Əhməd Əhmədzadə: Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır
- 15.01.2021, 10:26,
- Gündəm / Cəmiyyət
Baxılıb: 93
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə - Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi,düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, Ermənistan ordusu yoxdur. Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur.
Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi. Bizim gücümüz, iradəmiz qarşısında Ermənistana verilən dəstək sıfıra bərabər oldu. Azərbaycan ordusu Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf edib, diz çökdükdən, ağ bayraq qaldırdıqdan sonra dayanıb. Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik. Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya ədalətli, əxlaqlı orduya malik olduğunu göstərdi Biz özümüzü ermənilər kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşları Suqovuşan su anbarına, magistral kanala, Sol Sahil və Xanarx kanallarına baxış keçiriblər
Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmə işlərinə başlanılıb. Kanalların yenidən qurulması Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Sərəncamına əsasən həyata keçiriləcək.
Tərtər rayonunun Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşən Suqovuşan su anbarının ümumi həcmi 5,86 milyon kubmetrdir. Tərtərçay və Turağayçay çaylarından daxil olan sular işğaldan əvvəl su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, kanalın 5,2 kilometrdən sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan Sağ Sahil və Sol Sahil magistral kanallarına verilirdi. Suqovuşan su anbarı 28 il ərzində işğal altında olduğundan Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının, ümumilikdə, 96 min 217 hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Azərbaycan Ordusu tərəfindən Suqovuşan kəndinin azad edilməsi ilə bu ərazilərin su təminatındakı çətinliklər aradan qaldırılacaq.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin baş mühəndisi Mehman Kərimov deyib: "Suqovuşan su anbarından ayrılan Sol Sahil magistral kanalı hazırda bərbad vəziyyətdədir. Kanalın bir çox yerləri dağıdılıb, ondan istehkam məqsədilə istifadə edilib. Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin layihə institutu tərəfindən layihə-smeta işləri həyata keçirilir. Qısa müddət ərzində Tərtər Sol Sahil kanalı bərpa ediləcək. Təsərrüfatların su təminatı yaxşılaşacaq".
Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan dövlət institutunun əməkdaşları işğaldan azad edilmiş Suqovuşan kəndində olub, Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Suqovuşan su anbarına, magistral kanala, Sol Sahil və Xanarx kanallarına baxış keçiriblər.
İnstitutun direktoru Elbrus Paşayev bildirib ki, Tərtər Sol Sahil kanalının və Xanarx kanalının yenidən qurulmasına başlanılıb. "Lakin subölüşdürücü qurğuya qədər olan 5,2 kilometrlik məsafə, yəni Tərtər kanalında da təmir-bərpa işlərinə ehtiyac var. Ermənilər işğal zamanı kanalın qarşısını beton sədlərlə kəsərək, onun irriqasiya funksiyasını enerji istehsal etmə funksiyasına çevirmişlər. Bu məsələlərə layihədə yenidən baxılacaq və lazımi tədbirlər görüləcək. Çünki bu kanalın əsas qayəsi irriqasiya üçündür. Bu kanal vasitəsilə bir neçə rayonun əkin sahələrinin suvarılması həyata keçirilir".
Əraziyə baxış keçirilən zaman erməni işğalçıları tərəfindən Sol Sahil kanalının dağıdılaraq yararsız hala salındığı məlum olub. Bundan başqa uzun illər ərzində kanalın istifadəsiz qalması səbəbindən kanalın beton üzlüyü sıradan çıxıb.
Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan dövlət institutunun əməkdaşı Akif Sultanov deyib: "İşğal zamanı Sol Sahil magistral kanalının bir çox hissəsi dağıdılıb, səngərlər qazılıb. Bundan başqa 30 il müddətində baxımsız qalması səbəbindən kanalın beton üzlüyü sıradan çıxıb. Odur ki, kanalın yenidən qurulma layihəsinin verilməsini məqsədəuyğun hesab edirik. Kanal yenidən qurulduqdan sonra suyun təsərrüfatlara çatdırılması mümkün olacaq".
Layihələndirmə işləri başa çatdırıldıqdan sonra Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən qurulmasının qısa vaxtda həyata keçirilməsi nəzərdə tutulur. Bu kanalların yenidən qurulması ilə Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. Bu isə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə səbəb olacaq.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 184
- 5 502
- 10-02-2022, 10:36
- 28 445
- 244
- 7-04-2022, 11:57
- 21 615
- 207
- 26-04-2019, 16:16
- 16 171
- 45
- 18-09-2019, 10:29
- 13 682
- 119
- 12-12-2020, 12:00
- 13 423
- 92
- 11-04-2022, 16:00
- 11 881
- 12
- 15-05-2019, 20:27
- 11 104
- 54
- 24-05-2020, 23:28
- 10 013
- 3
- 26-04-2019, 15:39
- 9 508
- 99
- 27-04-2019, 10:08
- 9 074
- 2
- 23-10-2019, 21:00
- 8 090
- 1
- 29-11-2019, 09:00
- 7 937
- 3
- 13-05-2020, 22:05
- 7 795
- 0
- 28-04-2019, 20:56
- 7 561
- 2
- 23-04-2019, 21:57
- 7 333
- 2
- 11-03-2022, 12:24
- 310 184
- 5 502
- 10-02-2022, 10:36
- 28 445
- 244
- 7-04-2022, 11:57
- 21 615
- 207
- 7-11-2019, 09:36
- 6 132
- 127
- 18-09-2019, 10:29
- 13 682
- 119
- 26-04-2019, 15:39
- 9 508
- 99
- 12-12-2020, 12:00
- 13 423
- 92
- 22-12-2021, 14:22
- 4 788
- 58
- 10-02-2023, 10:54
- 4 332
- 57
- 15-05-2019, 20:27
- 11 104
- 54
- 26-04-2019, 16:16
- 16 171
- 45
- 14-01-2020, 09:33
- 6 838
- 20
- 11-04-2022, 16:00
- 11 881
- 12
- 27-03-2021, 14:25
- 5 008
- 7
- 29-11-2021, 09:36
- 4 601
- 5
- 29-09-2020, 11:15
- 5 024
- 5
- 24-09-2020, 11:41
- 5 059
- 5
- 16-05-2019, 14:19
- 6 953
- 5
- 15-05-2019, 09:47
- 5 292
- 5
SOSİAL ŞƏBƏKƏLƏR