• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən insan Tofiq Məmmədov

Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən insan Tofiq Məmmədov


Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir. HEYDƏR ƏLİYEV

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun drektoru Tofiq Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun drektoru Tofiq Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Tofiq Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun drektoru Tofiq Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun drektoru Tofiq Məmmədovdur.

AMEA-nın müxbir üzvü, professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun drektoru Tofiq Məmmədov - “Hər daşından alov dilli ox ola bilər...”

Bildiyimiz kimi Azərbaycan qədim ölkədir və çox gözəl coğrafi mövqeyə malikdir. Bu baxımdan da daima qonşu dövlətlərin təcavüzünə məruz qalıb. Ən pisi də budur ki, bizim torpaqlarımızda yalançı “Ermənistan dövləti” yaratdılar. Xalqımızın qurub yaratdıqları evlərinə sahibləndilər. Dəfələrələ xalqımıza qarşı soyqırımlar törətdilər. Qocaları, qadınları, uşaqları acımadan vəhşiliklə öldürdülər. Bu haqsızlıqların hamısına dünya birlikləri göz yumurdular. Azərbaycan xalqının haqq səsini eşitmirdilər. Amma xalqımız, ordumuz və Ali Baş komandanımız bu ədalətsizliklərə göz yummadılar. 30 illik vətən həsrətinə son qoymağı qərara aldılar.

30 ildir danışıqlar prosesindən Erəmənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. “Dağlıq Qarabağ”da yeni erməni dövlətinin yaradılması planları pozuldu. Ermənistanın və onun havadarlarının işğala əsaslanan planları alt üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Müzəffər Ali Baş komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu canı, qanı bahasına Ermənistan ordusunun məğlub edilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra bir dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.

Qələbə Azərbaycanlılar haqqında “məğlub xalq” sindiromunu sındırdı, xalqın inamını özünə qaytardı. Prezident cənab İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olumasının ən başlıca səbəbidir. II Qarabağ müharibəsindən sonra Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 038
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 728
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter