İlqar Mahmudov: Əbədi qayıdışın bariz nümunəsi
- 01.09.2023, 10:55,
- Cəmiyyət
Baxılıb: 89
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyevin imzaladığı sərəncamla İlqar Akif oğlu Mahmudov Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu münasibət ilə Xeberdar.az-ın rəhbərliyi və kollektivi adından İlqar Mahmudovu təbrik edir, dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim İlqar Mahmudovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən İlqar Mahmudov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
İlqar Mahmudov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
İlqar Mahmudov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
İlqar Mahmudov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə İlqar Mahmudov özünü doğruldub. Bizdə hörmətli İlqar Mahmudova dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov - Avqustun 26-da “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı Prezident İlham Əliyev bir daha qeyd etdi ki: “Bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”. Bu əlbəttə ki, böyük iradə, cəsarət, əzmkarlıq tələb edən bir məsələ idi. Azərbaycan ona edilən təzyiqlərə baxmayaraq bu iradəni, bu cəsarəti, bu gücü bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı düşmən üzərində hərbi-siyasi qələbə qazandı. Tarixi ərazilərimiz erməni işğalından azad olunaraq, suveren hüquqlarını bərpa etdi. Ötən müddət ərzində 30 ilə yaxın davam edən erməni vandalizmi nəticəsində talan edilən, xarabaya çevrilən, hər addımda minalarla zəhərlənən torpaqlarda nəhəng quruculuq işləri görülür, beynəlxalq hava limanları, körpülər, evlər, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir, infrastruktur qurulur, yollar çəkilir, kəndlər, şəhərlər salınır. Artıq keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdır. Bir sözlə Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır.
Çox təəssüflər olsun ki, qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və onu himayə edənlər hələ də müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirlər. Ermənistan imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan (faktiki olaraq Kapitulyasiya aktı) irəli gələn öhdəliklərini yerinə yetirmir, icra etməli olduğu müddəaları kobud şəkildə pozmağa davam edir. Bunlardan ən başlıcası isə razılaşdırılmış və qəbul edilmiş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədli “Laçın” dəhlizindən öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə etdilər. Beləliklə, bütün bu qanunsuz əməllər və biganə münasibət Azərbaycan tərəfinin haqlı olaraq daha ciddi tədbirlər görməsini zəruri etdi. Azərbaycan qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bu, Azərbaycanın 44 günlük müharibədən sonra əldə etdiyi növbəti tarixi nailiyyətdir. 2020-ci ilin sentyabrından başlayaraq Azərbaycan və onun lideri qarşıya qoyulan hədəflərə doğru addım-addım irəliləyir.
Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmaqla təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünü tam bərpa etdiyini hamıya göstərdi, bunu bir daha təsdiqlədi. Azərbaycan öz suveren ərazisində nəzarət-buraxılış məntəqəsi yaratdı, dövlət sərhədində bayrağını ucaltdı.
Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. Lakin bir daha xatırlatmaq yerinə düşər ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən cari ilin 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu.
Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. Prezident İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etmişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib… Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir… Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.
Qeyd etmək lazımdır ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının, ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alınmasında müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.
Əlbəttə ki, Ermənistan, separatçı qüvvələr, Ermənistanı himayə edən dairələr “Laçın” SBM-nin qanunsuz olması ilə bağlı beynəlxalq təkşilatalar müraciət edir, dünya ictimaiyyətini çaşdıran məlumatlar yayırlar. Əssasız olaraq rəsmi Bakını Qarabağda yaşayan erməniləri “humanitar böhran” vəziyyətinə aldığını, Xankəndidə və ətraf ərazilərdəki ermənilərin acından "öldükləri" ilə bağlı informasiyaları tirajlamaqla beynəlxalq təşkilatları Azərbaycana təzyiq göstərməyə çağırırlar. Amma bu cəhdlər də bir fayda vermədi. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib etməsi də bir daha göstərir ki, Azərbaycanın bu addımı beynəlxalq hüququn tələblərinə uyğundur. Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün keçirilən təcili iclasda da Ermənistan və ona dəstək verənlər məqsədlərinə çatmadılar. Lakin nə Ermənistan , nə də onun ən böyük himayədarı Fransa siyasi təxribatlardan əl çəkmir, sülh və normallaşma prosesinə maneələr yaradırlar. Fransanın “humanitar yardım” adı ilə həyata keçirdiyi növbəti təxribat baş tutmadı. Azərbaycan Fransadan göndərilən “humanitar yükü” Qarabağa buraxmadı.Fransadan göndərilən “humanitar yüklü” 10 avtomobil iyulun 26-da sərhəddə gözləyən “Spayka” avtomobillərinin ardınca düzülmüş vəziyyətdə qaldı.
Əgər həqiqətən də Qarabağda yaşayan erməni əsilli şəxslər “humanitar böhran” vəziyyətindədirlərsə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün göndərilən humanitar yardımı almaq üçün adekvat addım atar və Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdilər. Burada aydın görünür ki, Ermənistan, Xankəndidə olan cinayətkar rejim, separatçılar, o cümlədən onların havadarları Azərbaycanın bu hissəsinin ölkənin əsas hissəsinə inteqrasiyasında maraqlı olmadığı kimi, Ağdam-Xankəndi yolunun açılmasında da maraqlı deyillər. “Humanitar” bəhanələrlə edilən manipulyasiyalar vasitəsilə Ermənistan hərbi təxribatlar üçün süni səbəblər yaradır.
Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz”. Azərbaycan hər zaman olduğu kimi, ədalətin tərəfdarı olmaqla bundan sonra da qətiyyətli şəkildə öz haqlı mübarizəsini davam etdirəcəkdir.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 093
- 5 500
- 10-02-2022, 10:36
- 28 407
- 244
- 7-04-2022, 11:57
- 21 569
- 207
- 26-04-2019, 16:16
- 16 134
- 45
- 18-09-2019, 10:29
- 13 648
- 119
- 12-12-2020, 12:00
- 13 375
- 92
- 11-04-2022, 16:00
- 11 847
- 12
- 15-05-2019, 20:27
- 11 069
- 54
- 24-05-2020, 23:28
- 9 979
- 3
- 26-04-2019, 15:39
- 9 466
- 99
- 27-04-2019, 10:08
- 9 040
- 2
- 23-10-2019, 21:00
- 8 055
- 1
- 29-11-2019, 09:00
- 7 903
- 3
- 13-05-2020, 22:05
- 7 761
- 0
- 28-04-2019, 20:56
- 7 527
- 2
- 23-04-2019, 21:57
- 7 295
- 2
- 11-03-2022, 12:24
- 310 093
- 5 500
- 10-02-2022, 10:36
- 28 407
- 244
- 7-04-2022, 11:57
- 21 569
- 207
- 7-11-2019, 09:36
- 6 078
- 124
- 18-09-2019, 10:29
- 13 648
- 119
- 26-04-2019, 15:39
- 9 466
- 99
- 12-12-2020, 12:00
- 13 375
- 92
- 22-12-2021, 14:22
- 4 745
- 57
- 10-02-2023, 10:54
- 4 276
- 54
- 15-05-2019, 20:27
- 11 069
- 54
- 26-04-2019, 16:16
- 16 134
- 45
- 14-01-2020, 09:33
- 6 804
- 20
- 11-04-2022, 16:00
- 11 847
- 12
- 27-03-2021, 14:25
- 4 974
- 7
- 29-11-2021, 09:36
- 4 567
- 5
- 29-09-2020, 11:15
- 4 989
- 5
- 24-09-2020, 11:41
- 5 024
- 5
- 16-05-2019, 14:19
- 6 919
- 5
- 15-05-2019, 09:47
- 5 258
- 5
SOSİAL ŞƏBƏKƏLƏR