• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

"Bu, Kremlin Cənubi Qafqaz siyasətinin iflası deməkdir" - İLGİNC DETALLAR

  • 27.05.2023, 09:41,
  • Dünya
  • Baxılıb: 147
"Bu, Kremlin Cənubi Qafqaz siyasətinin iflası deməkdir" - İLGİNC DETALLAR


Rusiyada bəzi media qurumları Azərbaycana qarşı provakasion məlumatlar dərc edirlər. Dərc edilən məqalələrdə Qarabağ sakinlərinin ya qovulma, ya assimilyasiya, ya da referendum keçirib Rusiyanın tərkibinə daxil olmaq imkanlarının mövcudluğundan bəhs edilir. Yaxud da Paşinyanın başçılıq etdiyi indiki hakim elitanı devirib ölkənin taleyini öz əllərinə almalarının mümkünlüyü haqda fikirlər səsləndirilir. Bir sözlə, Rusiya mediasının Qarabağ ermənilərini təxribatlara çəkməyə çalışdığı açıq-aşkar görünür. Bəs görəsən, Kremlin informasiya savaşına başlamasının səbəbi nədir? Ümumiyyətlə, Qarabağda referendumun keçirilməsi, ya da Paşinyanın Rusiya tərəfindən devrilməsi mümkündürmü?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya KİV-lərində Azərbaycana qarşı həyata keçirilən qara piar kampaniyası Kremldən idarə olunur: “Moskva görüşünə nəzər saldıqda danışıqların cəmi 20 dəqiqə davam etdiyini və Putinin proseslərdən pərişan olduğunu görə bilirik. Çünki Paşinyan artıq Qarabağı Azərbaycanın tərkib hissəsi sayır. Bu, o deməkdir ki, artıq Rusiyanın təzyiq rıçaqları əlindən alınır. Yəni Cənubi Qafqazda Kremlin mövqeyi zəifləyir. Putin indiyə qədər Ermənistan rəhbərliyindən Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmamasını tələb edirdi. Amma indi proseslər Moskvanın əleyhinə işləyir. Paşinyan rəsmi Bakı ilə aparılan danışıqlar fonunda Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bu da Kremlin Cənubi Qafqaz siyasətinin iflası deməkdir.

Politoloq əlavə edib ki, Rusiyanın Qarabağda Abxaziya və Cənubi Osetiya ssenarisini həyata keçirməsi mümkün deyil: “İlk növbədə Abxaziya və Cənubi Osetiyanın Rusiya ilə sərhədləri var idi. Amma Azərbaycan Ermənistanla sərhəddə, Laçın yolunda post qurub və bölgəyə nəzarəti tam bərpa edib. Ona görə də burada hansısa ssenarinin həyata keçirilməsi mümkünsüzdür. Ümumiyyətlə, Rusiya KİV-ləri Qarabağdakı erməni əhalisini provakasiyaya və təxribatlara çəkməyə çalışır”.

Politoloqun fikrincə, Paşinyanın devrilməsi məsələsi mümkün deyil: “Çünki Rusiyanın Ermənistandakı dayaqları zəifləyib. Kreml Qarabağın Ermənistan tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınmasından məyusdur. Ona görə də, Moskva informasiya müharibəsinə start verib. Amma bu, proseslərə ciddi şəkildə təsir etməyəcək. Ümumiyyətlə, Qarabağda referendumun keçirilməsinin, oradakı erməni əhalisinin Rusiyanın tərkibinə qatılmasının heç bir perspektivi yoxdur. Çünki Azərbaycan bu planların həyata keçirilməsinə qəti şəkildə icazə verməyəcək. Üstəlik, Azərbaycan və Rusiya münasibətləri elə həddə çatmayıb ki, Moskva rəsmi Bakıya qarşı belə çirkin kampaniyaya start versin. Sadəcə olaraq Kreml bu kimi informasiyaları dərc etməklə müəyyən mesajlar vermək istəyir. Rusiyada elə mərkəzlər var ki, Ermənistandakı revanşist qruplarla birlikdə fəaliyyət göstərirlər. Düşünürəm ki, Rusiyanın bu məsələlərə təsiri zəifləyib. Kreml nə Qarabağda referendum keçirə, nə də Paşinyanı devirə bilər”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Bu gün, 13:10
  • 10
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 049
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 739
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter