Rəşad Cəbrayılov: “Ana dilimizin zənginləşdirilməsi və saflığının qorunması istiqamətində mühüm işlər görülür”
- 01.08.2022, 10:57,
- Gündəm / Cəmiyyət
Baxılıb: 100
Facebook
Вконтакте
Одноклассники
Google+
Salyan rayon başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov - Dil xalqın böyük sərvətidir. Biz müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Çünki hər bir xalq öz dili ilə yaranır. Xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə çatdırmaq isə xalqın qabaqcıl adamlarının, elm xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.
Dil çox mühüm ictimai hadisə kimi heç zaman siyasətdən, onun müdaxilələrindən kənarda qala bilməz və tarixin təcrübəsi göstərir ki, dünyada gedən siyasi proseslər həmişə az və ya çox dərəcədə dünya dillərinin taleyinə öz müsbət, yaxud mənfi təsirini göstərmişdir.
Mübaliğəsiz deyə bilərik ki, yaşadığımız yüzilliyin son otuz ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol alması, zənginləşərək nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi Ulu öndər Heydər Əliyevin yürütdüyü müdrik, uzaqgörən dil siyasəti ilə bağlı olmuşdur.
Heydər Əliyev ana dilinə xalqın, millətin varlığının ifadəçisi kimi baxırdı.
Ulu öndər keçən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda gedən milliləşmə prosesinə, 90-cı illərdən isə milli və müstəqil Azərbaycan dövlətinin qurulmasına bilavasitə rəhbərlik etməklə yanaşı dil məsələsinə də xüsusi diqqət yetirmiş, yalnız Azərbaycan deyil, ümumən dünya tarixinə böyük dil siyasətçilərindən biri kimi daxil olmuşdur.
Heydər Əliyev öz zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində ardıcıl milli dil siyasəti işləyib hazırlamış və bütün çətinliklərə sinə gərərək onu dönmədən həyata keçirmişdir.
Ulu öndərin yürütdüyü dil siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsidir.
Müstəqilliyin əsaslarını yaradan Heydər Əliyev yaxşı bilirdi ki, mədəniyyətin, mənəviyyatın tərəqqisi ilə müşayiət olunmayan iqtisadi inkişaf bütövlükdə cəmiyyətin davamlı yüksəlişini təmin edə bilməz. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir.
Azərbaycan dilini xalqımızın ən böyük sərvəti hesab edən Ümummilli lider çıxışlarında vurğulayırdı ki, milli dövlət quruculuğu prosesinin çox mühüm şərtlərindən biri milli ədəbi dil zəminində xüsusi rəsmi dil üslubunun formalaşmasıdır. O, Azərbaycan dilini müstəqil dövlətçiliyin əsas rəmzlərindən saymaqla onun inkişafı, zənginləşməsi və saflaşması üçün xüsusi tədbirlər həyata keçirmişdir. 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» sənədlərin qəbulu bu cür tədbirlərin içərisində çox mühüm yer tutur.
Ümummilli liderinin ölkəyə ikinci dəfə rəhbərliyə gəlişi zamanı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı. Bu tarixi hadisədən başlayaraq Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər üzərində təkmilləşdi.
Hazırda Ulu öndərin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyev bu sahədəki ilk Sərəncamlarından biri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlı olmuşdur ki, 12 yanvar 2004-cü il tarixli müvafiq Sərəncama əsasən dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirilmişdir.
Ölkə başçısının Ana dilimizlə bağlı imzaladığı digər mühüm sənədlərdən biri isə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamıdır ki, bununla da Azərbaycan dilçilik elminin səviyyəsinin daha da yüksəldilməsini özündə ehtiva edən Dövlət Proqramının hazırlanaraq 9 aprel 2013-cü il tarixli Sərəncamla təsdiq edilmişdir. Dövlət Proqramının məqsədi isə Azərbaycan dilinin istifadəsinə və tətbiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etməkdir.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 029
- 5 498
- 10-02-2022, 10:36
- 28 378
- 244
- 7-04-2022, 11:57
- 21 529
- 207
- 26-04-2019, 16:16
- 16 103
- 45
- 18-09-2019, 10:29
- 13 622
- 119
- 12-12-2020, 12:00
- 13 343
- 92
- 11-04-2022, 16:00
- 11 821
- 12
- 15-05-2019, 20:27
- 11 038
- 54
- 24-05-2020, 23:28
- 9 952
- 3
- 26-04-2019, 15:39
- 9 436
- 99
- 27-04-2019, 10:08
- 9 013
- 2
- 23-10-2019, 21:00
- 8 029
- 1
- 29-11-2019, 09:00
- 7 877
- 3
- 13-05-2020, 22:05
- 7 735
- 0
- 28-04-2019, 20:56
- 7 501
- 2
- 23-04-2019, 21:57
- 7 269
- 2
- 11-03-2022, 12:24
- 310 029
- 5 498
- 10-02-2022, 10:36
- 28 378
- 244
- 7-04-2022, 11:57
- 21 529
- 207
- 7-11-2019, 09:36
- 6 042
- 123
- 18-09-2019, 10:29
- 13 622
- 119
- 26-04-2019, 15:39
- 9 436
- 99
- 12-12-2020, 12:00
- 13 343
- 92
- 22-12-2021, 14:22
- 4 718
- 57
- 10-02-2023, 10:54
- 4 241
- 54
- 15-05-2019, 20:27
- 11 038
- 54
- 26-04-2019, 16:16
- 16 103
- 45
- 14-01-2020, 09:33
- 6 778
- 20
- 11-04-2022, 16:00
- 11 821
- 12
- 27-03-2021, 14:25
- 4 948
- 7
- 29-11-2021, 09:36
- 4 541
- 5
- 29-09-2020, 11:15
- 4 963
- 5
- 24-09-2020, 11:41
- 4 998
- 5
- 16-05-2019, 14:19
- 6 893
- 5
- 15-05-2019, 09:47
- 5 232
- 5
SOSİAL ŞƏBƏKƏLƏR