İbrahim Cəfərov yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir
- 10.10.2023, 12:59,
- Təhsil
Baxılıb: 109
Facebook
Вконтакте
Одноклассники
Google+
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
İbrahim Cəfərov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim İbrahim Cəfərovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən İbrahim Cəfərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
ADA UNİVERSİTETİ İLƏ BMTBETİ ARASINDA ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB
Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru prefessor Hafiz Paşayev Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də olub.
Hafiz Paşayev və qonaqlar əvvəlcə institutun laboratoriyaları ilə tanış olublar. Laboratoriyada aparılan analizlər, sınaq işləri haqqında qonaqlara ətraflı məlumat verilib.
Səfər çəriçivəsində qonaqlar BMTBETİ-nin kolellektivi ilə görüşüblər. İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov institutun tarixi, maddi-texniki bazası, aparılan elmi-tədqiqat işləri və nailiyyətləri haqqında qonaqları məlumatlandırıb.
Görüş zamanı həmçinin qarşılıqlı əməkdaşlıq perspektivləri, BMTBETİ ilə ADA universiteti arasında birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
BİLƏSUVARDA TOXUM SƏRGİ-SATIŞ YARMARKASI KEÇİRİLİB
Biləsuvar rayonunda 8-ci toxum sərgi-satış yarmarkası keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, “Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aqrar İnnovasiya Festivalları çərçivəsində keçirilən yarmarkada Biləsuvar, Neftçala, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlıdan olan fermerlər, toxum istehsalçıları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak ediblər. Toxum istehsalçıları məhsullarını fermerlərə nümayiş etdirməklə satış imkanı əldə ediblər.
Yarmarkalarda əsasən dənli (arpa, buğda), həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdirilib. Toxum sərgi-satış yarmarkaları çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə ətraflı məlumat verilib və fermerlərin maarifləndirilməsi istiqamətində toxumçuluğa dair müxtəlif mövzularda təlimlər keçirilib.
Qeyd edək ki, mövsüm ərzində yarmarkalar Şəki, Şamaxı, Ağstafa, Qusar, Ağcabədi, Hacıqabul, Sabirabad, Biləsuvar rayonlarında təşkil edilib. 11 avqust tarixindən Şəki şəhərindən start götürürərək başlayan toxum sərgi-satış yarmarkalarında payızlıq dənli bitkilərin əkini üçün yüksək reproduksiyalı, sertifikatlı toxumlar nümayiş olunub. Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır. Biləsuvarda təşkil edilən toxum sərgi-satış yarmarkası mövsümün sonuncu yarmarkasıdır.
Kənd təsərrüfatı sahəsində yeniliklərin təbliği, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə Biləsuvarda təşkil edilən sayca 25-ci Aqrar İnnovasiya Festivalında isə yerli və xarici şirkətlər tərəfindən müxtəlif innovativ məhsul və texnologiyalar nümayiş etdirilib. Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları festivalda öz məsləhət və xidmətlərini fermerlərin nəzərinə çatdırıblar. Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti göstərilib, nümayiş olunan məhsul və texnologiyaların iş prinsipi və onlardan istifadənin üstünlükləri barədə məlumat verilib.
Qeyd edək ki, aqrar sahədə innovasiyaların təbliği və təşviqi məqsədilə respublikamızın digər bölgələrində də Aqrar İnnovasiya Festivallarının təşkili nəzərdə tutulur.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 007
- 5 498
- 10-02-2022, 10:36
- 28 373
- 244
- 7-04-2022, 11:57
- 21 522
- 207
- 26-04-2019, 16:16
- 16 097
- 45
- 18-09-2019, 10:29
- 13 617
- 119
- 12-12-2020, 12:00
- 13 336
- 92
- 11-04-2022, 16:00
- 11 816
- 12
- 15-05-2019, 20:27
- 11 033
- 54
- 24-05-2020, 23:28
- 9 947
- 3
- 26-04-2019, 15:39
- 9 431
- 99
- 27-04-2019, 10:08
- 9 008
- 2
- 23-10-2019, 21:00
- 8 024
- 1
- 29-11-2019, 09:00
- 7 871
- 3
- 13-05-2020, 22:05
- 7 730
- 0
- 28-04-2019, 20:56
- 7 496
- 2
- 23-04-2019, 21:57
- 7 264
- 2
- 11-03-2022, 12:24
- 310 007
- 5 498
- 10-02-2022, 10:36
- 28 373
- 244
- 7-04-2022, 11:57
- 21 522
- 207
- 7-11-2019, 09:36
- 6 032
- 123
- 18-09-2019, 10:29
- 13 617
- 119
- 26-04-2019, 15:39
- 9 431
- 99
- 12-12-2020, 12:00
- 13 336
- 92
- 22-12-2021, 14:22
- 4 713
- 57
- 10-02-2023, 10:54
- 4 234
- 54
- 15-05-2019, 20:27
- 11 033
- 54
- 26-04-2019, 16:16
- 16 097
- 45
- 14-01-2020, 09:33
- 6 773
- 20
- 11-04-2022, 16:00
- 11 816
- 12
- 27-03-2021, 14:25
- 4 943
- 7
- 29-11-2021, 09:36
- 4 536
- 5
- 29-09-2020, 11:15
- 4 958
- 5
- 24-09-2020, 11:41
- 4 993
- 5
- 16-05-2019, 14:19
- 6 888
- 5
- 15-05-2019, 09:47
- 5 227
- 5
SOSİAL ŞƏBƏKƏLƏR