• 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 
  • 10:40 – Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil 
  • 10:36 – İlham Əliyev: "Azərbaycan artıq orta gücə çevrilir" 

“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu

“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu


Azərbaycan Ordusunun şəhid polkovniki, Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev körpə övladı ilə birlikdə atasının məzarını ziyarət edib.

Ziyarətdən foto paylaşan E.Mirzəyev atası ilə fəxr etdiyini yazıb.

“Ruhun şad olsun, atam. 6 il keçdi artıq. Bu illər ərzində bir anımız belə olmadı sənin üçün darıxmayaq. Bax, gəlmişəm, sənin adını daşıyan nəvənlə birgə yanındayam. Unutmayacam, unutmayacağıq, bax belə illər keçəcək neçə İlqarlar, neçə igid oğullar doğulacaq. Sənin kimi qəhrəmanların adını fəxrlə daşıyacaqlar. Fəxrim, qürurum, and yerim. Qarşında baş əyirəm”, - Milli Qəhrəmanın oğlu bildirib.

Qeyd edək ki, İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub.

2020-ci il iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində şəhid olub. Şəhid polkovnik İlqar Mirzəyev iyulun 15-də Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda dəfn edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 233
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 193
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter