• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Natiq Cavadov: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının zəfər zirvəsidir

Natiq Cavadov: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının zəfər zirvəsidir



Ağdam Dövlət Sosial İqtisadi Kollecinin direktoru Natiq Cavadov - Bugün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün dünya ölkələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunə təşkil edir. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki bənzər dövlət tapmaq mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud ideologiya ətrafında birləşmiş dövlətlər arasında belə qardaşlıq münasibətləri yoxdur. Bu mənada, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri xüsusi önəm və əhəmiyyət daşıyır. Dövlətlərimiz arasındakı münasibətlər bugün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Şuşa görüşü isə bu münasibətlərin mühüm tarixi mərhələsidir.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Bu mənada, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Bütün dünya bu qardaşlığı 44 günlük Vətən müharibəsi zamanı da müşahidə etmişdi. Məhz, həmin dövrdə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Məhz əldə olunmuş zəfərin siyasi zirvəsi olan Şuşa görüşü də dünyaya 44 günlük müharibə dönəmində olduğu kimi mühüm mesajdır.

Ta qədimdən şimalla cənubun, şərqlə qərbin qovuşduğu regionda bir-birindən fərqli sivilizasiyaların, etnik toplumların rəngarəng palitrası fonunda zəngin mədəniyyət yaratmış Azərbaycan xalqı öz humanistliyi və səmimiliyi ilə özünəməxsus xarakter qazanmışdır. Xalqımız həmişə sülhün, əmin-amanlığın, qurub-yaratmağın carçısı olmuş, zaman-zaman qonşu xalqlarla daha sıx əməkdaşlıq etmişdir.

Dəfələrlə sübuta yetirilmiş tarixi faktdır ki, mərhəmət ənənəsinə sadiq olaraq ermənilərə öz torpaqlarımızda məskunlaşmağa nəinki icazə vermiş, hətta onların sosial-iqtisadi inkişafı, siyasi dirçəlişi üçün də yardımçı olmuşuq. Heç şübhəsiz, Kiçik Qafqaz vilayəti, Qarabağ və ətraf bölgələr, Naxçıvan, Zəngəzur zəngin təbii resurslara sahib olub, nəinki Cənubi Qafqaz, eləcə də digər qonşu ölkələr üçün geosiyasi məna kəsb edir.

Lakin əfsuslar olsun ki, necə deyərlər, “yuxarı başa” keçirdiyimiz bədxah ermənilər dəfələrlə regionda sabitliyi pozmağa çalışmış, xalqımızı ağır, qanlı hərbə vadar etmiş,dinc əhaliyə qarşı soyqırım aktı həyata keçirmişlər. Ötən əsrin 80-ci illərinin sonlarında Qarabağa əvvəllər də etdikləri iddianı bu dəfə daha israrla, həm də vəhşi şovinist üsullarla qaldıraraq indi tariximizdə I Qarabağ müharibəsi adlandırdığımız bir savaş açdılar. Bölgədə sülh və əmin-amanlıq bu dəfə uzun müddətə pozuldu. 1994-cü ildə əldə edilən atəşkəsdən keçən dövr ərzində müxtəlif beynəlxalq təşkilatların, qonşu dövlətlərin vasitəçiliyi ilə baş tutan görüşlərdə erməni tərəfi hər dəfə qeyri-konstruktiv mövqe sərgiləyir, eyni zamanda qondarma artsax deyilən bir qurum vasitəsilə bölgədə terror aktları həyata keçirirdi.

Qarabağın Ermənistana birləşdiriləcəyi halda regionun inkişafının sürətli templə davam edəcəyini iddia edən erməni rəhbərlər bir dəfə də olsun keçmiş DQMV ərazisində normal sosial inkişaf layihəsi reallaşdıra bilmədilər və ya buna cəhd etmədilər. İşğal dövründə nəinki Qarabağın, eləcə də region dövlətlərinin iqtisadiyyatı bir sıra çətinliklərlə üzləşdi. Qarabağın işğal altında və terrorçu qruplaşmanın ixtiyarında qalması qlobal iqtisadi layihələr üçün də təhlükə vəd edirdi. Əslində Qarabağı dirçəltməyə miskin büdcəyə malik olan erməni dövlətinin gücü yetmirdi.

Əksinə, bir-birinin ardınca uğurlu layihələrə memarlıq edən Ulu Öndər, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, dönməz iradəsi sayəsində Azərbaycan artan templə inkişaf edən bir ölkəyə çevrildi. Ulu Öndərin layiqli davamçısı, minilliyin qüdrətli siyasətçisi olan cənab İlham Əliyev hakimiyyətdə olduğu 17 il ərzində Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirdi.

Müdrik rəhbərlik, səriştəli taktika, güclü iqtisadiyyat və ən əsası xalqın sarsılmaz birliyi bizi Zəfərə qovuşdurdu. Azərbaycan müstəqillik dövrünün ən böyük hadisəsini yaşadı-işğal edilmiş torpaqlarımız Vətənə qovuşdu.

Bu gün bütün xalq Qarabağın iqtisadiyyatının dirçəldilməsi ilə bağlı xəbərləri yüksək coşqu ilə qarşılayır. Bu günlərdə Füzuli yarımstansiyasının açılışı əlamətdar hadisə kimi tarixə düşdü. Möhtərəm Prezidentimiz dəfələrlə Qarabağa səfər edərək regionun inkişafı məsələləri ilə yerində maraqlanmışdır. Hadisələrin gedişi əminliklə deməyə imkan verir ki, canımız-qanımız olan Qarabağın çiçəklənməsi çox da uzaq gələcəyin öhdəsinə buraxılmayacaq.

Bu zəfər Cənubi Qafqazda status-kvonu dəyişdi, bölgəyə sülh gətirdi. Moskva Bəyannaməsi region xalqları arasında sıx əməkdaşlıq atmosferimim yaradılması, tarixən mövcud olmuş yol strukturalarının bərpası, o cümlədən, Zəngəzur dəhlizinin açılması planlaşdırılır. Əslində dəhlizə bu adı Cənab İlham Əliyev vermişdi. Bu ilin mart ayında keçirilən Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının konfransında onu belə adlandıraraq, Zəngəzurun Azərbaycan torpağı olması faktını hər kəsin nəzərinə çatdırmışdı.

Zəngəzur dəhlizi Azərbaycanı birbaşa Türkiyə ilə birləşdirəcək .Bu yol Rusiya-Türkiyə əlaqələrinin daha sıx inkişafı üçün də mühüm əhəmiyyət kəsb edir. Əgər erməni tərəfi üçtərfli razılaşmaya əməl edərsə, müəyyən regional layihələrə cəlb edilə bilər. Ekspertlərin çıxış etdiyi kimi,Ermənistanın özünü də bir ölkə kimi inkişafı üçün yalnız Qarabağda sülh ən ideal düstur hesab edilir.

Bu günlərdə Türkiyə Cümhuriyyətinin Prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri və bu səfər çərçivəsində bağlanmış Şuşa Bəyannaməsinin bölgədə əldə edilmiş sülhün və təhlükəsizliyin qarantı olacağı hər kəsə bəllidir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 028
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 717
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter