Türkiyə XİN o hücumu pislədi
- 15.07.2026, 09:28,
- Dünya
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanının cənub bölgəsinə husilər tərəfindən həyata keçirilən raket hücumunu qətiyyətlə pisləyib.
Türkiyə XİN bu barədə bəyanat yayıb.
"Səudiyyə Ərəbistanının suverenliyi və ərazi bütövlüyünü pozan, regional təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hücum fonunda Ankara Ər-Riyadla tam həmrəy olduğunu bir daha təsdiqləyir",- bəyanatda vurğulanıb.
Türkiyə tərəfi eyni zamanda bölgədə gərginliyi daha da artıra biləcək addımlardan çəkinməyə çağırışını təkrarlayıb.