Məhəmməd Balaqadaşov: Müasir Azərbaycan tariximizin Zəfəri
- 06.12.2023, 11:42,
- Cəmiyyət
Baxılıb: 103
Facebook
Вконтакте
Одноклассники
Google+
YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Məhəmməd Balaqadaşovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Məhəmməd Balaqadaşov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
YAP Xaçmaz rayon təşkilatının təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Bəyqışlaq kəndi ərazisindən keçən hissəsində keçirilən aksiyada Xaçmaz Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi, 11 saylı Regional Xəzinədarlıq İdarəsi, Rayon Gənclər və İdman sektorunun nümayəndələri, partiya fəalları, rayonun təhsil, səhiyyə, digər idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi diqqət yetirdiyini deyib.
Qeyd edək ki, aksiya çərçivəsində 100-dən çox şam ağacı əkilib, suvarılması təmin edilib. Eyni zamanda, ağacların əkildiyi ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov - 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə dünyaya səs saldı. Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə yazıldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi. Qeyd etmək lazımdır ki, bu tarixi zəfərimizə qədər ordumuz 3 dəfə Ermənistan ordusuna ağır zərbələr vurmuşdu. 2016-cı ilin Aprel döyüşləri tarixi Qələbəmizin başlanğıcı oldu. O döyüşlərdə düşmən ağır itki verərək, silah-sursatını atıb qaçdı. Həmin döyüşlərdə 25 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın 2 min hektarı, o cümlədən bir sıra strateji yüksəkliklər azad edildi. 2018-ci il may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. İki il sonra – 2020-ci il iyul ayında Ermənistan ordusu yenidən təxribatlara əl atdı və Tovuz rayonu istiqamətində atəşkəsi pozdu. Bu dəfə də layiqli cavablarını aldılar. Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə xüsusi olaraq daxil oldu və bizim zəfərimizə əsas təkan verən hadisə oldu. Bu döyüşdə də yüzdən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta silah-sursatı qoyub qaçdı. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı.
Nəhayət, 2020-ci il 10 dekabr tarixində Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Bakının Azadlıq Meydanında Zəfər paradı keçirildi. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etdilər.
Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.
Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Ermənistanın 26 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndülər.
Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbul etdiyi parad beynəlxalq ictimaiyyətə verilmiş ciddi birlik, həmrəylik mesajı oldu. Paradda Azərbaycan Ordusunun hərbi birləşmələri ilə yanaşı, qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının bir əyani nümayişi oldu. Bütün dünya bir daha gördü ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq.
Azərbaycan Silahlı Qüvvələrinin qələbəsini bəyan etməklə yanaşı, bu parad həm də Ordumuzun gücünün, qüdrətinin nümayişi idi. İndiyədək keçirilən təntənəli hərbi paradlar ölkəmizin müdafiə qüdrətini və xüsusən son dövrlər daha da vüsət alan hərbi modernləşmənin uğurla həyata keçirildiyini göstərmişdi. Xalqımız əmin olmuşdu ki, ən müasir döyüş imkanlarına malik olan ordumuz nəinki istənilən təxribatın qarşısını almağa, həmçinin düşmənin bütün mövqeyini anında məhv etməyə qadirdir.
Zəfər paradından bütün qoşun növlərini əhatə edən 3000 hərbçi ilə yanaşı, 150-dək hərbi texnika keçdi. Birlik, birləşmə və hərbi hissələrin xüsusi texnikaları və silah sistemlərinin keçidi zamanı nümayiş etdirilən xüsusi təyinatlı avtomobil, zirehli-tank texnikası, hava hücumundan müdafiə, artilleriya və əməliyyat taktiki raket sistemləri, pilotsuz uçuş aparatları ordumuzda aparılan modernləşmə işlərinin nümunələridir.
Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib.
Bu gün açıq səma altında salınan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Üç ildir ki, Azərbaycan xalqı möhtəşəm Zəfər Paradının xoş təəssüratını yaşayır və qalib xalq olaraq öz müzəffər Ali Baş komandanı, Prezident İlham Əliyevin rəhbərliyi il dünyada öz sözünü deyir və deyəcəkdir.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 067
- 5 499
- 10-02-2022, 10:36
- 28 394
- 244
- 7-04-2022, 11:57
- 21 550
- 207
- 26-04-2019, 16:16
- 16 120
- 45
- 18-09-2019, 10:29
- 13 637
- 119
- 12-12-2020, 12:00
- 13 359
- 92
- 11-04-2022, 16:00
- 11 836
- 12
- 15-05-2019, 20:27
- 11 056
- 54
- 24-05-2020, 23:28
- 9 968
- 3
- 26-04-2019, 15:39
- 9 452
- 99
- 27-04-2019, 10:08
- 9 028
- 2
- 23-10-2019, 21:00
- 8 044
- 1
- 29-11-2019, 09:00
- 7 892
- 3
- 13-05-2020, 22:05
- 7 750
- 0
- 28-04-2019, 20:56
- 7 516
- 2
- 23-04-2019, 21:57
- 7 284
- 2
- 11-03-2022, 12:24
- 310 067
- 5 499
- 10-02-2022, 10:36
- 28 394
- 244
- 7-04-2022, 11:57
- 21 550
- 207
- 7-11-2019, 09:36
- 6 064
- 124
- 18-09-2019, 10:29
- 13 637
- 119
- 26-04-2019, 15:39
- 9 452
- 99
- 12-12-2020, 12:00
- 13 359
- 92
- 22-12-2021, 14:22
- 4 734
- 57
- 10-02-2023, 10:54
- 4 261
- 54
- 15-05-2019, 20:27
- 11 056
- 54
- 26-04-2019, 16:16
- 16 120
- 45
- 14-01-2020, 09:33
- 6 793
- 20
- 11-04-2022, 16:00
- 11 836
- 12
- 27-03-2021, 14:25
- 4 963
- 7
- 29-11-2021, 09:36
- 4 556
- 5
- 29-09-2020, 11:15
- 4 978
- 5
- 24-09-2020, 11:41
- 5 013
- 5
- 16-05-2019, 14:19
- 6 908
- 5
- 15-05-2019, 09:47
- 5 247
- 5
SOSİAL ŞƏBƏKƏLƏR