai Hətəmov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insanlardır.
“Təmiz Qaz” QSC-nin direktoru Xətai Hətəmov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdırlar.
“Təmiz Qaz” QSC-nin direktoru Xətai Hətəmov - Ermənistan hökuməti özünün siyasi məsuliyyətsizliyini və riyakarlığını növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və Təhlükəsizlik Şurasının (TŞ) sədrinin bir sıra bəyanatlarına açıq-aşkar etinasızlıq nümayiş etdirən rəsmi İrəvan indi bu qurumdan öz absurd ideyalarını gerçəkləşdirmək üçün yardım istəməklə BMT kimi qlobal bir təşkilatı da bu avantüraya cəlb etmək niyyətində idi. Lakin TŞ-nin 16 avqust tarixində keçirilmiş növbədənkənar iclası ermənilərin son ümidlərini də puça çıxardı. Əksinə, iclasın gedişində aparılan dinləmələr bir daha təsdiq etdi ki, rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardan başqa bir şey deyil. Ermənistan bu iclasda Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Qarabağın erməni sakinlərini aclıqla soyqırımına məruz qoymasını rəsmiləşdirərək ölkəmizə qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın-Xankəndi yolunun beynəlxalq gücdən istifadə edərək açılmasına çalışdı və növbəti dəfə ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu, əlbəttə ki, Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin daha bir təntənəsidir.
Məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici siyasət kursu, qonşu dövlətlərlə qurduğu balanslı münasibətlər, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi məqsədilə hazırladığı və həyata keçirilməsinə böyük məharətlə rəhbərlik etdiyi konsepsiya, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirmə bacarığı, strateji düşüncəni daim ön planda tutması BMT Təhlükəsizlik Şurasında Ermənistanın bu məğlubiyyətinə də zəmin yartmış oldu. Dövlət başçımızın indiyədək dünyanın bir çox mötəbər kürsülərindən Azərbaycan hökumətinin Qarabağda yaşayan sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmində olması barədə dəfələrlə səsləndirdiyi bəyanatlar öz təsirini bu şəkildə göstərdi. Çünki dünyanın həm siyasi elitası, həm də beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin verdiyi bütün vədlərə hər zaman əməl etdiyini yaxşı bilirlər. Buna görə də qondarma “Dağlıq Qarabağ” rejiminin və Ermənistanın gözləntilərinin əksinə olaraq, BMT TŞ-də müzakirədə iştirak edən dövlətlərin heç biri xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, qondarma “Dağlıq Qarabağ” rejiminin tanınmasından, Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, ölümlə nəticələnən aclıq hallarının baş verməsindən ümumiyyətlə bəhs etmədilər. Xüsusilə diqqətəlayiq bir hal da budur ki, Ermənistanın təşəbbüsü ilə BMT TŞ-nin gündəliyinə salınan və nəticə almayan məsələlər bir daha hansısa bir digər beynəlxalq təşkilatın gündəminə gətirilə bilməyəcəklər.
Ermənilərin böyük ümid bəslədikləri Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun qərəzli və faktlara əsaslanmayan hesabatı da işə yaramadı. Məlum oldu ki, Okamponun hesabatının səs-sorağı heç İrəvandan kənara belə çıxmayıb. TŞ-də məruzəçi dövlətlərin heç biri Okamponun qərəzli hesabatı haqqında bir söz belə olsun demədi. Bunun əvəzində isə, Okamponun hesabatına münasibət bildirən beynəlxalq hüquq üzrə aparıcı məsləhətçi və ekspert Rodney Diksonun fikirləri dilə gətirildi. Məruzəçi dövlətlər tərəfindən Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirildi və bu, tamamilə Azərbaycanın maraqlarına cavab verir. Beləliklə, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi tamamilə uğursuzluğa düçar oldu.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 006
- 5 498
- 10-02-2022, 10:36
- 28 372
- 244
- 7-04-2022, 11:57
- 21 521
- 207
- 26-04-2019, 16:16
- 16 096
- 45
- 18-09-2019, 10:29
- 13 616
- 119
- 12-12-2020, 12:00
- 13 335
- 92
- 11-04-2022, 16:00
- 11 815
- 12
- 15-05-2019, 20:27
- 11 032
- 54
- 24-05-2020, 23:28
- 9 946
- 3
- 26-04-2019, 15:39
- 9 429
- 99
- 27-04-2019, 10:08
- 9 007
- 2
- 23-10-2019, 21:00
- 8 023
- 1
- 29-11-2019, 09:00
- 7 870
- 3
- 13-05-2020, 22:05
- 7 729
- 0
- 28-04-2019, 20:56
- 7 495
- 2
- 23-04-2019, 21:57
- 7 263
- 2
- 11-03-2022, 12:24
- 310 006
- 5 498
- 10-02-2022, 10:36
- 28 372
- 244
- 7-04-2022, 11:57
- 21 521
- 207
- 7-11-2019, 09:36
- 6 027
- 122
- 18-09-2019, 10:29
- 13 616
- 119
- 26-04-2019, 15:39
- 9 429
- 99
- 12-12-2020, 12:00
- 13 335
- 92
- 22-12-2021, 14:22
- 4 712
- 57
- 10-02-2023, 10:54
- 4 230
- 54
- 15-05-2019, 20:27
- 11 032
- 54
- 26-04-2019, 16:16
- 16 096
- 45
- 14-01-2020, 09:33
- 6 772
- 20
- 11-04-2022, 16:00
- 11 815
- 12
- 27-03-2021, 14:25
- 4 942
- 7
- 29-11-2021, 09:36
- 4 535
- 5
- 29-09-2020, 11:15
- 4 957
- 5
- 24-09-2020, 11:41
- 4 992
- 5
- 16-05-2019, 14:19
- 6 887
- 5
- 15-05-2019, 09:47
- 5 226
- 5
SOSİAL ŞƏBƏKƏLƏR