Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
- 14.07.2026, 09:59,
- Siyasət
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
“Münaqişələr təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında aparılır”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın regionda, xüsusilə də media sahəsində artan rolunu nəzərə alanda Şuşa şəhərindən daha uyğun məkan təsəvvür etmək çətindir.
O bildirib ki, ötən il Ermənistanla aparılan danışıqlar və əldə olunan razılaşmalar fonunda bəzi beynəlxalq media orqanlarında qərəzli və problemli materialların hələ də üstünlük təşkil etdiyi müşahidə edilir.
Prezidentin köməkçisi vurğulayıb ki, Qarabağ münaqişəsi uzun illər beynəlxalq medianın diqqət mərkəzində olub.
“Bəzi beynəlxalq media qurumları bizi bu münaqişədə günahkar qismində təqdim etməyə çalışırdı. Bu isə təəssüf doğururdu. Qarabağ münaqişəsindən danışarkən qeyd etməliyik ki, bizim məqsədimiz yalnız öz suverenliyimizi bərpa etmək idi və biz buna nail olduq. Buna baxmayaraq, beynəlxalq mediada Azərbaycana qarşı qərəzli yanaşmalar davam edirdi”, – deyə Hilmət Hacıyev əlavə edib.
