• 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 
  • 10:40 – Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil 
  • 10:36 – İlham Əliyev: "Azərbaycan artıq orta gücə çevrilir" 

Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək

  • 15.07.2026, 16:00,
  • Dünya
  • Baxılıb: 5
Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək


ABŞ Tehranı danışıqlara qayıtmağa məcbur etmək üçün İrana qarşı zərbələr endirir.

Bunu ABŞ Prezidenti Donald Tramp "Fox News"a müsahibəsində İrana hərbi əməliyyatın gedişatını şərh edərkən bildirib.

"Əgər onlar danışıqlara razı olmazlarsa, biz onların bütün körpülərini, bütün elektrik stansiyalarını məhv edəcəyik", - Tramp qeyd edib.

Tramp həmçinin ABŞ ordusunun bu həftə İrana zərbələr endirməyə davam edəcəyi barədə də xəbərdarlıq edib: "Biz onları bu gün, sabah və sonra da ertəsi gün vurmağa davam edəcəyik".
Tramp əlavə edib ki, gələn həftə körpülər və elektrik stansiyaları olacaq. Tramp onu da qeyd edib ki, planlaşdırılan zərbələrin son hədəfi enerji obyektləridir.
Tramp eyni zamanda Vaşinqton və Tehranın nümayəndələrinin əlaqə saxlamağa davam etdiyini bildirib.

Prezident qeyd edib ki, bu təmaslar zamanı Tehrana bir daha Vaşinqtonla razılaşmaq tövsiyə olunub. "Razılaşma əldə etməyiniz məsləhətdir. Əks halda, heç nəyiniz qalmayacaq", - deyə o bildirib.

Tramp bir daha təkrarlayıb ki, İrana zərbələr Vaşinqtonun məqsədlərinə çatanadək davam edəcək.

Tramp İranın hələ də hərbi imkanlara malik olduğunu təxmin edir. "Amma çox deyil", - o əlavə edib.

İran rəhbərliyinin nüvə silahı əldə etmək istəmədiyinə dair iddiaları ilə bağlı mövqeyini açılayan Tramp deyib ki, onlar yalan danışırlar.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Yamal Mbappeni kölgədə qoydu

  • Dünən, 10:03
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 233
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 193
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter